ABŞ Prezidenti İranla razılaşmada maraqlı olmadığını açıqlayıb
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 22 mart, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp hazırda İranla sülh razılaşmasına maraqlı olmadığını bildirib.
AZƏRTAC xəbər verir ki, o, bu barədə “Truth Social” hesabında paylaşım edib. “Onlar razılaşma istəyirlər. Mən istəmirəm”, – deyə Tramp qeyd edib.
ABŞ lideri paylaşımında, həmçinin İranın hərbi imkanlarının zəiflədiyini iddia edib və bu fonda razılaşmaya ehtiyac görmədiyini vurğulayıb.
Tramp, eyni zamanda “The New York Times” qəzetinin mövqeyini tənqid edərək, İranla bağlı məqsədlərinə çatdığını iddia edib.
Bundan əvvəl “Axios” ABŞ administrasiyasında İranla mümkün sülh danışıqlarına hazırlıqla bağlı müzakirələrin aparıldığını yazmışdı. Məlumata görə, ABŞ kəşfiyyat qurumları İran hakimiyyətinin yaxın zamanda süqut edəcəyinə dair əlamət görmür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:164
Bu xəbər 22 Mart 2026 06:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















