Icma.az
close
up
RU
İraqın yeni kürd prezidenti Nizar Amidi KİMDİR? KONKRET

İraqın yeni kürd prezidenti Nizar Amidi KİMDİR? KONKRET

Icma.az bildirir, Konkret.az portalına istinadən.

İraqın siyasi tarixində yeni bir səhifə açıldı. Bağdadda, parlamentin gərgin keçən səsvermə marafonunda Kürdüstan Vətənpərvərlər İttifaqının (KVİ) rəsmi namizədi Nizar Amidi ölkənin yeni, sayca 6-cı prezidenti seçildi. 2003-cü ildən bəri formalaşmış siyasi ənənəyə sadiq qalan İraq parlamenti, dövlətin ən yüksək kürsüsünü bir daha kürd milliyyətindən olan təcrübəli bir dövlət xadiminə etibar etdi. Nizar Amidi sadəcə bir siyasətçi deyil, o, İraqın müasir dövlət quruculuğu prosesinin daxilindən yetişmiş, bütün siyasi krizisləri dərindən bilən və hər zaman “uzlaşma adamı” kimi tanınan strateji bir fiqurdur.

KONRKET.az xəbər verir ki, Nizar Amidinin prezidentlik yolu heç də asan keçməyib. Seçkilərin ikinci turunda 249 deputatın səsvermədə iştirak etməsi və Amidinin 227 səs kimi mütləq çoxluqla qələbə qazanması onun həm kürd blokları, həm də ölkənin şiə və sünni siyasi dairələri arasında nə dərəcədə böyük etimada sahib olduğunun göstəricisidir. Onun əsas rəqibi olan “Kürd İslam İttifaqı”nın namizədi Müsənna Əmin isə bu gərgin yarışda geridə qalaraq Amidinin liderliyini qəbul etməli olub.

Gənclik illərindən dövlət idarəçiliyinə: Nizar Amidinin həyat yolu

Nizar Amidi 1968-ci ildə İraqın Duhok şəhərində anadan olub. Milliyyətcə kürd olan Amidi, təhsilə və elmə xüsusi önəm verən bir mühitdə böyüyüb. O, ali təhsilini mühəndislik ixtisası üzrə tamamlasa da, həyatının ilk illərində pedaqoji fəaliyyətlə məşğul olub. 1990-cı illərdə fizika müəllimi kimi fəaliyyət göstərən gənc Amidi, eyni zamanda İraqdakı siyasi proseslərdən kənarda qalmayıb. O, Cəlal Talabani tərəfindən əsası qoyulan Kürdüstan Vətənpərvərlər İttifaqına (KVİ) üzv olaraq, bölgənin gələcəyi naminə siyasi mübarizəyə qoşulub.

Amidinin siyasi yüksəlişi onun İraqın paytaxtı Bağdadda partiyanın maraqlarını müdafiə etməsi ilə başlayıb. O, uzun illər KVİ-nin Bağdaddakı ofisinə rəhbərlik edib və bu müddət ərzində mərkəzi hökumətlə Ərbil arasında yaranan ən çətin düyünlərin açılmasında iştirak edib. Onun soyuqqanlılığı və diplomatik manevr qabiliyyəti qısa zamanda İraqın ali rəhbərliyinin diqqətini çəkib.

Dövlət başçılarının ən yaxın sirdaşı: Kölgə rəhbərlikdən nazir kürsüsünə

Nizar Amidini digər namizədlərdən fərqləndirən əsas cəhət onun dövlət aparatının işləmə mexanizmini mükəmməl bilməsidir. O, 2005-ci ildən bəri İraqın demək olar ki, bütün prezidentlərinin ən yaxın komandasında yer alıb. Budur onun zəngin karyera xronologiyası:

2005–2008: İraqın ilk kürd prezidenti, əfsanəvi lider Cəlal Talabaninin şəxsi katibi;

2008–2014: Yenə də Cəlal Talabani administrasiyasında Prezident Aparatının rəhbəri;

2014–2018: Prezident Fuad Məsumun Administrasiya rəhbəri;

2018–2022: Prezident Bərhəm Salehin dövründə dövlət idarəçiliyində mühüm strateji vəzifələr;

2022: Prezident Əbdüllətif Rəşidin fəaliyyətinin ilk aylarında onun komandasında aparıcı rol;

2022–2024: Məhəmməd Şiya əl-Sudani hökumətində İraqın Ekologiya Naziri.

Nizar Amidi nazir postunda olduğu müddətdə İraqın iqlim dəyişikliyi ilə mübarizəsi və su ehtiyatlarının idarə olunması kimi regional və qlobal əhəmiyyətli məsələlərdə beynəlxalq tərəfdaşlarla uğurlu əməkdaşlıq qurub. 2024-cü ilin oktyabrında isə o, öz partiyasının rəsmi prezident namizədi kimi irəli sürüldüyü üçün nazir vəzifəsindən istefa verərək bütün diqqətini siyasi mübarizəyə yönəldib.

Yeni dövrün hədəfləri: İraqı nə gözləyir?

Nizar Amidinin prezident seçilməsi həm də İraq daxilindəki kürd partiyaları – Kürdüstan Demokrat Partiyası (KDP) və Kürdüstan Vətənpərvərlər İttifaqı (KVİ) arasında uzun müddətdir davam edən rəqabətin bir növ konsensusla nəticələnməsi kimi də yozulur. Kürd, ərəb və ingilis dillərini akademik səviyyədə bilən Amidinin əsas missiyası İraqın daxili sabitliyini qorumaq, ölkənin beynəlxalq nüfuzunu artırmaq və xüsusilə ABŞ-İran gərginliyinin kölgəsində qalan Bağdadın balanslı xarici siyasətini davam etdirmək olacaq.

Onun dövründə İraqın regional güc mərkəzinə çevrilməsi və iqtisadi islahatların sürətləndirilməsi prioritet istiqamətlər kimi qeyd olunur. Nizar Amidi artıq “kölgə”dən çıxaraq, ölkənin rəsmi birinci şəxsi kimi İraqın gələcək taleyini müəyyən edəcək qərarların müəllifi olacaq.//nocomment.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://konkret.az
archiveBu xəbər 11 Aprel 2026 19:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see484

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see372

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see326

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see307

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see293

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see270

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see261

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see251

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see241

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see235

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see231

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see227

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see222

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see215

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see213

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see206

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see203

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see200

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see186

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri