İraq hökuməti ölkədə ən böyük günəş elektrik stansiyasını tikir
Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.
İraq hökuməti “Bəsrə Günəşi” layihəsinin həyata keçirilməsinə başlandığını elan edib.
AZƏRTAC İraq xəbər agentliyinə istinadla bildirir ki, bu, ölkədə ən böyük günəş elektrik enerjisi stansiyası olacaq.
İraqın Elektrik Enerjisi Nazirliyinin bildirdiyinə görə, layihə “Total Energy” şirkəti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir və Bəsrə səhrasının 9 min hektar ərazisində inşa olunur.
Layihə çərçivəsində dörd generatorla əlaqələndirilmiş təxminən iki milyon günəş panelinin quraşdırılması planlaşdırılır. Hər generatorda 250 meqavat olmaqla, ümumilikdə 1000 meqavat yaşıl elektrik enerjisinin istehsalı nəzərdə tutulur.
Bu mövzuda digər xəbərlər:Çin dünyada ən böyük günəş elektrik stansiyasını tikir
26 Avqust 2025 03:26
Çin dünyanın ən böyük su elektrik stansiyasını tikir
20 İyul 2025 18:49
Ölkədə 3 yeni Günəş Elektrik Stansiyası qurulacaq
05 Aprel 2025 22:09
Zukerberq öz atom elektrik stansiyasını tikir
05 Dekabr 2024 12:13
Baxış sayı:85
Bu xəbər 07 Mart 2025 22:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















