Icma.az
close
up
RU
Sülhə doğru addım, yoxsa diplomatik durğunluq? Bakı ilə İrəvan arasında normallaşma prosesi

Sülhə doğru addım, yoxsa diplomatik durğunluq? Bakı ilə İrəvan arasında normallaşma prosesi

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

Cənubi Qafqaz regionu uzun illərdir davam edən münaqişə və geosiyasi gərginliklərlə yadda qalıb.

2020-ci ilin payızında 44 günlük Vətən müharibəsi bölgədə yeni reallıqlar yaratdı və Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması məsələsi gündəmin əsas mövzularından birinə çevrildi. Müharibədən sonrakı dövrdə sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiya və demarkasiyası, kommunikasiyaların açılması kimi məsələlər üzərində danışıqlar aparılsa da, prosesin tam şəkildə irəlilədiyini demək hələ tezdir.

Bu yazıda Ermənistanla normallaşma prosesinin indiyə qədər gəldiyi mərhələlərə nəzər salacaq, qarşıda duran əsas maneələri və imkanları təhlil etməyə çalışacağıq.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Oqtay Qasımov bildirib ki, Azərbaycanla Ermənistan arasında normallaşma prosesində müəyyən durğunluq müşahidə olunur:

"Bunun əsas səbəbi, Ermənistanın ənənəvi olaraq prosesləri uzatmağa meyilli davranışıdır. Təxminən bir ay öncə tərəflər sülh müqaviləsi üzrə mətnin razılaşdırılması ilə bağlı bəyanat versələr də və sənədin demək olar ki, hazır olduğunu bildirsələr də, onun imzalanması üçün Azərbaycanın irəli sürdüyü bəzi haqlı tələblər var".

Onun sözlərinə görə, bu tələblərin əsasını Ermənistan Konstitusiyasına dəyişiklik edilməsidir. Belə ki, Ermənistanın mövcud konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları yer alır və bu, sülh müqaviləsinin ruhuna ziddir. Digər mühüm tələb isə ATƏT-in Minsk qrupunun rəsmi olaraq buraxılması üçün tərəflərin birgə müraciət etməsidir. Prosesin ləngiməsi, məhz bu şərtlərin Ermənistan tərəfindən yerinə yetirilməməsi ilə bağlıdır. Ermənistan isə bu məsələlərə aydın mövqe sərgiləmək əvəzinə, xarici havadarlarının vasitəsilə ictimai rəyə və beynəlxalq ictimaiyyətə təsir göstərərək Azərbaycanı yarımçıq və natamam bir sənədə razı salmağa çalışır. Lakin Azərbaycan tərəfi bu cəhdlərin fərqindədir və mövqeyində dəyişiklik etməyə hazır deyil:

"Azərbaycan prezidenti İlham Əliyev də bu məsələyə son olaraq Almaniya Prezidenti ilə görüşündə toxunaraq bir daha bəyan etdi ki, Bakı sülh müqaviləsini imzalamağa tam hazırdır. Lakin bunun üçün əlavə şərtlər irəli sürülməyəcək - yetər ki, Ermənistan Azərbaycanın haqlı tələblərinə əməl etsin və üzərinə düşən öhdəlikləri yerinə yetirsin".

Oqtay Qasımov: Bu tələblərin əsasını Ermənistan Konstitusiyasına dəyişiklik edilməsidir

Politoloq vurğulayıb ki, Azərbaycan prezidenti İlham Əliyev də bu məsələyə son olaraq Almaniya prezidenti Frank-Valter Ştaynmayerlə Bakıda keçirilən görüş zamanı toxunaraq, rəsmi Bakının sülh müqaviləsini imzalamağa tam hazır olduğunu bir daha bəyan etdi. Prezident açıq şəkildə bildirdi ki, Azərbaycan sülh prosesini uzatmaq niyyətində deyil və bölgədə davamlı sabitliyin təmin olunması üçün bu müqavilənin imzalanması zəruridir. Lakin bunun baş verməsi üçün hər iki tərəfin qarşılıqlı etimad və hüquqi öhdəliklərə sadiqlik nümayiş etdirməsi vacibdir:

"Azərbaycanın yanaşması aydındır: Bakı danışıqlar prosesinə əlavə şərtlər irəli sürmür, lakin eyni zamanda Ermənistanın da konkret və nəticəyə yönəlik addımlar atmasını gözləyir.

Xüsusilə, Ermənistanın Konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlmiş müddəaların aradan qaldırılması və ATƏT-in artıq funksiyasını itirmiş Minsk Qrupunun hüquqi olaraq buraxılması üçün birgə müraciətin edilməsi əsas tələblər kimi ortadadır. Bu tələblər beynəlxalq hüquq çərçivəsində Azərbaycanın haqlı mövqeyini əks etdirir və gələcəkdə hər hansı yeni ərazi iddialarının və ya mübahisəli yanaşmaların qarşısını almaq məqsədi daşıyır".

Əli Hüseynov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:104
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 04 Aprel 2025 16:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri