Icma.az
close
up
RU
İrəvan da təəccübləndi: Pallone niyə Bakıdadır?

İrəvan da təəccübləndi: Pallone niyə Bakıdadır?

Icma.az xəbər verir, Xalqcebhesi saytına əsaslanaraq.

Ermənipərəst konqresmen Frenk Pallonenin Bakıya gəlişi ilk dəfə deyil. O, 1999-cu ildə Konqresin bir qrup nümayəndəsi ilə Azərbaycanda səfərdə olub. Həmin il konqresmenlərlə görüşən mərhum dövlət başçısı Heydər Əliyev Azərbaycan torpaqlarının işğal altında qalmasına ədalətsiz yanaşmalarına görə onları tənqid etmişdi. Konqresmenlər helikopterlə çadır şəhərçiklərinin birinə gedib orada yaşayan insanların bir qismi ilə görüşmüşdülər. Təkcə Frenk Pallone qaçqınlarla görüşməkdən imtina etmişdi.

Xalqcebhesi.az xəbər verir ki, bu sözləri politoloq Elxan şahinoğlu qeyd edib.

Onun sözlərinə görə, o vaxt Pallone Azərbaycana xanımı ilə gəlmişdi:

“Həmin görüşün maraqlı məqamlarından biri də buydu ki, konqresmenlər Heydər Əliyevdən mətbuatı görüşdən uzaqlaşdırmağı istəmişdilər. Bunu belə əsaslandırmışdılar ki, onlar Bakıda mətbuat konfransı keçirəcəklər. Buna baxmayaraq, Heydər Əliyev onlarla razılaşmayaraq, görüşdə medianın iştirakını təmin etmişdi.

Frenk Pallone Azərbaycan həqiqətlərini 25 il əvvəl yerindəcə dinləmək imkanı qazanıb. Ancaq bu, onun ermənipərəst mövqeyinə təsir etməyib, o əvvəlkitək Azərbaycanı ittiham edib, hətta işğal dövründə Qarabağda olub. 25 ildən sonra Bakıya yenidən gələn Frenk Pallone geri qayıtdıqdan sonra yenə fikirlərini dəyişməyəcək. Sadəcə, Frenk Pallone Konqresin bəlkə də yeganə ermənipərəst üzvüdür ki, ittiham etdiyi Azərbaycana ikinci dəfə səfər etməyi lazım bilib. Doğrudur, o, COP29 tədbirinə görə Bakıya gəlib və X platformasındakı hesabında yazıb ki, Amerikanın iqlim dəyişikliyi ilə mübarizədə iştirakı davam edir. Konqresin Energetika və ticarət komitəsinin üzvü olan Pallone yeni Prezident Donald Trampın Birləşmiş Ştatları iqlim üzrə Paris sazişindən yenidən çıxarmaq planlarını da pisləyib. Ancaq bunun üçün Azərbaycana gəlməyə ehtiyac yox idi. Bu, Frenk Pallonenin növbəti avantürasına bənzəyir. Hər halda ABŞ-ın erməni lobbisi üçün də bu sual maraqlıdır: “Frenk Pallonenin Azərbaycana səfər etməkdə məqsədi nədir?”

Qeyd edək ki, Bakıda səfərdə olan ABŞ Konqresinin ermənipərəst nümayəndəsi Frank Palloneyə qarşı etiraz aksiyası keçirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 16 Noyabr 2024 21:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2091

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see300

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see243

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see236

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see205

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see186

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see156

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see150

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see142

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see141

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see139

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see139

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see133

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see131

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see130

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see129

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see123

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see120

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see120

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri