Icma.az
close
up
RU
İrəvan dəhlizin açılmasında maraqlı olmalıdır: Sülh sazişindən sonra Qərb daha çox çalışacaq ki...

İrəvan dəhlizin açılmasında maraqlı olmalıdır: Sülh sazişindən sonra Qərb daha çox çalışacaq ki...

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Avropa İttifaqı dəhlizlərin genişləndirilməsində maraqlıdır. Amma etiraf etmək lazımdır ki, Avropa İttifaqı "Bir Kəmər, Bir Yol" dəhlizinin çox da genişlənməsində maraqlı deyil".

Bu barədə millət vəkili Vüqar Bayramov Bakıvaxtı.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, "Bir Kəmər, Bir Yol" layihəsinı həm Avropada, həm də ABŞ-də Çinin daha geniş regionlarda möhkəmlənməsi ideyası kimi baxırlar. Baxmayaraq ki, "Bir Kəmər, Bir Yol" layihəsinin reallaşması üçün uzun müddətdir işlər gedir, infrastruktur inkişaf etdirilir. Bunun siyasi səbəbləri, təsirləri də var. ABŞ və Avropanın bu ideyaya qısqanc yanaşması ortadadır. Digər tərəfdən "Bir Kəmər, Bir Yol" ideyası kifayət qədər bahalıdır və böyük vəsait tələb edir. Çünki bu kəmər elə ölkələrdən keçir ki, həmin ölkələrdə infrastrukturların yenidən formalaşmasına ehiyac var”.

Müsahibimiz qeyd edib ki, bu kəmər sadəcə Çindən, Orta Asiyadan, Cənubi Qafqazdan Avropaya kimi deyil və əslində daha böyükdür. Cənubi Şərqi Asiyanı əhatə edən bir layihədir. Son proseslər də göstərdi ki, Qərb regional çərçivədə Gürcüstana nisbətdə Ermənistanın mövqeyinin möhkəmlənməsində maraqlıdır.

Deputat vurğulayıb ki, əgər Azərbaycan və Ermənistan arasında sülh müqavilələri bağlanarsa, növbəti mərhələdə Qərb daha çox çalışacaq ki, Ermənistan regional layihələrdə əsas aktorlardan birinə çevrilsin:

"Amma Ermənistanın infrastrukturu inkişaf etməyib. İstər dəmiryol xətti, istər digər nəqliyyat növləri kifayət qədər ciddi investisiya tələb edir. Relyefi də nəzərə alsaq, tələb olunan sərmayənin həcmi kifayət qədər böyükdür”.

Vüqar Bayramov: İrəvanda rasional yanaşma olarsa, Ermənistan dəhlizin açılmasında maraqlı olmalıdır

V.Bayramov hesab edir ki, ancaq Zəngəzur dəhlizi reallaşarsa, Ermənistan prosesdə iştirak edə bilər. Zəngəzur dəhlizi Ermənistan üçün imkanlar yaradır:

“İrəvanda rasional yanaşma olarsa, Ermənistan dəhlizin açılmasında maraqlı olmalıdır. Çünki Zəngəzur dəhlizi Ermənistan üçün idxal-ixrac imkanları deməkdir. Şərqə və Qərbə bağlantı deməkdir. Həm də Ermənistanın Şimal-Cənub Nəqliyyat Dəhlizinə çıxış imkanları deməkdir. Ermənistan ixracatını diversifikasiya etmək istəyirsə, bir mənbədən asılı olmaq istəmirsə, o zaman təbii ki, Zəngəzur dəhlizinin açılmasında maraqlı olmalıdır. Amma Ermənistanda rasional yanaşmadan daha çox revanşist yanaşma var".

Aydın Baxış

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 25 Aprel 2025 15:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see211

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see211

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see191

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see187

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see173

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see166

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see164

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see162

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see161

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see160

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see158

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see153

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see153

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see153

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see150

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see145

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see145

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see140

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see140

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri