Icma.az
close
up
RU
İrəvan Aİ missiyasını ölkəsində saxlamaqla nəyə nail olmaq istəyir?

İrəvan Aİ missiyasını ölkəsində saxlamaqla nəyə nail olmaq istəyir?

Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.

"İrəvan Avropa İttifaqı missiyasını ölkəsində saxlamaqla, Rusiyanın 102-ci bazasının Ermənistandan çıxarılmasına nail olmağa çalışır”.

Qaynarinfo-ya açıqlamasında bunu politoloq Rüstəm Tağızadə İrəvan rəsmilərinin Aİ müşahidə missiyasının müddətinin hansı səbəbdən uzadılmasında maraqlı olduqlarını şərh edərkən deyib: 

"Ermənistan tərəfi sərhəddəki Avropa İttifaqı müşahidə missiyasının uzadılması tərəfdarıdır. Çünki hakimiyyətdə olan qüvvələr bunu istəyir, onların maraqlarına uyğundur. Digər tərəfdən, II Qarabağ müharibəsindən sonra Ermənistan tərəfi Qərbə doğru inteqrasiya yolunu tutub. Düzdür, Avropa İttifaqına doğru irəliləmək üçün Ermənistana uzun illər lazım olacaq. Gürcüstan modelində gördük ki, bu proses uğursuzluğa uğradı. Təbii ki, vəziyyətin belə olmasında Rusiya faktorunu da nəzərdən qaçırmaq olmaz. Ermənistan öz ordusunu da NATO standartlarına uyğun qurmaq istəyir. İrəvan Avropa İttifaqından Azərbaycana qarşı da dəstək gözləyir. Habelə, Ermənistanın silahlandırılmasında Aİ-nin aparıcı dövlətlərindən olan Fransanın da xüsusi rolu var. Bu məqamlar daxilində Paris Ermənistanın xarici siyasətini formalaşdırmaq niyyətindədir”. 


Ekspert qeyd edir ki, Aİ-nin müşahidə missiyası əslində Rusiyaya qarşıdır:

"Bu proseslə Ermənistan çalışır ki, Rusiyanın 102-ci bazasının ölkəsindən çıxarılmasına da nail olsun. Düzdür, bu, asan məsələ deyil. Amma Paşinyan hökumətinin əsas niyyətlərindən biri də budur. Lakin bu zaman unumaq olmaz ki, Ermənistan iqtisadi cəhətdən Rusiyadan böyük ölçüdə asılıdır”. 

Qeyd edək ki, Ermənsitan parlamentinin sədri Alen Simonyan Ermənistanın Azərbaycanla sərhədində yerləşdirilən Avropa İttifaqı mülki misisyası ilə bağlı jurnalistlərin sualına cavabında həmin müşahidə missiyasının ölkədə qalma müddətinin uzadılacağına ümid etdiyini bildirib. 

Xatırladaq ki, bu missiyanın fəaliyyət müddəti cari ilin fevralında başa çatır. 


Rüfət Sultan

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:133
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 22 Yanvar 2025 18:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see316

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see241

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see206

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see205

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see201

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see193

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see184

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see184

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see178

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see170

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see169

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see160

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see156

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see156

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see148

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see145

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see139

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see130

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see127

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri