Icma.az
close
up
RU
“Strateji mərkəzlər hədəfə alınacaq” İranlı professordan qorxunc proqnoz

“Strateji mərkəzlər hədəfə alınacaq” İranlı professordan qorxunc proqnoz

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Tehran Universitetinin təqaüddə olan siyasi elmlər üzrə professoru Əhməd Nəqibzadə “Euronews”un İran xidmətinə verdiyi müsahibədə İran İslam Respublikasının “SSRİ modeli”nə bənzər şəkildə dağılacağına dair fərziyyə irəli sürüb.

Bu barədə “Araz News” xəbər yayıb.

Əhməd Nəqibzadənin fikrincə, Qərb, xüsusilə, ABŞ və İsrail böyük və klassik bir müharibəyə girmək əvəzinə mərhələli, ağıllı və hədəfli bir strategiya izləyir:

“Bu strategiyanın məqsədi ölkəni tamamilə məhv etmək deyil, əsas qərarvericiləri təsirsiz hala gətirmək, rejimin strateji infrastrukturunu zəiflətmək və İran İslam Respublikasını elə bir çıxılmaz vəziyyətə salmaqdır ki, klassik müharibə olmadan süquta uğrasın, Sovet İttifaqında olduğu kimi”.

Nəqibzadə İslam Respublikasını açıq şəkildə Sovet İttifaqına bənzədir.

"Mən əvvəllər də demişəm ki, İran İslam Respublikasının dağılması Sovet İttifaqına bənzər şəkildə ola bilər. O vaxtdan bəri onlar daim “Ayətullah Qorbaçov”u axtarmaqdadırlar…”-deyə, o, bildirib.

Siyasi elmlər üzrə ekspert həmçinin İslam Respublikasının idarə üsulunun kommunist rejimlərə bənzədiyini bildirib:  

"İslam Respublikasının fəaliyyəti kommunist rejimlərə çox bənzəyir. İnsan hakimiyyətin zirvəsinə çıxmaq üçün yoldaşlarının üzərinə basaraq irəliləyir və zirvəyə çatdıqda istədiyini edir”.

İranlı ekspert həmçinin bildirib ki, hakimiyyətin bir əldə cəmlənməsi dəyişikliklərin aparılması üçün böyük maneə təşkil edir.

“Mənim gördüyüm budur ki, ölkədə hər kəs danışıqların tərəfdarıdır və bir nəfərdən başqa hamı anlayıb ki, başqa yol yoxdur… O da Əli Xameneyidir” -deyə, ekspert vurğulayıb.

Nəqibzadə deyib ki, hökumətlə xalq arasında misli görünməmiş bir məsafə yaranıb. O, bildirib ki, bu məsələ hakimiyyətin legitimliyini zəiflədir. 

Əli Xamneyi və onun müşavirlərinin Qərb ilə danışıqlardan çəkinməsi məsələsinə toxunan ekspert deyib ki, hakimiyyət danışıqlar nəticəsində daxili müxalifətin dilinin uzanmasından qorxur. 

“Danışıqlar nəticəsində Qərbin istəklərinə təslim olmaq İran rəhbərliyinin nüfuzunun azalmasına gətirib çıxaracaq. Bu halda isə  onlar “müharibədə məğlub olmağa və məhv olmağa üstünlük verirlər”.

Professor yaxın gələcəkdə rejimin tam çıxılmaz vəziyyətə düşəcəyini proqnozlaşdırıb. 

“Düşünürəm ki, bir il sonra bu vaxtlar İran İslam Respublikası ən çıxılmaz vəziyyətində olacaq və onun baza və strateji mərkəzləri hədəfə alınacaq” -deyə, o, qeyd edib.

Nəqibzadə həmçinin Moskvanın İranla Qərb arasında hər hansı sazişə təsiri haqqında da diqqətçəkən məqamlara toxunub. O, Rusiyanın İranda dəyişikliklərin qarşısını almaq və Qərbə yaxınlaşmanı əngəlləmək üçün ciddi nüfuzu olduğunu bildirib. 

“Moskva, İranla Qərb arasında münasibətləri yaxşılaşdırmaq niyyətində olan hər kəsi səhnədən uzaqlaşdırır. İranla Qərb arasında məsələ Rusiyanın vasitəsi ilə əsla həll olunmayacaq”-deyə, o, əlavə edib.

"Cebheinfo.az"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 30 Mart 2025 10:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see316

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see314

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see312

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see311

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see308

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see300

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see299

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see298

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see289

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see277

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see260

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see251

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see251

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see245

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see244

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see223

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see210

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see210

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see208

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri