Paşinyan: “Zəngəzur dəhlizi” ifadəsi sülh üçün təhlükəlidir
Reyting.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Əgər Azərbaycan “Zəngəzur dəhlizi” ifadəsindən istifadə edirsə, bu, yalnız onların öz ərazilərinə aiddir, çünki həmin ifadəni bizim ərazilərimizə tətbiq edə bilməzlər”.
Reyting.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün jurnalistlərlə söhbətində bildirib.
Onun sözlərinə görə, dünya artıq bilir ki, Ermənistandan olan insanlar avtomobillə Bakıya, Azərbaycandan olan insanlar isə Yerevana da daxil olmaqla, Ermənistana gedə bilərlər.
“Amma əgər söhbət başqa məzmundan gedirsə, bu gündəm sülh üçün təhlükəlidir”, - deyə Paşinyan əlavə edib.
Ermənistan baş naziri qeyd edib ki, Azərbaycanla razılaşmanın mahiyyəti bu yanaşmadan imtina etməkdir.
E. KAMAL
Bu mövzuda digər xəbərlər:“Zəngəzur dəhlizi” ifadəsi bizim üçün qəbuledilməzdir Paşinyan
13 Mart 2025 19:36
İrəvan və Bakı arasında sənədlərdə Zəngəzur dəhlizi ifadəsi yoxdur Paşinyan
30 Sentyabr 2025 18:14
“Zəngəzur dəhlizi İran və Ermənistan üçün təhlükəlidir”
06 Fevral 2025 17:06
Zəngəzur dəhlizi açılır Paşinyan Mehriyə gəldi
15 Aprel 2025 14:12
“Zəngəzur dəhlizi” olmayacaq Paşinyan Turan dan danışdı
21 İyun 2025 14:10
Baxış sayı:66
Bu xəbər 06 Noyabr 2025 16:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















