Icma.az
close
up
RU
İrəvan “diplomatik kosmetika”ya əl atdı Sülhə məcburetmə başlaya bilər

İrəvan “diplomatik kosmetika”ya əl atdı Sülhə məcburetmə başlaya bilər

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Ermənistan parlamentinin sədri Alen Simonyanın son açıqlaması diqqət çəkir.

Sitat:

“Ermənistanla Azərbaycan sülh şəraitində yaşayacaq, bir-biri ilə ticarət edəcək, əvvəllər olduğu kimi bizim bazarlarda Azərbaycan malları, onların bazarlarında isə Ermənistan malları olacaq. Ermənilərlə azərbaycanlılar yan-yana yaşayacaqlar. Müharibə olmayacaq, sülh olacaq”.

Simonyan, eyni zamanda, Ermənistan daxilində sülhə qarşı çıxanları “Köçəryan-Serj zooparkında yaşayan heyvanlar” adlandırmaqla revanşist müxalifətə açıq şəkildə hücum edib.

Bəllidir ki, gec-tez Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalanacaq. Tarixi təcrübə göstərir ki, əbədi müharibə və ya düşmənçilik deyilən anlayış yoxdur. Lakin Alen Simonyanın bu çıxışı zahirdə sülhə çağırış kimi təqdim olunsa da, əslində üç əsas məqsədə xidmət edir:

Ermənistan daxilində siyasi mövqeyini möhkəmləndirmək; Beynəlxalq ictimaiyyət qarşısında sülhsevər imic formalaşdırmaq; Populist ritorika ilə daxili təzyiqləri neytrallaşdırmaq.

Simonyanın müxalifəti “zooparkda yaşayan heyvanlar”a bənzətməsi təkcə emosional çıxış deyil. Bu, siyasi ritorika vasitəsilə cəmiyyətə mesaj vermək, sülhü Paşinyan hökumətinin “siyasi mülkiyyəti” kimi təqdim etmək cəhdidir. Bu tip ifadələr hakimiyyətin daxili legitimlik və siyasi üstünlük axtarışının göstəricisidir.

Bəyanatın başqa bir hədəfi isə Qərb ictimaiyyətidir. Paşinyan hakimiyyəti uzun müddət özünü “sülh tərəfdarı”, Azərbaycanı isə “aqressor” kimi göstərməyə çalışıb. Son illərdə bu bir qədər səngiyib. Simonyanın dili ilə xüsusilə sülh prosesinin durğun mərhələyə keçdiyi bir vaxtda bu bəyanat təsadüfi deyil.

44 günlük Vətən müharibəsi ilə Azərbaycan regionda yeni status-kvo yaradıb. Hazırda Bakı bu status-kvonu qorumaq və möhkəmləndirmək üçün diplomatik müstəvidə aktiv siyasət yürüdür. Əgər Ermənistan sülh sazişinə həqiqətən hazırdırsa, bunu yalnız bəyanatlarla deyil, praktik addımlarla nümayiş etdirməlidir. Əks halda bu çağırışlar sadəcə siyasi manevr və ya zaman qazanmaq cəhdi kimi qəbul olunacaq.

Sülh geosiyasi nəticə, qüvvələr balansı və iradə tələb edən prosesdir. Dövlətlər çox zaman sülhə ya qarşılıqlı maraq, ya da qarşılıqlı qorxu nəticəsində razılaşır. Əgər Ermənistan bu ritorikanı yalnız daxili sabitliyi qorumaq, beynəlxalq təzyiqləri neytrallaşdırmaq və vaxt qazanmaq üçün istifadə edirsə, bu, Azərbaycanı “sülhə məcburetmə diplomatiyası”na keçməyə məcbur edə bilər.

Simonyanın açıqlaması ümumilikdə “diplomatik kosmetika”dır. Azərbaycan bu bəyanatları diqqətlə izləyir, analiz edir. Digər mühüm məqam isə Bakının emosional reaksiya verməməsidir.

Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 02 İyun 2025 15:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri