İraq Baş nazirinin koalisiyası parlament seçkilərində qalib gəlib
Icma.az bildirir, Apa.az portalına istinadən.
İraqın hazırkı Baş naziri Məhəmməd əl-Sudaninin rəhbərlik etdiyi "Tikinti və İnkişaf Koalisiyası" keçirilən parlament seçkilərində qələbə çalıb.
APA xəbər verir ki, Ali Seçki Komissiyası tərəfindən dərc edilən ilkin nəticələrə görə, sözügedən ittifaq Bağdadda, eləcə də İraqın cənubundakı Nəcəf və Kərbəla vilayətlərində 410.000-dən çox səs toplayaraq qalib gəlib.
"Hər kəsi ölkənin maraqlarını birinci yerə qoymağa və seçicilərin iradəsinə hörmət etməyə çağırırıq. Növbəti mərhələnin məqsədi proqramlarını həyata keçirə bilən yeni bir hökumət formalaşdırmaqdır", - Əs-Sudani deyib.
O, həmçinin koalisiyasının bütün tərəflərlə əməkdaşlığa açıq olduğunu da vurğulayıb.
Bu mövzuda digər xəbərlər:Venesuelada Maduronun koalisiyası parlament və yerli seçkilərdə qalib gəlib
26 May 2025 15:49
Milenin partiyası Argentinada keçirilən aralıq parlament seçkilərində qalib gəlib
27 Oktyabr 2025 11:56
Tramp parlament seçkilərində Orbanın qalib gələcəyini proqnozlaşdırıb
13 Oktyabr 2025 22:59
Paşinyanın parlament seçkilərində qalib gəlmək perpsektivi necədir? ŞƏRH
12 İyun 2025 15:32
Prezident seçkilərində “autsayder” qalib gəlib
20 Oktyabr 2025 08:13
Baxış sayı:97
Bu xəbər 13 Noyabr 2025 01:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















