Netanyahu: İranla razılaşmada İsrailin maraqları nəzərə alınmalıdır
Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.
İsrailin Baş naziri Benyamin Netanyahu İranın nüvə proqramı ilə bağlı mümkün razılaşmada İsrailin maraqlarının qorunmasının vacibliyini vurğulayıb.
Modern.az xəbər verir ki, Netanyahu bu barədə ABŞ Prezidenti Donald Trampla Vaşinqtonda keçirdiyi görüşdən sonra İsrailə qayıdarkən jurnalistlərə açıqlamasında danışıb.
Onun sözlərinə görə, Tramp İran məsələsində fikirlərini öyrənmək istəyib: “O, mənim mövqeyimi eşitmək istəyirdi. İranla hər hansı razılaşmanın mahiyyəti ilə bağlı ümumi skeptik yanaşmamı ifadə etdim”.
Baş nazir qeyd edib ki, mümkün razılaşmada yalnız nüvə proqramı deyil, həmçinin İranın ballistik raketləri və proksi qüvvələri ilə bağlı məsələlər də İsrail üçün önəm daşıyır və bunlar nəzərə alınmalıdır.
Netanyahu əlavə edib ki, görüşdə Qəzza zolağı ilə bağlı sülh planı da müzakirə mövzusu olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 12 Fevral 2026 22:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















