Bərzani İraq Baş nazirinin qərarını rədd etdi
Icma.az, Sherg.az portalına istinadən məlumat verir.
Kürd Muxtariyyətinin baş naziri Məsrur Bərzani İraq Baş naziri Əli əz-Zeydinin regional administrasiyaya neft və neft məhsullarının ixracına icazə verməyi qadağan edən qərarını rədd edib.
Teleqraf xəbər verir ki, bu barədə “Rudaw” telekanalı məlumat yayıb.
“Bağdadın neft ehtiyatları və sərhəd-keçid məntəqələri üzərində nəzarəti mərkəzləşdirərək federal hökumətin ixtiyarına vermək qərarı heç bir halda qəbul edilə bilməz”, - Bərzani vurğulayıb.
İraq Baş naziri bu gün Kürd Muxtariyyətinin rəhbərliyinə neft və neft məhsullarının ixracına icazə verməyi qadağan edib. Rəsmi Bağdad bəyan edib ki, səlahiyyətlərin təkrarlanmasının qarşısını almaq məqsədilə İraq Kürdüstanı hökumətinə neft və neft məhsullarının ixracına dair icazələrin yalnız federal Neft Nazirliyi vasitəsilə verilməsi tapşırılıb.
Əli əz-Zeydi bütün sərhəd-keçid məntəqələrinin federal hökumət nümayəndələrinin idarəçiliyinə verilməsi barədə də göstəriş verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:26
Bu xəbər 24 Noyabr 2026 17:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















