Icma.az
close
up
RU
Ukraynada hədəfə alınan Azərbaycan: Kremlin təhdid siyasətinin davamı

Ukraynada hədəfə alınan Azərbaycan: Kremlin təhdid siyasətinin davamı

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Vaşinqtonda dünya liderlərinin sülh müzakirələri apardığı gündə Rusiya Ukrayna ərazisini bombaladı. Bu addımı ilə də bir daha göstərdi ki, onun üçün heç bir beynəlxalq anlaşma və yaxud razılıq mövcud deyil. Önəmli olan həm də odur ki, Rusiyanın Ukraynadakı hədəfləri arasında Azərbaycana məxsus enerji obyekti də olub. Bu, son on gündə Azərbaycanın Ukraynadakı enerji infrastrukturuna sayca ikinci hücumdur.

Nəzərə alsaq ki, ilk belə hücum Vaşinqtonda avqustun 8-də ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında Birgə Bəyannamənin imzalandığı gün baş vermişdi, əminliklə də deyə bilərik ki, bu zərbələr təsadüf deyil, nümayişkəranə törədilən bir aktdır. Hadisədən dərhal sonra Ukrayna Prezidenti Volodimir Zelenski də bunu təsdiq edən bəyanatla çıxış edib. Bildirib ki, Rusiya Odessada Azərbaycan şirkətinə məxsus enerji obyektinə qəsdən hücum edib. "Odessada Azərbaycan şirkətinə məxsus enerji obyektinə Rusiya tərəfindən məqsədli zərbə endirildi. Yəni bu, bizim münasibətlərimizə və enerji müstəqilliyinə zərbədir", - deyə V.Zelenski vurğulayıb.

Onun sözlərinə görə, Rusiyanın zərbələri "nümayişkaranə və riyakar"lıqdan başqa bir şey deyil. "Sülh və həqiqi təhlükəsizliyə can atıldığı bir vaxtda Xarkov, Zaporojyeni, Sumı vilayəti və Odessanı hücuma məruz qoyur, yaşayış evlərini və mülki infrastrukturu dağıdır". Xüsusən də Azərbaycana məxsus obyektlərin hədəfə alınması onu deməyə əsas verir ki, Kreml həm Azərbaycanla Ermənistan arasında ABŞ-nin iştirakı ilə əldə edilmiş razılaşmaları Ukrayna arasında enerji əməkdaşlığından narahatdır və hər vəchlə bunu əngəlləməyə çalışır.

Ancaq bu kimi addımlar Kreml üçün əks-effektli olacaq. Azərbaycan Kremlin bu şantajı qarşılığında Ukrayna ilə bütün sahələrdə əməkdaşlığı inkişaf etdirəcək. Təsadüfi deyil ki, Rusiya Odessada SOCAR-ın yanacaq mərkəzini birinci dəfə raketlə vurduqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev ukraynalı həmkarı ilə telefonla danışaraq Ukraynaya əlavə olaraq 2 milyon dollar yardım ayırdığını bildirdi. Bu vəsait hesabına Azərbaycandan Ukraynaya elektrik transformatorları göndərildi. Avqustun 10-da Azərbaycan və Ukrayna prezidentləri - İlham Əliyev və Volodimir Zelenski Rusiyanın zərbələrini pisləyib və bildiriblər ki, heç bir hücum Bakı və Kiyevin strateji tərəfdaşlığına təsir göstərməyəcək.

Dünənki hücumdan sonra Ukrayna baş nazirinin müavini Oleksiy Kuleba bildirib ki, "Ukraynada Azərbaycan kapitalı olan infrastruktur obyektləri Rusiyanın atəşindən əziyyət çəkir. Dostlarımızı və tərəfdaşlarımızı əmin etmək istəyirəm ki, gələcəkdə bu obyektlərin bərpasına və qorunmasına kömək etmək üçün əlimizdən gələni edəcəyik".

Əminliklə demək mümkündür ki, enerji obeyktlərimizə hücumlar qəsdən törədilməkə yanaşı, Kremlin Azərbaycana qarşı təhdid, hədə, şantaj siyasətinin tərkib hissəsidir. Hadisənin təkrarlanması də bunu deməyə əsas verir. Həm də bu addımı ilə Moskva özünün imzaladığı sənədlərə hörmətsiz yanaşdığını göstərib. Nə 2022-ci il fevralın 22-də imzalanan müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannaməyə hörmətlə yanaşır, nə də iki ölkənin əsrlərdir qonşuluq şəraitində yaşamasına. İstənilən halda bu addım beynəlxalq hüquqa və Azərbaycan-Rusiya arasında imzalanan sənədlərin ruhuna ziddir və ölkələrimizin maraqlarına cavab vermir.

Bu da onu deməyə əsas verir ki, Azərbaycanla münasibətlərin normallaşmasında maraqlı deyil. Kreml təkcə Ukraynaya qarşı müharibə aparmır, həm də Azərbaycana qarşı xırda zərərvericilik fəaliyyəti ilə məşğuldur.

Baş verənlər də onu göstərir ki, Kreml üçün razılaşmalar deyil, xaos və dağıntı lazımdır. Faktiki olaraq, söhbət artıq təkcə Ukraynaya qarşı hərbi təcavüzdən deyil, həm də Avropa ilə enerji əməkdaşlığı siyasətini ardıcıl şəkildə quran Azərbaycana qarşı dolayı hücumdan gedir.

Bütün bu azğınlıqlarla paralel Rusiya ərazisində yaşayan və fəaliyyət göstərən soydaşlarımza qarşı da total hücumlar səngimir. Şovinist, irqçi, nasist siyasət davam etməkdədir. Yekaterinburqda soydaşlarımızın vəhşicəsinə qətli ilə başlayan proses diaspora üzvlərinə qarşı total hücumlara davam etməkdədir. "Xalqların həbsxanası"nda soydaşlarımız və digər müsəlman-türk xalqların nümayəndələri heç bir səbəb göstərmədən həbs edilir, vətəndaşlıqdan məhrum edilir, biznesi çökdürülür.

Məsələn, repressiv addımların davamı olaraq Voronejin ən böyük bazarının sahibi və Azərbaycan diasporunun lideri Yusif Xəlilov həbs edilib. Xəbər verilir ki, Rusiya hüquq-mühafizə orqanları iddia edib edir ki, bu ilin martında o, oğlunun orduya aparılmaması üçün həkimə 330 min rubl verib. İyulun 1-də xüsusi təyinatlılar qrupu Y.Xəlilovun evinə gəlib, onun evində axtarışlar aparılıb, hüquq-mühafizə orqanları götürülmüş telefonda sübutlar tapıblar. Hazırda Xəlilov ifadə verməkdən imtina edib, günahını boynuna almayıb. Diaspor lideri həbs edilib, ona rüşvətvermə və deportasiya üçün 7 ildən 12 ilədək həbs cəzası təhlükəsi var, kanal qeyd edir. Ardınca digər bir bölgədə - Çelyabinsk vilayətində Azərbaycan diasporunun rəhbəri Ərşad Xankişiyev Rusiya vətəndaşlığından məhrum edilib. Rusiya KİV-lərinin məlumatına görə, səbəb "etnoseparatizm təbliğatı və Aleksey Navalnını dəstəkləmək" ittihamı olub.

Göründüyü kimi, Rusiyada Azərbaycan diasporunu irqçi təqiblərə məruz qalmaqdadır. Ksenofob qərarlarla millətlərarası və dinlərarası düşmənçiliyi qızışdırmağa davam edir. Sözügedən situasiya onu deməyə əsas verir ki, Rusiyada şovinizm, islamofobiya və milli ayrı-seçkilik təhlükəli həddə çatıb. Təəssüflə qeyd etməliyik ki, baş verən hadisələr dünyanın aparıcı hüquq-müdafiə təşkilatları, dövlətləri tərəfindən lazımı cavabını almır. Qarşı tərəf də qanunsuzuqlarını, repressiv, nasist addımlarını davam etdirir.

"Report" informasiya agentliyi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:281
embedMənbə:https://oxu.az
archiveBu xəbər 19 Avqust 2025 20:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see430

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see336

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see330

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see298

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see246

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see245

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see234

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see214

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see214

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see205

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see201

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see200

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see198

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see197

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see193

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see190

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see183

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see181

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri