İranlı nazir: “Hədəfə alınan zavodların böyük hissəsi bərpa edildi”
Icma.az, Azxeber.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İranın neft naziri Möhsin Paknejad ABŞ və İsrailin hücumları zamanı zərər görən neftayırma zavodlarının böyük hissəsinin yenidən qurulduğunu açıqlayıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Paknejad İran Neft Nazirliyinə bağlı "SHANA” platformasına açıqlamasında müharibə zamanı ölkənin xam neft ixracının dayandırılmadığını bildirib.
O, Hörmüz boğazında yerləşən əsas neft ixrac terminalı Xark adasına edilən hücumlara da toxunub. Nazir bildirib ki, təxminən 23-24 kvadratkilometr ərazisi olan ada 550-dən çox dəfə hücuma məruz qalıb. Buna baxmayaraq, bombardmanlar zamanı İran tərəfi tankerlərə neft yükləməyə davam edib.
Paknejad ABŞ və İsrailin ölkənin cənubundakı neft və qaz emalı müəssisələrinə hücumlarından sonra bərpa işlərinə başlandığını qeyd edib.
Onun sözlərinə görə, belə hücumlardan sonra ilk mərhələdə dağıntıların təmizlənməsi həyata keçirilir. Bu proses hücumlardan təxminən 2-3 gün sonra başlayıb və hazırda bərpa işlərinin böyük hissəsi tamamlanıb.
İranlı nazir yenidənqurma işlərinin nəticələrinin yaxın aylarda özünü göstərəcəyini bildirib. O, həmçinin ölkənin qaz hasilatının artırılmasının qarşıya qoyulan əsas hədəflərdən biri olduğunu vurğulayıb.
Gülay
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 04 Sentyabr 2026 17:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















