Icma.az
close
up
RU
İrəvan “xəyanət xəncəri”ni çıxarır

İrəvan “xəyanət xəncəri”ni çıxarır

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Armenpres” nəşri Ermənistanın Avropa İttifaqına üzvlük siyasətinin böyük siyasi fəlakətə səbəb olacağına dair məqalə dərc edib. 

Qeyd edilir ki, rəsmi İrəvanın avrointeqrasiya siyasəti Ermənistanı Ukraynadan sonra Qərblə Rusiya arasında ikinci müharibə meydanına çevirə bilər.  

“Avropa Xalq Partiyası aprelin 29-30-da Valensiyada keçirdiyi qurultayında Ermənistanla bağlı fövqəladə qətnamə qəbul edib. İçində çoxlu düzgün, qulağa xoş gələn sözlər var idi. Məsələn, AXP bu yaxınlarda Ermənistanın Avropa İttifaqına daxil olması prosesinin təşəbbüskarı olan qanunun qəbulunu yüksək qiymətləndirir. 

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakını dayandırdığımız üçün orada bizi də təqdir etdilər. Bu dönüş nöqtəsi Ermənistanın Kremlin təsirindən çıxmasına və Avropa dəyərlərinə əsaslanan gələcəyə can atmağa hazır olduğunu əks etdirir”,-qətnamədə belə deyilir.

Orada  Ermənistanın Avrasiya İqtisadi Birliyindən asılılığının azaldılması nəzərə alınmaqla, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi səylərinin dəstəklənməsi, EPP-nin ölkədə sülh və təhlükəsizliyin təmin edilməsində vasitəçi kimi Aİ-nin Ermənistandakı mülki missiyasının mandatının uzadılmasını yüksək qiymətləndirdiyinə dair sözlər yer alıb. 

Ermənistanı Ukraynanın əvvəllər apardıqları yolla aparırlar. Ölkəmiz Cənubi Qafqazın anti-Rusiya roluna hazırlanır. Diqqətlə baxın, ölkəmiz nəyə görə təriflənir, hər şey üzə çıxacaq”,-deyə vurğulanıb.

Müəllif  müharibə vaxtı İspaniyanın və ya Avropanın bütün demokratik ölkələrinin Qarabağa, Ermənistana yardım etmədiyini bildirir.

“Əksinə, martda Bakıda Azərbaycan və İspaniya arasında Strateji İqtisadi Dialoqun ilk iclası keçirilib. 

Görüş çərçivəsində Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə İspaniya Krallığının İqtisadiyyat, Ticarət və Biznes Nazirliyi arasında strateji iqtisadi əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Onu da qeyd edim ki, bu ilin sonuna kimi Azərbaycan sahibkarlarının İspaniyaya səfərinin təşkili planlaşdırılır. 

Üstəlik, mətbuatın yazdığı kimi, Bakıda İspaniya səfirliyinin açılması da nəzərdə tutulub. Sözlə  əməli fəaliyyət arasındakı fərq budur. Merkantil Avropa ölkələri Rusiya ilə əməkdaşlığı bərpa etməyə can atırlar. Onlar Azərbaycanla biznesdən məmnundurlar. Ukrayna ingilislərə, fransızlara, almanlara və amerikalılara güvənərək özünü dağılmış çökəkliyə saldı. 

O, böyük ərazilərini itirib, klassik iflasa uğramış dövlətə çevrilib və təbii sərvətləri artıq müttəfiqləri arasında bölünür. Ermənistan üçün istədiyimiz budurmu? Biz Azərbaycanla Rusiya və İran arasında heç bir yaxınlaşma görmürük, bütün bunların aşkar nəticələrini başa düşmürük? Bütün bu suallara hər birimiz özümüz cavab verməliyik. Dürüst və mümkün qədər tez. Çünki sonra çox gec ola bilər”, - analitik AkopAğacanyan belə yazır.

Göründüyü kimi, məqalədə Ermənistan üçün siyasi həyəcan təbili çalınır. Çünki Nikol Paşinyan hakimiyyətinin Avropa İttifaqına üzvlük siyasəti Ermənistanın təhlükəsizlik sistemini zərbə altına qoya bilər. Mövcud hüquq-müqavilə bazasına görə, Ermənistanın təhlükəsizliyinin təminatçısı Rusiyadır. Avropa İttifaqı isə Ermənistanı öz sıralarına qəbul etmək üçün ilk növbədə Paşinyan hökumətindən KTMT üzvlüyündən çıxmağı və Rusiyanın hərbi bazasının ölkə ərazisindəki fəaliyyətinə xitam verməyi tələb edir. 

Təbii ki, Ermənistan Avropa İttifaqı üzvlüyünə namizədlik statusu qazanacağı təqdirdə, Rusiyanın liderliyi ilə yaradılmış KTMT, Avrasiya İqtisadi Birliyi və Müstəqil Dövlətlər Birliyi kimi qurumlarda qala bilməz. Bu isə Ukraynanın Avropa İttifaqına və NATO-ya üzvlük siyasəti nəticəsində Rusiyanın qərb sərhədlərində olduğu kimi, Cənubi Qafqaz istiqamətində də ciddi təhlükəsizlik problemləri yarada bilər. 

Son zamanlar Rusiya rəsmilərinin Ermənistanın AİB-dən çıxacağı təqdirdə, iqtisadi sanksiyalarla hədələməsi də bununla bağlıdır. Ukraynada davam edən müharibə fonunda Qərbin Ermənistan üzərindən regionda möhkəmlənmək cəhdləri Rusiyaya qarşı cənubdan ikinci cəbhə açmaq planına xidmət edir. Ermənistanın Avropa İttifaqına üzvlük siyasətinin Qərbdən dəstəklənməsi bu planın tərkib hissəsidir. 

Azərbaycanla sülh müqaviləsi olmadığından, potensial münaqişə mənbəyinin qalması bölgədə marağı olan dövlətlər üçün eskalasiya imkanı yaradır. Eyni zamanda, Rusiya özü üçün strateji əhəmiyyət kəsb edən və cənub sərhədlərində təhlükəsizlik baxımından bufer zona kimi Ermənistanı Qərbə güzəştə getmək niyyətində deyil. Ona görə də Ermənistan Ukraynadan sonra Qərb və Rusiya arasında növbəti geosiyasi toqquşma meydanı hesab edilir. 

ABŞ Prezidenti Donald Trampın Ukrayna və Rusiya arasında uzunmüddətli atəşkəs və ya sülhə nail olmaq səyləri nəticə vermir. Bu da öz növbəsində, müharibənin hələ davam edəcəyini deməyə əsas verir. Nəticədə, Qara dəniz regionunda olduğu kimi, Cənubi Qafqazda da Qərb və Rusiya arasında geosiyasi qarşıdurma yenidən güclənə bilər. 

Lakin Tramp administrasiyası Ukraynaya hərbi yardım göstərməkdə o qədər də maraqlı görünmür. Avropa İttifaqı isə Ukraynaya dəstəyi davam etdirməyə məcburdur. Çünki Rusiya ilə ən böyük bufer zona olan Ukrayna işğal olunarsa, növbəti hədəf Avropa ölkələri olacaq. Yəni Ukraynanın müdafiəsi və bütövlüyü Avropanın təhlükəsizliyi deməkdir. 

Ermənistan isə fərqli regionda yerləşdiyindən Qərb bu ölkəyə eyni münasibəti göstərmir. Belə ki, Ermənistanın müharibə meydanına çevrilməsi və dağılması Avropanın təhlükəsizliyi üçün problem yaratmır. Ermənistan Qərbə sadəcə olaraq, Rusiyaya başqa istiqamətdən zərbə endirmək üçün lazımdır. 

Hazırda Ukraynada Rusiya ilə döyüşən Avropa ölkələri uzaq Ermənistan uğrunda müharibəyə qoşulmaq niyyətində deyil. Qərb Cənubi Qafqazda daha çox geoiqtisadi maraqlara önəm verir. Ermənistan isə Avropa üçün sadəcə olaraq, Rusiyaya qarşı “xəyanət xəncəri” kimi istifadə oluna bilər. 

Müşfiq Abdulla
"Cebheinfo.az" 

Açar sözlər: İrəvan xəyanət Avropa İttifaqı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 02 May 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see366

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see347

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see326

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see326

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see291

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see287

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see276

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see270

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see226

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see212

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see211

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see207

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see205

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see201

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see199

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see198

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see196

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see188

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see187

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri