“Zəngəzur dəhlizi” ifadəsi bizim üçün qəbuledilməzdir Paşinyan
Icma.az, Lent az portalına istinadən məlumat yayır.
“Zəngəzur dəhlizi” ifadəsi bizim üçün anlaşılmaz və qəbuledilməzdir.
Lent.az-ın xəbərinə görə, bu barədə Ermənistan baş naziri Nikol Paşinyan türkiyəli jurnalistlərə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Ermənistanda bu ifadə suverenlik və ərazi bütövlüyünə təhklükə kimi qarşılanır: "Onu da qeyd etmək istərdim ki, regional kommunikasiya xətlərinin açılmasını ən çox müdafiə edən bizik, çünki əslində blokadada olan bizik. Regionda heç bir başqa ölkə blokadada deyil. Bizim dörd sərhədimiz var və onlardan ikisi tamamilə bağlıdır. Təkcə bu fakt aydın şəkildə göstərir ki, biz regional nəqliyyat marşrutlarının açılmasında əslində nə qədər maraqlıyıq”, - Paşinyan vurğulayıb.
O qeyd edib ki, Ermənistan Respublikası öz ərazisi vasitəsilə Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında nəqliyyat əlaqəsini təmin etməyə hazırdır.(APA)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 13 Mart 2025 19:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















