Icma.az
close
up
RU
İrəvan və Bakı arasında sənədlərdə Zəngəzur dəhlizi ifadəsi yoxdur Paşinyan

İrəvan və Bakı arasında sənədlərdə Zəngəzur dəhlizi ifadəsi yoxdur Paşinyan

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Ermənistan və Azərbaycan arasında razılaşdırılmış heç bir sənəddə "Zəngəzur dəhlizi" ifadəsi yoxdur və ola bilməz".

Bizimyol.info xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa Şurası Parlament Assambleyasının (PAŞA) iclasında bildirib.

O, avrokonservativlərdən olan bir parlament üzvünün "Zəngəzur dəhlizi" adlandırılan məsələyə dair verdiyi sualı cavablandırarkən belə deyib: bu, Ermənistana olan maraqlardan irəli gələrək təklif edilibmi?

Baş nazir hər kəsə ictimai çıxış etməzdən əvvəl 8 avqustda Vaşinqtonda razılaşdırılıb və imzalanmış sənədlərlə tanış olmağı tövsiyə edib, çünki bu sənədlər çox geniş deyil.

"Bu sənədləri oxuyarkən siz anlayacaqsınız ki, göstərdiyiniz "Zəngəzur dəhlizi" ifadəsi orada yoxdur. Bunu haradan oxudunuz? Belə bir ifadə yoxdur, olmayıb və heç vaxt Ermənistan və Azərbaycan arasında razılaşdırılmış sənəddə olmayacaq", - deyə Paşinyan bəyan edib. O, bir daha vurğulayıb ki, sülh diqqətlə qorunmalıdır və onun əsas atributu - leqal leksikonun istifadəsidir.

Xatırladaq ki, Ermənistan və Azərbaycanın liderləri 8 avqustda Vaşinqtonda birgə bəyanat imzalayıblar və həmin sənədə ABŞ prezidenti Donald Trump da şahid kimi imza atıb. ABŞ prezidenti bildirib ki, həmin sənəd əsasında Ermənistan ABŞ-a 99 il müddətinə "Trampın Beynəlxalq Sülh və Firavanlıq Marşrutu" (TRIPP) adlandırılan yolun inkişafı üçün eksklüziv hüquqlar verəcək. Bu yol Naxçıvan ilə "ana" Azərbaycanı arasında Sünik bölgəsindən keçəcək. ABŞ tərəfi isə həmin ərazini infrastruktur və idarəetmə məsuliyyətini öz üzərinə götürəcək konsorsiuma icarəyə verməyi planlaşdırır.

Qadir, Bizimyol.info

P.S: Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyanın bir vaxtlar “Qarabağ-Ermənistanın bir hissəsidir və nöqtə” demişdi. Sonradan bunun doğru olmadığını, erməni xalqına kənardan sırındığını, özünün də bu eyforiyaya uyduğunu bildirmişdi. Seçki öncəsi baş nazir yenə həyəcanlanıb. Belə getsə, çox keçməz Zəngəzur dəhlizinin həqiqət olduğunu anlayar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 30 Sentyabr 2025 18:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see188

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see158

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see154

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see146

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see144

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see134

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see134

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see133

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see130

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see126

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri