Icma.az
close
up
RU
“İrəvan Qərbdən təminat almadan Rusiya ilə münasibətləri pozur”

“İrəvan Qərbdən təminat almadan Rusiya ilə münasibətləri pozur”

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

“Valday”ın elmi direktoru Ermənistanın hazırkı kursunu belə dəyərləndirir

Ermənistan rəhbərliyinin son zamanlar yürütdüyü xarici siyasət kursu ekspert dairələrinin diqqətini cəlb etməkdədir. İrəvanın ABŞ ilə strateji tərəfdaşlıq haqqında xartiyanı imzalaması və Avropa İttifaqına qoşulmaq prosesinə rəsmən başlamaq niyyətini açıqlaması müəyyən suallar yaradır. 
Ən başlıca sual isə Ermənistan – Rusiya münasibətlərinin gələcəyi ilə bağlıdır. Məşhur rusiyalı politoloq, “Valday” Beynəlxalq Diskussiya Klubunun elmi direktoru Dmitri Trenin Ermənistanın Verelq Analitik İnformasiya Mərkəzinə eksklüziv müsahibəsində bununla əlaqədar fikirlərini bölüşüb.  
Ekspertin fikrincə, Ermənistan rəhbərliyinin hazırkı kursunu çoxvektorlu adlandırmaq olmaz və indi rəsmi İrəvanın tutduğu yol 2018-ci ildə başlamış ­Qərbyönümlü xəttin ardıcıllığının məhsuludur. Trenin hesab edir ki, Moskvanın İrəvana dəstəyinin olmaması ilə bağlı bəyanatlar sözügedən xəttin əsaslandırılması, yəni ona bəraət qazandırılması üçün istifadə olunur. Ən başlıcası isə politoloq xəbərdarlıq edir: Ermənistan Qərbdən adekvat təzminat almadan Rusiya ilə müttəfiqliyin faydalarını itirmək kimi təhlükəli vəziyyətə düşməyə risk edir. Çünki baş nazir Nikol Paşinyan administrasiyası Rusiya ilə Qərb arasında balansı saxlamağa çalışmır, əksinə, məqsədyönlü şəkildə ölkəni birbaşa Qərb düşərgəsinə aparır.
Qeyd edək ki, Ermənistanda bəzi siyasilər ölkənin Qərblə yaxınlaşmasına Rusiya ilə münasibətlərin soyuqlaşmasının nəticəsi kimi baxırlar. Onlar Paşinyan və tərəfdarlarının Ermənistanın üzvü olduğu, Rusiyanın hakim mövqe tutduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının İrəvana yardım göstərmədiyini qabardırlar. D.Trenin isə məsələyə fərqli yanaşıb. O deyib ki, Ermənistandan Rusiyaya qarşı “hücumlar” ölkənin Qərbyönlü kursuna bəraət qazandırmaq məqsədi daşımaqdan başqa bir şey deyil. Yəni, rəsmi İrəvanın “biz Rusiyadan uzaqlaşmamışıq, Rusiya bizi tərk edib” kimi bəyanatları absurddur. 
Bəs, Ermənistanı ABŞ və Aİ ilə yeni strateji tərəfdaşlıq axtarışına vadar edən əsas geosiyasi səbəblər hansılardır və bu, Rusiyanın regiondakı mövqeyinə necə təsir edə bilər? Politoloq suala cavabında bildirib ki, səbəblər geosiyasi deyil, siyasi və ideoloji xarakter daşıyır. “Kurs (Ermənistanın kursu - red) 2018-ci ildə Paşinyan hakimiyyətə gəldikdən sonra formalaşmağa başlayıb. O, korrupsiya ilə mübarizə bəhanəsi ilə (əlbəttə ki, ­mövcud idi) güclü rəqib kimi Qarabağ klanını məhv etməli idi”, – deyən Trenin əlavə edib ki, Paşinyanın (və komandasının) xarici sponsorları Ermənistanı Rusiyanın orbitindən çıxarmalı və xarici siyasəti “sıfırdan” qurmağa başlamalı idilər. İkinci Qarabağ müharibəsi isə buna çox kömək etdi. Ekspertin fikrincə, Nikol “tarixi Ermənistanı” basdırıb, Qərbə yol aldı: “Ermənistanın Rusiyadan üz döndərdiyi göz qabağındadır”.
Belə nəticəyə gəlmək mümkündür ki, Trenin “tarixi Ermənistan”ı Rusiyanın erməni varlığı üçün uydurduğu avantüra kimi qiymətləndirir. Çox güman ki, N.Paşinyan məhz bu səbəbdən “real Ermənistan” ideyası üzərində dayanır, daim bu barədə söz açır. Yəni, onun mesajı Rusiyayadır və müvafiq surətdə nə üçün Nikolun “real Ermənistanının” siyasi avantüradan uzaq durmadığı da aydınlaşır. Axı baş nazir erməni ambisiyalarından uzaqlaşmaq istəmir, həmin ambisiyaların Qərb platforması üzərində davamını üstün tutur. Bu səbəbdəndir ki, hazırda rəsmi İrəvan Cənubi Qafqaz üzrə geosiyasi oyunlarda iştirak edir və regionda sülh mühitinin formalaşmasına maneçilik törədir. Çünki indiki halda Qərbin Cənubi Qafqaz maraqları təmin olunmamış vəziyyətdədir.   
D.Treninə ünvanlanmış daha bir sual budur: Ermənistan Rusiyanın hakim rol oynadığı Avrasiya İqtisadi İttifaqının üzvü olaraq qalır və formal olaraq ­KTMT-də təmsilçiliyi saxlayır. Lakin, eyni zamanda, Avropa İttifaqı ilə inteqrasiyaya və ABŞ ilə əlaqələri gücləndirməyə doğru gedir. Belə çoxvektorlu siyasət nə vaxta qədər davam edə bilər? Yuxarıda politoloqun Ermənistanın hazırkı kursunun çoxvektorlu olmadığı düşüncəsindən söz açdıq. Qeyd edək ki, ekspert qənaətini möhkəmləndirmək üçün Rusiya baş nazirinin müavini Aleksey Overçukun fikirlərini yada salıb. A.Overçuk bir neçə gün əvvəl bildirmişdi ki, Ermənistanın Aİ-yə daxil olmaq istəyi ilə bağlı bəyanat onun Aİİ-dən çıxmasının başlanğıcı deməkdir. Yəni, eyni vaxtda hər iki təşkilata üzvlük texniki cəhətdən mümkünsüzdür. Trenin isə vurğulayıb: “Mən proqnoz vermək istəmirəm. Amma məndə belə hiss var ki, Ermənistan Rusiya ilə müttəfiqliyin üstünlüklərini Qərbdən bu üstünlüklərə görə kompensasiya almadan itirmək kimi çox təhlükəli vəziyyətdədir. Rusiyanın Ermənistandan çıxması baş verərsə, bu, ölkə iqtisadiyyatına və əhalisinə ağır zərbə vuracaq. İrəvandakı hakimiyyətin iqtisadi çətinlikləri anti-Rusiya və Qərbyönümlü təbliğatla qarşılamağa çalışması isə fayda verməyəcək”.
Bəs Moskva İrəvanla münasibətləri normallaşdırmaq üçün hansısa addımı ata bilərmi? Suala cavab verən D.Treninin sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putinin Ermənistanın sabiq prezidenti Robert Koçaryanla yaxın şəxsi münasibətlərinə baxmayaraq, baş nazir N.Paşinyanı da qəbul etmişdi və ümumən Ermənistanın daxili işlərinə qarışmadan onunla münasibətləri qurmağa çalışırdı. Ancaq “indi mənim gördüyüm kimi, daha Paşinyana və onun hökumətinə inam qalmayıb”.

Ə.RÜSTƏMOV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 Yanvar 2025 11:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see278

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see258

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see232

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see207

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see199

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see177

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see174

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see169

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see162

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see156

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see148

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see148

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see145

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see145

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see144

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see143

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see142

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see141

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri