Icma.az
close
up
RU
Yeni ifadə: “sülhə məcburetmə”

Yeni ifadə: “sülhə məcburetmə”

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yaxşı sözdür “sülhə məcburetmə”. Bu sözü rus və ingilis dillərində də təqdim etsək, faydasız olmaz: “принуждение к миру” – “peace enforcement”.

Ali Baş Komandanımız yağı düşməni sülhə məcbur etdi. Prezident İlham Əliyevin həmin jesti gözlərimin qarşısındadır: “Azərbaycan Ordusu mülki insanları, mülki obyektləri hədəfə almır, işğalçını sülhə məcburetmə əməliyyatı həyata keçirir. Biz düşməni sülhə məcbur edirik!” – deyib baş barmağını şəhadət barmağı ilə qoşalaşdırıb süngü kimi irəli uzadır: “Qarabağ Azərbaycandır!”

44 gün ərzində, Vətən müharibəsindən əvvəl və sonra Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin dünyanın ən ünlü media vasitələrinə müxtəlif dillərdə yüksək peşəkarlıqla və diplomatik məharətlə verdiyi müsahibələr uzaq vuran artilleriya silahıdır.

Bu müsahibələrlə Prezidentin əsas məqsədi diqqəti bir daha Azərbaycanın işğal altındakı ərazilərinə, beynəlxalq güclərin Azərbaycana qarşı ədalətsiz davranışlarına, Qərbin “ikili standartları”na, Ermənistanın işğalçılıq siyasətinə cəlb etmək idi - təcavüzkara qarşı analoji hallarda tətbiq edilən sülhə məcburetmə mexanizmləri niyə işə salınmır? Niyə təcavüzkarın adı deyilmir, ona qarşı sanksiyalar tətbiq olunmur, legitim sülhə məcburetmə əməliyyatı keçirilmir? BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri niyə kağız üzərində qalır?

Diplomatiyada “sülhə məcburetmə” anlayışı var. Beynəlxalq təcrübədə sülhə məcburetmə aktları həyata keçirilib – Kambocada, Şərqi Timorda, Ruandada, Somalidə, Yuqoslaviyada, Bosniya və Herseqovinada. Niyə Azərbaycanda olmasın? Sülhə məcburetmə aktları hərbi gücdən istifadə etmədən də - iqtisadi, hüquqi, maliyyə sanksiyaları vasitəsilə həyata keçirilə bilər. Amma 30 il idi ki, dünya Ermənistanın şıltaqlıqları ilə oynayır, işğalçıya “Dur!” demirdi...

“Qarabağda hərbi eskalasiya böyük riskdir, Azərbaycan buna gedirsə, görünür, danışıqların nəticə verəcəyinə ümid qalmayıb” – bu sözləri Karnegi Fondunun elmi işçisi Tomas de Vaal BBC-yə verdiyi müsahibədə demişdi. Ona görə də, qlobal təhlükəsizlik kontekstində Azərbaycanın təcavüzkar Ermənistana qarşı tətbiq etdiyi “sülhə məcburetmə” aktı regional təhlükəsizlik sisteminin yaradılması üçün də mühümdür.

Sülhə məcburetmə mexanizmi hərbi gücün əksər halda döyüşən tərəfin iradəsinə zidd olaraq bir münaqişədə sülhün bərpa olunması məqsədilə tətbiq edilməsi aktıdır. BMT Təhlükəsizlik Şurasının nizamnaməsinin VII fəslinə əsasən, təşkilat artıq imzalanan qətnamə və yaradılan atəşkəsləri qüvvəyə mindirmək üçün zorakı qüvvədən istifadə etmək hüququna malikdir. Başqa sözlə, düşmən cığallıq edirsə, müharibə qanunlarını pozursa, onu sülh davranışlarına məcbur etmək lazım gəlir. BMT TŞ-nın bu hüququnu da Azərbaycan özü həyata keçirdi. 2020-ci ilin sentyabr ayının axırlarında başlayan Qarabağ döyüşləri Ermənistanı sülhə məcburetmə əməliyyatı idi.

...Və 44 gün çəkən Vətən Müharibəsində Azərbaycan tarixi ədaləti bərpa etdi, sülhə məcburetmə mexanizmini işə salıb təcavüzkar Ermənistanı havadarlarının dəstəyi ilə işğal etdiyi Azərbaycan ərazilərindən “qovdu”. Cənab Ali Baş Komandan əks-hücum əməliyyatlarının başladığı ilk andan bu müharibənin sülhə məcburetmə əməliyyatı olduğunu, məqsədin qan tökmə və torpaq qəsb etmək olmadığını deyirdi və bu bəyanatın Ermənistan tərəfindən imzalanması sülhə məcburetmə əməliyyatının uğurla bitməsinin təsdiqidir.

Nə yazıq ki, bu sülhə məcburetmə əməliyyatı qansız olmur.

Allah şəhidlərimizə rəhmət eləsin!

Firidun AĞAZADƏ,
şair-tərcüməçi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 Oktyabr 2026 11:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see310

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see301

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see293

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see285

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see282

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see273

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see264

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see250

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see247

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see244

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see237

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see222

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see220

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see217

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see209

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see208

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see196

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see180

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see176

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri