Icma.az
close
up
RU
İrəvan Bakı əlaqələri keyfiyyətcə yeni mərhələyə qədəm qoyub Şərh

İrəvan Bakı əlaqələri keyfiyyətcə yeni mərhələyə qədəm qoyub Şərh

Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

 “Sülh prosesi yalnız siyasi bəyanatlar və imzalanmış sənədlərlə məhdudlaşmayıb, real həyatda konkret nəticələrlə müşayiət olunub. Əldə edilən razılaşmalar praktik müstəviyə daşınaraq iqtisadi və humanitar sahələrdə ardıcıl addımların atılmasına şərait yaradıb. Bu isə göstərir ki, əldə olunan anlaşma formal xarakter daşımır, gündəlik həyatın bütün istiqamətlərinə sirayət edən davamlı prosesə çevrilib”.

Bunu Ölkə.az-a açıqlamasında deputat Asif Əsgərov Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsini və  dövlət başçısının mükafatının təqdimolunma mərasimindəki çıxışını şərh edərkən deyib.

Onun sözlərinə görə,  Əbu-Dabidə keçirilən “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi qlobal sülh, dinlərarası dialoq və humanitar dəyərlərin təşviqi baxımından mühüm siyasi məna daşıyan hadisə kimi yadda qalacaqdır. “Bu mötəbər mükafata Prezident İlham Əliyevin layiq görülməsi son illər regionda əldə olunmuş sabitliyin, qarşılıqlı etimada əsaslanan siyasətin və sülh təşəbbüslərinin beynəlxalq səviyyədə yüksək səviyyədə dəyərləndirilməsinin bariz göstəricisidir”, - o qeyd edib.

Deputat əlavə edib ki, dövlət başçısının bəyan etdiyi kimi,   Azərbaycanla Ermənistan artıq altı aydır sülh şəraitində yaşayır: “Müstəqillik dövründə ilk dəfə olaraq davamlı sabitlik mərhələsinə qədəm qoyulması bütövlükdə Cənubi Qafqaz üçün dönüş nöqtəsi kimi xarakterizə edilir. Vaşinqtonda keçirilən Zirvə Görüşü bu prosesin mühüm mərhələsi olub. Həmin görüşdən sonra tərəfdaşlıq və əməkdaşlıq istiqamətində real addımlar atılıb, uzunmüddətli, dayanıqlı sülhə doğru irəliləyiş başlanıb. Üçtərəfli formatda əldə olunan razılaşmalar Qarabağ məsələsinin siyasi yollarla həllinin mümkünlüyünü sübut edib.

İlk növbədə, yük daşımalarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması region üçün yeni logistik imkanlar formalaşdırıb. Uzun illər bağlı qalan yolların açılması təkcə iki tərəf arasında ticarətin canlanmasına deyil, bütövlükdə Cənubi Qafqazda nəqliyyat marşrutlarının şaxələndirilməsinə, tranzit potensialının artmasına və iqtisadi fəallığın yüksəlməsinə təkan verib. Bu addım regionu beynəlxalq ticarət xəritəsində daha cəlbedici məkana çevirərək əlavə investisiyaların cəlb olunmasına da zəmin yaradır.

Enerji məhsullarının ixracına başlanması isə əməkdaşlığın daha strateji səviyyəyə yüksəldiyini göstərir. Enerji sahəsi hər zaman təhlükəsizlik və etimad tələb edən həssas istiqamət hesab olunur. Məhz bu sahədə qarşılıqlı fəaliyyətin qurulması tərəflər arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçdiyini nümayiş etdirir. Bu amil həm iqtisadi səmərəlilik yaradır, həm də qarşılıqlı asılılıq mexanizmini gücləndirərək sülhün dayanıqlığını artırır. İqtisadi maraqların üst-üstə düşməsi sabitliyi möhkəmləndirən ən təsirli amillərdəndir. Birgə layihələr və ortaq bazar imkanları qarşıdurma ehtimalını minimuma endirir, əməkdaşlığı isə zəruri seçimə çevirir”, -o qeyd edib.

Deputat əlavə edib ki, Prezident İlham Əliyevin çıxışında mərasimin keçirildiyi şəhərin xüsusi simvolik əhəmiyyəti də diqqətə çatdırılıb: “Dövlətimizin başçısı vurğulayıb ki, hər iki tərəfdən güclü siyasi iradə mövcud olduğu və həmin proses dost ölkələr və beynəlxalq ictimaiyyət tərəfindən dəstəkləndiyi halda, sülh mümkündür. Son danışıqlar raundunun məhz burada baş tutması və yekun razılaşmanın formalaşması Əbu-Dabini artıq diplomatik görüş məkanından daha geniş məna daşıyan bir platformaya çevirib. Bu şəhər indi sülhün təşəkkül tapdığı tarixi məkana çevrilib. Belə bir şəraitdə təqdim olunan mükafat əldə olunmuş nailiyyətlərin beynəlxalq səviyyədə təsdiqi kimi dəyərləndirilir.

Prezident İlham Əliyevin qeyd etdiyi məqam ondan ibarət idi ki, uzunmüddətli münaqişəyə, əzablara və qarşılıqlı etimadsızlığa baxmayaraq, sülh mümkündür. Əgər tərəflər barışa hazırdırsa və beynəlxalq ictimaiyyət konstruktiv mövqe sərgiləyirsə, ən çətin problemlər belə həll oluna bilər. Həmin təcrübə bu gün müharibə və gərginlik yaşayan digər bölgələr üçün də yol xəritəsi rolunu oynaya bilər. Siyasi dialoq, qarşılıqlı hörmət və iqtisadi əməkdaşlıq münaqişələrin aradan qaldırılmasının ən effektiv vasitələridir.

 Prezident İlham Əliyevə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdim olunması bütövlükdə sülhə yönəlmiş dövlət siyasətinin, regionda sabitliyin bərqərar olunması istiqamətində atılan addımların beynəlxalq arenada etiraf edilməsi anlamına gəlir. Əbu-Dabidən dünyaya verilən mesaj aydındır, qarşıdurmaların yerini əməkdaşlıq, düşmənçiliyin yerini qarşılıqlı anlaşma tutur. Güclü iradə və düzgün strategiya olduqda sülh sadəcə arzu deyil, real nəticəyə çevrilir”.

Mürtəza

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:188
embedMənbə:https://olke.az
archiveBu xəbər 06 Fevral 2026 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see313

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see313

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see312

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see306

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see289

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see287

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see273

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see269

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see264

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see262

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see259

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see257

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see256

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see252

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see250

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see240

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see236

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see229

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see209

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri