İraq mindən çox suriyalı əsgər qəbul edib...
Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İraq sərhədi keçmək üçün icazə istəyən mindən çox Suriya əsgərini qəbul edib.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə İNA agentliyi məlumat yayıb.
Qeyd olunur ki, Suriya ordusunun əsgərləri Əl-Qaim sərhəd keçid məntəqəsindən İraqa daxil olmaq istəyiblər.
Dekabrın 7-də ölkədə mindən çox insan qəbul edilib və onlara lazımi köməklik göstərilib.
Noyabrın sonunda üsyançı qrupların silahlıları, o cümlədən Heyət Təhrir əl-Şam islamçı qruplaşması Suriya ordusunun nəzarətində olan şəhərlərə genişmiqyaslı hücuma keçib. Dekabrın 7-də Homsda döyüşlər başlayıb.
Həmin gün Aljazeera telekanalı Suriya silahlı müxalifət qüvvələrinin Palmiranı nəzarətə götürdüyünü bildirib.
Əli Babayev
Baxış sayı:127
Bu xəbər 07 Dekabr 2024 21:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















