Icma.az
close
up
RU
İrəvan Bakı ilə ticarət üçün 756 milyon dollar tapmalıdır

İrəvan Bakı ilə ticarət üçün 756 milyon dollar tapmalıdır

Icma.az bildirir, Modern.az portalına istinadən.

Ötən ilin dekabrından başlayaraq Azərbaycan-Ermənistan normallaşması çərçivəsində 

Ekspertlər düşünürlər ki, məhz Qazax-İcevan yolu Ermənistana taxıl və neft daşıması üçün ən yaxşı yoldur və bərpa edilməlidir.

Bugünkü iclasında çıxışı zamanı Paşinyan Ermənistan və Azərbaycan nümayəndələrinin Arazdəyən-Sədərək dəmir yolu hissəsinə səfərini xatırladaraq qeyd edib ki, Rusiya balansında olan Ermənistan dəmir yollarının Azərbaycan və Türkiyə ilə birləşdirən hissələrini (Qazax-İcevan, Arazdəyən-Naxçıvan-Culfa) təmir edəcək.

Maraqlıdır ki, bu yolun bərpası nə qədər vəsait tələb edir?

Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev Modern.az-a açıqlamasında bildirib ki, Bakı-Qazax-İcevan dəmiryolunun Ermənistan hissəsinin bərpası ilə bağlı fikirlər ümumi olaraq son 5 ildə zaman-zaman səslənir:

“Qazaxın Sofulu, Barxudarlı kəndləri hazırda Ermənistan nəzarətindədir. Azərbaycanın bu anklavları geri qaytarılmalı və bu istiqamətdə delimitasiyanı bitirmək vacibdir. Azərbaycan tərəfdən Qazaxdan Barxudarlıya qədər olan məsafə 18 kilometrdir. 18 kilometr dəmir yolu və 18 kilometr avtomobil yolunu Azərbaycan çox qısa zamanda bərpa edə bilər”.

Ekspert qeyd edib ki, Ermənistan tərəfində isə məsələ azacıq mürəkkəbdir:

“Çünki ərazidə torpaq sürüşmələri olub, müəyyən hissələrdə rels-şpal qəfəsi, kontakt şəbəkə demontaj olunub. Zamanında ən uzun region tuneli də oradaydı. Onun uzunluğu 8 kilometr 100 metr idi. Heç istifadə olunmadan konservləşmiş halda qalıb. Onların yenidən istifadəsindən öncə inspeksiya edilib, bərpa olunmalıdır. Ümumi olaraq layihə 500 milyon dollar dəyərində qiymətləndirilirdi. Lakin Rusiya tərəfi layihəni bu günə qədər icra etməyib. Məsələ açıq olaraq qalıb".

Ekspert Arazdəyən-Naxçıvan və Türkiyə ilə Gümrü-Qars dəmir yollarının Ermənistan hissəsi üçün 33 milyon dollar, Zəngəzur dəhlizinin tam fəaliyyəti üçün isə 223 milyon dollarlıq tikinti-bərpa işləri görməli olduğunu bildirib.

"Bizim üçün ilk növbədə önəmli olan Zəngəzur dəhlizinin açılmasıdır. Niyyət var, çox güman bu il aktiv işlərə başlanılar. Paralel olaraq qeyd etdiyim kimi silsilə tədbirlər görülməlidir. Azərbaycan tərəfindən tikinti-quraşdırma işi ilə bağlı problem yoxdur. Digər tərəfdə bu Ermənistanın daxili məsələsidir, ya özləri, ya da konsessasiya verdiyi Rusiya dəmiryollarını inşa edəcək. Bunu isə zaman göstərəcək”.

Xatırladaq ki, Ermənistanın Azərbaycandan aldığı taxıl və yanacaq hazırda Gürcüstan vasitəsilə ölkə ərazisinə daxil olur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://modern.az
archiveBu xəbər 30 Yanvar 2026 09:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see361

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see348

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see339

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see332

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see322

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see311

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see297

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see269

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see254

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see246

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see234

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see230

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see214

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see213

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see206

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see204

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see199

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see184

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see182

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri