Icma.az
close
up
RU
İrəvan nəyə və necə xəyanət edir?

İrəvan nəyə və necə xəyanət edir?

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Soyqırımı” məsələsinin kənara qoyulması Kremlin sözçüsünü “sarsıdıb”

Milli kimlik bəzən real zəfərlərdən və qurulan şəhərlərdən daha çox nəsildən-nəslə ötürülən faciələr və tarixi travmalar üzərində inşa edilir. Həmin miflərin sökülməsi, xüsusən bir əsrdən artıqdır ki, bütöv xalqın varlıq fəlsəfəsinə, siyasi şüuruna və hətta gündəlik həyatına hopmuş mifdən imtina cəhdi təhlükəli siyasi prosesdir.

Ermənistanın Baş naziri Nikol Paşinyanın və rəsmi İrəvanın uydurma “erməni soyqırımı” məsələsini ölkənin xarici siyasət prioritetləri sırasından çıxarmaq niyyəti diplomatik manevrin Türkiyə və Azərbaycana yönəlik reveransın fövqündə dayanır. Həmin addım Ermənistan dövlətçiliyinin yüzillik ideoloji bünövrəsinə endirilmiş zərbə, özünü daim qurban və qonşularını əbədi düşmən olaraq kodlayan kimlik anlayışından ağrılı imtina cəhdidir. Məhz buna görə atılan addımın əks-sədası Kremlin divarlarında rezonans doğurub. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın həmin qərarı emosional tonla “xəyanət” adlandırması və Paşinyan hökumətini tarixə qarşı sayğısızlıqda ittiham etməsi ilk baxışda keçmiş irsə formal qayğı kimi görünsə də, əslində, itirilməkdə olan geosiyasi alətin Cənubi Qafqazda onilliklər boyu təsir rıçağı rolunu oynamış ideoloji silahın arxasınca deyilən mərsiyədir.

Zaxarovanın bəyanatı Moskvanın narahatlığının dərinliyini tam aydınlığı ilə göstərir: “Tarixdə elə dövrlər olur ki, xalqlar və ölkələr çətinliklərin öhdəsindən gələ bilmədikləri üçün yox olurlar. Çünki onlar müqəddəs saydıqları şeylərə xəyanət edirlər. Baxın, bir çox erməni liderinin və dövlət xadimlərinin izahında “erməni soyqırımı” ilə bağlı tarixə əsaslanan, toxunulmaz görünən məsələnin qəfildən siyasi, onların təbirincə, kənara atıla biləcək amilə çevrilməsi məni, sadəcə, sarsıtdı”. Bu açıqlama Rusiyanın mövqeyinin təkcə siyasi narazılıq deyil, həm də İrəvana yönəlik mənəvi-psixoloji təzyiq cəhdi olduğunu göstərir. “Xəyanət”, “yox olmaq”, “müqəddəs dəyərlər” kimi ifadələrin seçilməsi Ermənistan cəmiyyətinin ən həssas nöqtələrinə toxunmaq və Paşinyanın addımını millətin özünüməhvi kimi təqdim etmək məqsədi daşıyır.

Bəs Moskvanın sərt reaksiyasının əsl səbəbi nədir? Bu sualın cavabını tapmaq üçün uydurma “soyqırımı” narrativinin son yüz ildə Rusiya üçün hansı funksiyaları yerinə yetirdiyini anlamaq lazımdır. Həmin məsələ heç vaxt sadəcə tarixi mövzu və ya erməni xalqının faciəsinə humanist yanaşma olmayıb. O, Cənubi Qafqazın mürəkkəb geosiyasi arenasında Rusiyanın əlindəki çoxfunksiyalı ideoloji, siyasi və geosiyasi alət olub.

Birincisi, “soyqırımı” kartı Ermənistanı Rusiyanın geosiyasi orbitində saxlamaq üçün ən etibarlı lövbər idi. Ermənistan cəmiyyətinin şüuruna yeridilən “türk təhlükəsi” İrəvanı təhlükəsizliyini təmin etmək üçün mütləq şəkildə Moskvaya sığınmağa məcbur edirdi. Həmin narrativ olmasaydı, Ermənistanın Türkiyə ilə normal qonşuluq münasibətləri qurması, NATO üzvü olan ölkə ilə iqtisadi və siyasi əlaqələrini inkişaf etdirməsi üçün heç bir əngəl qalmazdı. “Soyqırımı” iddiası Ermənistanla Türkiyə arasında heç vaxt bağlanmayan gərginlik mənbəyi kimi saxlanılırdı. Bu şəraitdə isə Rusiya özünü Ermənistanın yeganə xilaskarı, onun fiziki varlığının qarantı kimi təqdim edirdi. Həmin status, Rusiyaya Ermənistanda hərbi baza saxlamaq, onun xarici siyasətinə birbaşa müdaxilə etmək və Qərbə inteqrasiya yolundan çəkindirmək üçün legitim zəmin yaradırdı. Paşinyanın narrativdən imtinası, əslində, bu geosiyasi lövbəri qırmaq və Ermənistan gəmisini Rusiyanın limanından çıxarmaq cəhdidir.

İkincisi, bu hekayə Ermənistan cəmiyyətini daxildən idarə etmək üçün güclü ideoloji vasitə idi. “Soyqırımı” mövzusu erməni kimliyinin mərkəzinə qoyularaq, bütün milli enerjini keçmişin intiqamını almaq və tarixi ədaləti bərpa etmək kimi illüziyalara yönəldirdi. Bu, cəmiyyəti real problemlərdən – iqtisadi gerilikdən, korrupsiyadan, demoqrafik böhrandan yayındıran və daimi səfərbərlik vəziyyətində saxlayan psixoloji konstruksiya idi. Paşinyanın bu ideoloji dayağı sökməyə çalışması Moskvanın Ermənistanın daxili siyasi diskursuna təsir imkanlarını kəskin şəkildə məhdudlaşdırır.

Üçüncüsü, “soyqırımı” iddiası Rusiyaya bütün Cənubi Qafqaz regionunda geosiyasi işlər qurmaq imkanı verirdi. Həmin mövqe təkcə Ermənistan–Türkiyə münasibətlərini gərgin saxlamaqla məhdudlaşmırdı. Narrativ həm də Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına mənəvi və tarixi “bəraət” qazandırmaq üçün vasitə idi. Qarabağ münaqişəsi erməni təbliğatında tez-tez “yeni soyqırımının qarşısını almaq” kimi təqdim edilirdi. Bu yanaşma beynəlxalq hüququn kobud şəkildə pozulmasını pərdələməyə və işğalçılıq siyasətini qurban obrazı altında gizlətməyə xidmət edirdi.

Baş nazir Nikol Paşinyanın mövqeyi acı reallıqlarla üzləşmiş ölkə liderinin praqmatik və məcburi seçimidir. Paşinyan artıq bir neçə dəfə açıq şəkildə bəyan edib ki, Ermənistanın “vətənpərvərlik modeli” uzun illər boyu erməni kilsəsi və Kremlin təbliğatı tərəfindən formalaşdırılıb və bu model ölkəni daim qarşıdurma vəziyyətində saxlayan süni konstruksiyadır.

44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında Azərbaycanın suverenliyini tam bərpa etməsi ilə yaranan geosiyasi vəziyyətdə Ermənistanın köhnə xətti davam etdirməsi birbaşa dövlətçilik üçün ölümcül risk yaradır. Paşinyan anlayır ki, onun ölkəsi seçim qarşısındadır: ya keçmişin xəyalları və mifləri ilə yaşayaraq iqtisadi cəhətdən çökən, demoqrafik böhran yaşayan və tamamilə təcrid olunmuş forposta çevrilmək, ya da acı da olsa, reallığı qəbul edərək qonşularla münasibətləri normallaşdırmaq, sərhədləri açmaq və dövlətin real, coğrafi sərhədləri daxilində inkişaf etmək.

Ermənistan kimliyinin ən ağrılı və müqəddəs hesab etdiyi elementini, əslində inkişafına ən böyük əngəl olan yükü çiyinlərindən atmağa çalışır. Həmin proses son dərəcə ağrılı, daxili siyasi mübarizələrlə və xarici təzyiqlərlə müşayiət olunacaq. Erməni diasporu və daxildəki revanşistlər Paşinyanı devirmək üçün bütün vasitələrə əl atacaqlar. Paşinyanın addımı, həm də regionda yeni eranın başlanğıcı üçün ümidlər yaradır. Bunun nəticəsində bütün xarici güclər Cənubi Qafqazla artıq bərabərhüquqlu tərəfdaşlıq prinsipləri ilə danışmağa məcbur olacaqlar.

Tural İSMAYILOV,
politoloq

Ermənistanın Baş naziri Nikol Paşinyanın “erməni soyqırımı” iddiasını ölkənin xarici siyasət prioritetləri sırasından çıxarması Cənubi Qafqazda illərlə davam edən ideoloji blokadanın sarsılması deməkdir. Bu qərar Ermənistanın yeni geosiyasi oriyentasiyasını nümayiş edən ciddi strateji dönüşdür. Mariya Zaxarovanın dili ilə Moskvanın emosional reaksiyası təsadüfi deyil. Çünki Rusiya uzun illərdir “soyqırımı” narrativindən həm Ermənistan üzərində nəzarət, həm də Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə edib.

Paşinyanın bu addımı Kremlin postsovet məkanında ideoloji təsir mexanizmlərinə birbaşa zərbə vurur. “Soyqırımı” mifinin siyasi gündəmdən çıxarılması İrəvanın artıq tarix üzərindən geosiyasət yürütməkdən imtina etdiyini göstərir. Zaxarovanın “xəyanət” ifadəsi, əslində, Moskvanın dərin narahatlığını gizlətmək cəhdidir. Çünki bu qərarla Ermənistanın Türkiyə və Azərbaycanla normallaşma prosesi daha real əsaslar qazanır. “Soyqırımı” iddiaları illər boyu İrəvanın Ankara ilə diplomatik münasibət qurmasına ən böyük maneə olub. Paşinyan bu maneləri sistemli şəkildə aradan qaldırır və bu, artıq regionun gələcəyinə yönəlmiş praqmatik siyasətin tərkib hissəsidir. Paşinyanın “vətənpərvərlik modelini” yenidən tərif etməsi Ermənistanın postsovet travmalarından qurtulma cəhdidir. O, açıq şəkildə bildirir ki, kilsə və Kremlin təsiri ilə formalaşmış bu model ölkəni davamlı qarşıdurma vəziyyətində saxlayıb.

Bu, həm də Azərbaycanın uzun müddətdir müdafiə etdiyi sülh gündəminin doğruluğunu təsdiqləyir. Bakı illərlə vurğulayıb ki, regionun inkişafı üçün real əməkdaşlıq zəruridir. Ermənistan bu həqiqəti, gec də olsa, qəbul edir. Paşinyanın qərarı tarixi miflərdən azad olmaq cəhdidir. Bu addım Ermənistanın müstəqil dövlət kimi hərəkət etməyə başladığını göstərir.

Yusif ŞƏRİFZADƏ
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 28 Oktyabr 2025 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türk Dövlətləri Siyasətinə Dəstək Fondu qırğız dilində kitablar nəşr etdirib

29 Avqust 2026 17:51see519

Bakıda biznesmenə qarşı 185 minlik DƏLƏDUZLUQ: 12 il sonra HƏBS OLUNDU

29 Avqust 2026 15:33see318

Mədəniyyətlərin qovuşduğu məkan: “Alyans”da milli rəqs dərnəyi

29 Avqust 2026 14:31see297

Vüqar Biləcəri kimdir? Sonuncu zəngində onun adını çəkərək ağlayıb

29 Avqust 2026 23:34see279

İsrail Livanın cənubuna hücum edib

29 Avqust 2026 18:33see270

Günel Zeynalovanın başına iş gəldi Ayağı zədələndi

29 Avqust 2026 17:15see268

Süni intellekt bumu dünya iqtisadiyyatını ayaqda saxlayır WSJ

29 Avqust 2026 11:23see264

Kökü qədim, gələcəyi parlaq: Türk dünyasının iki bədəndə bir can

29 Avqust 2026 15:21see262

ABŞ da mədəaltı vəzi xərçənginə qarşı inqilabi dərman təsdiqlənib

29 Avqust 2026 11:26see260

Qazaxıstan və Özbəkistanda Azərbaycanın turizm təqdimatı

29 Avqust 2026 16:03see246

Neft kəşfiyyatçılarımızın “Üstyurt” axtarışları

29 Avqust 2026 16:05see238

Türkiyənin səhiyyə naziri: Cem Yılmazın vəziyyəti yaxşıdır, müalicəsi davam edir YENİLƏNİB

29 Avqust 2026 23:13see235

Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı FOTO

30 Avqust 2026 01:13see232

Məşhur reper Bakıya gəlir

30 Avqust 2026 01:52see232

ABB xarici maliyyə bazarlarında mövqeyini gücləndirir

29 Avqust 2026 13:39see229

7 ayda qeyri neft ixracı 18,3 faiz artıb

29 Avqust 2026 16:03see229

Azərbaycanın yeni milyardlıq planı: 2030 cu il üçün BÖYÜK HƏDƏF

29 Avqust 2026 21:13see227

Cem Yılmaz ürək probleminə görə xəstəxanalıq oldu

30 Avqust 2026 05:04see225

Azərbaycan əsilli türk məşhurlar Siyahıda görün kimlər var (Fotolar)

30 Avqust 2026 06:06see211

İqtisadiyyat İnstitutunun baş direktoru Gürcüstanda beynəlxalq elmi konfransda çıxış edib

29 Avqust 2026 14:37see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri