İrəvan yeni konstitusiya üçün qərarını hələ VERMƏYİB
Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Ermənistanın yeni konstitusiya layihəsinin dərc olunması ilə bağlı qərar yaxın bir neçə həftə ərzində veriləcək”.
“Cebheinfo.az” xəbər verir ki, bunu ədliyyə naziri Srbuhi Qalyan parlamentdə jurnalistlərə bildirib.
Onun sözlərinə görə, sənədin dərc olunması məsələsi bir gün əvvəl hakim “Mülki Müqavilə” Partiyasında müzakirə olunub.
"Düşünürəm ki, tezliklə, xülasədən sonra sənəd dərc olunacaq.
Niyə bunu deyirəm? Çünki bəzi həmkarlarımızın fikirlərini gözləyirik. Onları xülasə etmək üçün daha bir-iki həftəyə ehtiyacımız olacaq. Bundan sonra daha bir və ya iki müzakirə aparıb mətni dərc etməyə hazır olub-olmadığımıza qərar verəcəyik", - Qalyan deyib.
Nazir qeyd edib ki, layihə hələlik ictimaiyyətə açıqlanmayıb:
“Çünki prosesin bütün iştirakçıları onun məzmunu ilə tam tanış olmağa vaxt tapmayıblar”.
Ədliyyə nazirinin sözlərinə görə, nazirlik hələlik digər həmkarlarından bütün lazımi qiymətləndirmələri almayıb.
Xatırladaq ki, Qalyan 2026-cı ilin mart ayında konstitusiyanın yeni mətni üzərində işin başa çatdığını bildirmişdi. O iddia etmişdi ki, sənəd iyunun ayın sonuna qədər dərc olunacaq.
Baş nazir Nikol Paşinyan əvvəllər yeni Konstitusiyada Müstəqillik Bəyannaməsinə istinadların olmaması lazım olduğunu bildirmişdi. O, bu cür müddəaların regional sabitliyə təhlükə yarada biləcəyini deyib.
Xüsusilə, Bəyannamədə Ermənistan və Dağlıq Qarabağın birləşdirilməsi ilə bağlı müddəa var ki, Azərbaycan ona qarşı çıxır. Rəsmi Bakı dəfələrlə Ermənistan Konstitusiyasında dəyişiklik edilməsinin iki ölkə arasında sülh müqaviləsinin imzalanması üçün şərtlərdən biri olduğunu bildirib.
Xəzər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 10 İyun 2026 15:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















