Icma.az
close
up
RU
Əliyevə ünvanlanan suallar: İrəvan nəyə nail olmaq istəyir?

Əliyevə ünvanlanan suallar: İrəvan nəyə nail olmaq istəyir?

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən “Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi” mövzusunda panel müzakirələri zamanı Prezident İlham Əliyevə sual verən Stepan Safaryan Nikol Paşinyanın tərəfdarlarındandır. 2018-ci ildən sonra daha aktiv siyasi fəaliyyətə başlayan Safaryan, əsasən Paşinyan hakimiyyətinin kursuna uyğun çıxışları ilə tanınır.

İstisna deyil ki, Safaryanı Münhenə göndərən və Əliyevə verilən sualları hazırlayan Ermənistan hakimiyyətidir. Sualların mahiyyəti də bunu deməyə əsas verir. Erməni ekspert Azərbaycan prezidentindən iki məsələni soruşur, daha dəqiq desək, mövqe irəli sürür.

Birincisi, Ermənistanın mövcud konstitusiyasının yekun sülh müqaviləsinin imzalanmasına maneə olmamasıdır. Safaryan iddia edir ki, Azərbaycanı narahat edən Ermənistanın Müstəqillik Bəyannaməsi artıq qüvvədə deyil, bununla bağlı Konstitusiya Məhkəməsinin qərarı olub.

İkincisi, Ermənistanın “sülh qovşağı”nı mühüm təşəbbüs kimi təqdim edir. İddia edir ki, ABŞ-ın hər iki administrasiyasının (Bayden dəstəkləsə də, Tramp administrasiyasının yanaşması fərqli olub) dəstəklədiyi bu layihə bütün təşəbbüsləri - İpək yolu, Transxəzər, “Bir kəmər, bir yol” - tənzimləyir.

Hər iki məsələ rəsmi İrəvanın “mətbəxi”ndə hazırlanıb.

- Ermənistan hakimiyyəti seçkiyə qədər yekun sülh müqaviləsini imzalamaq istəyir və iddia edir ki, mövcud konstitusiya – Bakının narazılığına səbəb olan müstəqillik bəyannaməsi sazişin imzalanmasına maneə deyil. Paşinyan da bildirdi ki, seçkidən öncə müqavilənin imzalanması məqsədi hökumətin gündəliyinə daxil edilib.

- “Sülh qovşağı”nı regional kommunikasiyanın açılmasında əsas layihə kimi qəbul etdirməyə çalışan İrəvanın iki ana hədəfi var:

a) Zəngəzur dəhlizinə bu layihə çərçivəsində daha çox nəzarət edə bilmək, “suverenlik prinsipini” gücləndirmək;

b) Cənubi Qafqazın bütün kommunikasiyasını Ermənistan üzərində birləşdirməklə regionun əsas tranzitinə çevrilmək;

Bayden Administrasiyası regional kommunikasiyanın açılmasında Paşinyanın “sülh qovşağı” təşəbbüsünə dəstək verirdi və “yanlış ata oynamaq”la itirən tərəfə çevrildi. Tramp Baydenin yanlışını təkrar etmədiyi üçün regionda qazanan tərəf oldu. TRİPP layihəsi də Bakının istəklərinin qəbul edildiyi üçün baş tutdu. Paşinyan isə TRİPP-i qəbul etsə də, bütün kommunikasiya xətlərini “sülh qovşağında birləşdirmək niyyətindən imtina etməyib və bu layihəni müxtəlif platformalarda zaman-zaman gündəmə gətirir.

Safaryanın Prezident İlham Əliyevə ünvanladığı sual/mövqe də Münhendə diqqəti “sülh qovşağı”na və Ermənistanda parlament seçkilərinə qədər sülh müqaviləsinin imzalanmasına yönəltməyə hesablanmışdı. Rəsmi İrəvan bununla beynəlxalq ictimai rəyi öz maraqları istiqamətində formalaşdırmağa çalışır.

Bu kontekstdə erməni nümayəndənin sualının təxribat xarakterli olduğu aydın görünür. Prezident İlham Əliyevin cavabı da Ermənistan hakimiyyətinin niyyətinə adekvat oldu.

Prezident “Konstitusiya məhkəməsi konstitusiyadan üstün götürülə bilməz” deməklə Ermənistan hakimiyyətinin iddialarının hüquqi baxımdan əsassız olduğunu göstərdi və mövcud konstitusiya dəyişmədən sülh sazişinin imzalanmayacağı mesajını bir daha çatdırdı. “Sülh qovşağı” ilə bağlı dediyi “Prezident Tramp vəzifəyə qayıtdıqdan sonra TRIPP layihəsini irəli sürdü, daha sonra Bayden kimi prezident gəlsə, o, sizin yol qovşağınızı yenidən gündəmə gətirəcək” sözləri isə incə diplomatiya hesab oluna bilər.

Əliyev göstərir ki, “sülh qovşağı” Baydenin layihəsidir”: bununla ABŞ Administrasiyasına Ermənistanın təşəbbüsünün problemli olduğunu çatdırır və Trampa “Paşinyan TRİPP-i qəbul etsə də, hələ də Baydenin dəstəklədiyi layihə haqda düşünür” mesajını verməklə “sülh qovşağı”na mümkün dəstəyi arxa plana keçirir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://axar.az
archiveBu xəbər 15 Fevral 2026 09:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see627

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see318

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see307

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see300

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see297

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see295

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see282

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see268

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see263

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see254

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see248

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see239

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see234

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see234

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see234

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see230

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see230

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see228

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see226

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see216
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri