İraq klubuna keçə bilməyən kamerunlu Azərbaycana qayıdır SON DURUM
Icma.az, Fanat portalına istinadən məlumat yayır.
Bir müddət öncə İraqın "Al-Karh" komandasına qoşulmaq üçün Azərbaycanın 1-ci Liqa təmsilçisi "Difai"də ayrılan kamerunlu hücumçusu Kristian Kamta geri qayıdacaq.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, 21 yaşlı forvardın Asiya klubuna keçidi alınmayıb.
Kamtanın bu gün ölkəmizə gələcəyi və yeni mövsümə "Difai"də başlayacağı gözlənilir.
Xatırladaq ki, "Difai" ötən mövsüm 1-ci Liqadakı mübarizəni 9-cu pillədə tamamlayıb. Sözügedən kollektiv 2-ci Liqada 4-cü yeri tutmuş "Quba"nı pley-off matçında yenərək (3:1) liqada qalıb. Komanda bu yay ötən mövsüm "Kəpəz"də baş məşqçinin köməkçisi qismində çalışmış Araz Bağırova tapşırılsa da, rəhbərlik çempionat başlamamış onunla yolları ayırıb. Hazırda "fədailər"i Hüseynqulu Quliyev çalışdırır.
Nihat
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 09 Sentyabr 2025 15:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















