İraqın İstanbuldakı konsulluğuna silahlı hücum olub
Yeniavaz saytından alınan məlumata görə, Icma.az bildirir.
Dünən axşam saatlarında motosikletdə olan naməlum silahlı şəxslər İraqın İstanbuldakı Baş Konsulluğuna atəş açıblar.
Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Oncu Keceli bildirib.
“Hadisə nəticəsində tələfat və maddi ziyan qeydə alınmayıb. Hüquq-mühafizə orqanlarımız hadisəni hərtərəfli araşdırır və hücum edənlərin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində iş aparılır. Məsul şəxslər məsuliyyətə cəlb olunacaqlar. Biz İraq hakimiyyəti ilə daim əlaqə saxlayırıq. İraqın Ankara, İstanbul və Qaziantepdəki diplomatik nümayəndəliklərinin təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirlər görülüb”, - deyə o qeyd edib.
Bu mövzuda digər xəbərlər:İstanbuldakı İraq baş konsulluğuna silahlı hücum
22 Mart 2025 00:13
İraqın Türkiyədəki konsulluğuna silahlı hücum edildi
21 Mart 2025 23:33
İsrailin İstanbuldakı konsulluğuna hücumun ANBAAN VİDEOSU
07 Aprel 2026 14:42
İstanbuldakı İsrail konsulluğuna onlar hücum edib Adlar məlum oldu
10 Aprel 2026 21:15
Ərdoğan İstanbuldakı silahlı insidentdən danışdı
07 Aprel 2026 17:32
Baxış sayı:186
Bu xəbər 22 Mart 2025 10:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















