“İrəvan Aİİ dən çıxmaq niyyətində deyil, lakin Aİ na üzvlük üçün müraciət edəcək” Paşinyan
Icma.az, 525.az portalına istinadən məlumat verir.
“Ermənistan Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmağa hazırlaşmır”.
525.az xəbər verir ki bu barədə Baş nazir Nikol Paşinyan parlamentdə jurnalistlərə deyib.
“Biz xalqa vəd etdiyimiz kimi, alternativin formalaşdırılmasına hazırlığa başlamışıq. Məqsəd xalqın seçim imkanına malik olmasıdır. Aİİ-dən çıxmaq niyyətində deyilik, lakin ittifaqdakı həmkarlarımız referendumun müəyyənləşdirilməsi və keçirilməsi məsələsini gündəmə gətirirlər”, - Paşinyan bildirib.
Onun sözlərinə görə, referendumun keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulan bir sıra prosedurların yerinə yetirilməsi tələb olunur və İrəvan artıq bu istiqamətdə addımlar atır:
“Proses 2027-2028-ci illərdə Avropa İttifaqına tamhüquqlu üzvlük prosesinin başlanması üçün müraciət etməyimizə doğru aparır”, - o əlavə edib.
Baş nazir, həmçinin İrəvanın Ermənistanın Aİİ-dən çıxmasının mümkün nəticələrinə dair Avrasiya Hökumətlərarası Şurasının hesabatı ilə tanış olduğunu və orada yer alan qənaətlərin əhəmiyyətli bir hissəsi ilə razılaşmadığını bildirib. Əlavə edib ki, Ermənistan öz etirazlarını və mövqeyini tərəfdaşlarına işgüzar qaydada təqdim edəcək.
Pərvanə Sultanova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 05 Noyabr 2026 15:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















