İrem Derici: Hələ də özümə ev almamışam
Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Müğənni İrem Derici indiyə qədər özünə ev ala bilmədiyini açıqlayıb.
BAKU.WS xəbər verir ki, Türkiyədə ən çox səhnəyə çıxan ilk 20 sənətçi arasında yer aldığını deyən Derici, intensiv iş qrafikinə və yüksək qazancına baxmayaraq, hələ də özünə aid bir ev ala bilmədiyib.
Layihələrdən birinə qonaq olan Derici "Hələ də özümə ev almamışam. İki ay əvvəl bir avtomobil aldım. Lakin param-parçadır. Görməyiniz məsləhət deyil. Lakin artıq özümə nəsə alım deyə aldım" -deyə bildirib.
Müğənni pulunu lazımsız yerlərə xərclədiyini vurğulayıb.
Sənətçi, yaşadığı bu vəziyyəti sərt şəkildə tənqid edərək özünü sorğuladığını da ifadə edib.
Karyerasındakı böyük uğurlara baxmayaraq topladığı vəsaiti ev sahibi olmağa yönəldə bilməməsindən gileylənən məşhurun bu sözləri sosial mediada gündəm olub.
İremin bu açıqlamaları pərəstişkarları və izləyiciləri tərəfindən maraqla qarşılanıb.
Baxış sayı:145
Bu xəbər 12 Fevral 2026 17:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















