İrəvan revanş götürmək istəsə: Tələblər sərtləşdirilməlidir
Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Azərbaycan Ermənistan hökumətini öz cəmiyyətinin sülhə hazırlanması istiqamətində fəal şəkildə işləməyə çağırır".
Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən CAMCA 2026 Regional Forumunda bildirib.
Onun sözlərinə görə, rəsmi Bakı Ermənistan cəmiyyətindəki müəyyən tendensiyalardan, xüsusən də böyük nüfuza malik qüvvələrin mövcudluğundan narahatdır.
"Daha bir narahatlıq doğuran amil erməni gənclər arasında revanşist əhval-ruhiyyənin davam etməsidir. Bu, vacib məqamdır. Buna görə də biz Ermənistan hökumətini öz cəmiyyətini sülhə hazırlamaq üçün fəal şəkildə işləməyə çağırırıq", - o bildirib.
H.Hacıyev vurğulayıb ki, Azərbaycan tərəfi sülh gündəliyini davam etdirmək, onu praktikada möhkəmləndirmək, Ermənistan və Azərbaycan xalqları üçün uzunmüddətli sülh və sabitliyi təmin edə biləcək sülh arxitekturası qurmaq üçün strateji qətiyyətə malikdir.
"Buna görə də biz həmişə deyirik ki, bu sülhü təkcə Ermənistan hökuməti və ölkənin baş naziri ilə deyil, erməni xalqı ilə bağlamaq istəyirik. Bu səbəbdən biz hələ də Ermənistan Konstitusiyasının dəyişdirilməsini gözləyirik. Şübhəsiz ki, bu, daxili məsələdir və biz bu prosesə müdaxilə etməkdən tamamilə çəkinirik", - o əlavə edib.
Məsələ ilə bağlı “Cebheinfo.az”- a açıqlamasında politoloq Tofiq Abbasov bildirib ki, Ermənistan və Azərbaycan münasibətlərinin gələcəyi, onların müqəddəratı siyasi elitalardan daha çox asılıdır:
“Azərbaycan xalqı, dövləti, dövlətin siyasi rəhbərliyi, Prezident İlham Əliyev başda olmaqla, müharibə bitər-bitməz dərhal Ermənistana əl uzatdı ki, gəlin, münasibətləri bərpa edək. Demirik ki, dost olaq. Amma hər halda münasibətləri quraq ki, inteqrasiyaya qoşula, öz problemlərinizi həll edə biləsiniz və bu zəmində də biz yeni əlaqələri artıq təsis edək. Yəni dost olaq demirik, amma hər halda münasibətləri quraq ki, inteqrasiyaya qoşulsunlar. Çünki əlaqələr səfər səviyyəsində idi. Ona görə də münasibətlərin yenidən formalaşması həm Ermənistan, həm də Azərbaycan üçün ümummilli məsələdir.
Nə qədər ki, Ermənistan işğal qüvvəsini saxlayırdı, dünya birliyində bəzi institutlar, xüsusən Avropa təsisatları, hətta BMT-nin bəzi dairələri, eləcə də bəzi ölkələrin siyasi dairələri birmənalı olaraq Ermənistana dəstək verirdilər. Çalışırdılar ki, Azərbaycanı təslimçilik siyasətinə sürükləsinlər və bizi bir növ o vəziyyətlə barışdırsınlar.
Amma dövlət başçısının mövqeyi qəti idi. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin dediyi kimi, biz onsuz da torpaqlarımızı azad edəcəyik, Ermənistan gərək bunu bilsin və nəzərdə saxlasın. Sonra isə İlham Əliyev Prezident və Ali Baş Komandan olaraq açıq şəkildə bildirdi ki, bu məsələdə heç bir kompromisdən söhbət gedə bilməz.
Kompromis yalnız sülh məsələsi ətrafında ola bilərdi. Yəni biz danışaq, razılığa gələk, sizin tələbləriniz, bizim tələblərimiz hamısı nəzərə alınsın və onların zəminində də biz bir növ konsensus əldə edək”.
Politoloq bildirib ki, bu məsələdə Ermənistanda yanaşmalar haçalanır:
“Ermənistan bu prosesdə inadkarlıq göstərdi. Çünki onun bu barbar siyasəti, sülhü istəməməsi, Azərbaycana təhdid törətməsi çox ciddi şəkildə özünü büruzə verirdi. Hazırda görürük ki, Azərbaycan xalqı da, dövləti də sülhə tam hazırdır. Amma Ermənistan tərəfi ilə bağlı bunu deyə bilmərik.
Məsələ ondan ibarətdir ki, bu ölkədə yanaşmalar haçalanır. Bəzi dairələr əvvəlki tək radikal mövqedən çıxış edirlər. Onlar terrorun tərəfdarıdırlar, müharibə və qarşıdurmanın tərəfdarıdırlar və çalışırlar ki, yenidən daha bir eskalasiya dalğasını gündəmə gətirsinlər. Bu, Azərbaycan üçün qeyri-məqbuldur. Ona görə yox ki, Azərbaycan bunlardan çəkinir, qorxur.
Yox. Azərbaycan tam hazır şəraitdədir. Biz sülhün qurucusuyuq, sülh gündəliyinin müəllifiyik. Dövlət başçısının icazəsi ilə beş prinsip üzərində sülh proqramı tərtib olundu, Ermənistana təqdim edildi”.
Tofiq Abbasov əlavə edib ki, indi Ermənistanda bəzi dairələrin revanşist mövqedən çıxış etdiyi sirr deyil:
“Çalışırlar ki, Azərbaycana təsir göstərsinlər. Amma Azərbaycana hansı təsiri göstərə bilərlər? İlk növbədə qorxudurlar, digər tərəfdən bildirirlər ki, guya onlar 44 günlük müharibənin nəticələri ilə razılaşmırlar.
Bu, onların öz baxışıdır, öz məsələləridir. Bizə bunun heç bir aidiyyəti yoxdur. Çünki biz öz hədəflərimizi seçmişik, öz yolumuzu tutmuşuq. Bizim üçün ən vacib o idi ki, ərazi bütövlüyümüzü bərpa edək. Buna da nail olduq.
Biz yeni bir səhifə açmışıq və bu səhifə çox vacibdir. Əvvəla, bizim qələbə səhifəmiz həmişə gərək açıq qalsın. Onu erməni xalqı da, bütün dünya birliyi də görməlidir.
Biz müharibə səhifəsini çevirmişik. Yəni artıq biz yeni tərzdə münasibətlər üçün zəmin yaradırıq. Nəhayət, siz də qazanasınız, biz də qazanaq. Hətta bu yaxınlara qədər Paşinyan özü də, Alen Simonyan da spiker olduğu dövrdə deyirdi ki, burada pis nə var ki, biz Azərbaycanla ticari əlaqələrimizi qurmaq istəyirik. Bu məsələləri yalnız və yalnız təqdir etmək lazımdır”.
O vurğulayıb ki, Ermənistan rəhbərliyi bir qədər bu proseslərdə zəiflik göstərir:
“Hətta 8 avqust 2025-ci ildə Vaşinqtonda paraflanmış xüsusi sənəddəki 17 maddədən heç biri ilə bağlı Ermənistan indiyə qədər bir addım belə atmayıb. Deməli, burada böyük məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür.
Onlar gərək anlasınlar, başa düşsünlər ki, belə gedə bilməz. Nikol Paşinyan 7 iyul seçkilərində qələbə çalmış siyasi liderdir, onun partiyası artıq ön mövqedədir. Onlar gərək proqram tərtib etsinlər, antiböhran proqramını həll edərlər, yüxud etməzlər, öz işləridir. Amma Azərbaycanla sülhə gəldikdə, onların öhdəlikləri var.
Biz nahaq yerə demirik ki, ev tapşırıqları heç yerə getməyib. Onların məsuliyyətini üzərinizdən ata bilməzsiniz. Bu məsələlərin hamısında Azərbaycan tərəfinin tələbkarlığı yerindədir. Biz onu sərtləşdirməliyik. Ermənistan da bilməlidir ki, biz onlardan əlavə heç bir şey tələb etmirik.
Öz xalqını, cavanlarını revanşistlikdən uzaqlaşdırsın, sülh şəraitinə insanları hazırlasın. Sonra isə biz masa arxasında məsləhətləşmələr aparaq, bilək ki, bu proseslərdə qazanc ümumi qazanc olacaq və hər birimizə pay düşəcək”.
Əfsanə Rəcəb
“Cebheinfo.az”
Açar sözlər: İrəvan Tofiq Abbasov
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 03 Oktyabr 2026 10:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















