İrəvan rəsmən təsdiqlədi: Yeni Konstitusiya bu tarixdə hazır olacaq
Icma.az xəbər verir, Hurriyyet saytına əsaslanaraq.
Ermənistanın yeni Konstitusiyasının mətni növbəti altı ay ərzində hazır olacaq.
Publika.az xəbər verir ki, bu barədə Ermənistanın Ədliyyə naziri Srbuhi Qalyan çərşənbə günü keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, işin yekun xülasəsi mart ayı üçün planlaşdırılır və müəyyən edilmiş son tarixlər yenidən nəzərdən keçirilməyəcək.
Nazir vurğulayıb ki, "İşimizin nəticələri mart ayında ümumiləşdiriləcək. Əvvəllər müəyyən edilmiş müddətlərdən kənara çıxmayacağıq. O vaxta qədər dərc edəcəyimiz mətn hazır olacaq".
Qalyan qeyd edib ki, yeni Konstitusiyanın mətninin yekunlaşdırılması nazirliyin prioritet fəaliyyət sahələrindən biridir.
Xatırladaq ki, 2025-ci ilin mart ayının sonlarında Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan hakimiyyətinin 2027-ci ildə yeni Konstitusiyanın qəbulu ilə bağlı referendum keçirməyi planlaşdırdığını açıqlamışdı. Baş nazir əlavə etmişdi ki, onun komandası referendumun 2026-cı il parlament seçkiləri ilə paralel keçirilməsinin məqsədəuyğun olacağı qənaətindədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 04 Fevral 2026 13:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















