Icma.az
close
up
RU
İrəvana “gül təzyiqi”

İrəvana “gül təzyiqi”

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Kremlin ixrac qadağası yeni təsir dalğasına hesablanıb

Rusiya Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti bu gündən etibarən Ermənistandan gətirilən gül məhsullarının idxalına müvəqqəti məhdudiyyət tətbiq olunacağını açıqlayıb. Qurumun yaydığı məlumatda qeyd olunub ki, məhdudiyyətlər Ermənistandakı istixana təsərrüfatlarında yoxlamalar başa çatana və onun nəticələri tam təhlil edilənə qədər qüvvədə olacaq.

“Rosselxoznadzor” vurğulayıb ki, qəbul edilmiş qərarın məqsədi Rusiyanın ixrac potensialını və fitosanitar rifahını qorumaqdır. Məlumatda, həmçinin bildirilir ki, Ermənistanın Qida Təhlükəsizliyinə Nəzarət Orqanı zəmanət versə də, Avrasiya İqtisadi İttifaqı (Aİİ) üçün karantin hesab olunan obyektlərin aşkarlanması davam edir. Qeyd edilib ki, 96,2 milyon ədəd gülçülük məhsulunun idxalı zamanı 135 pozuntu halı aşkarlanıb ki, bu da 2025-ci ildə qeydə alınan ümumi halların 77 faizini təşkil edir.

Dünən Ermənistanın Qida Təhlükəsizliyinə Nəzarət Orqanının mətbuat xidməti məlumat yayaraq “Rosselxoznadzor”un nümayəndə heyətinin bitki və heyvan mənşəli məhsul istehsal edən bir sıra müəssisələrdə birgə yoxlamalar aparmaq məqsədilə Ermənistana səfər etdiyini açıqlayıb. Bildirilib ki, rusiyalı baytarlıq və fitosanitar sahə mütəxəssisləri erməni tərəfdaşları ilə birlikdə bitki və heyvan mənşəli məhsul istehsal edən bir sıra müəssisələrdə yoxlamalar keçirəcəklər.

“Yaxın 7 gün ərzində Ermənistanın Rusiyaya ixrac etdiyi fitosanitar və balıqçılıq məhsullarının Aİİ-nin qanunvericilik tələblərinə və normalarına uyğunluğunu yoxlamaq məqsədilə 8 bitkiçilik və 4 balıqçılıq müəssisəsində nəzarət tədbirlərinin aparılması planlaşdırılır”, – deyə qurumdan bildirilib. Qeyd olunub ki, mayın 21-də “Rosselxoznadzor” nümayəndə heyəti Ermənistanın Qida Təhlükəsizliyinə Nəzarət Orqanının rəhbəri Tiqran Petrosyanın başçılığı ilə erməni tərəfdaşlarla görüş keçirib. Görüş zamanı planlaşdırılan nəzarət tədbirlərinin gündəliyinə daxil olan məsələlər müzakirə olunub. Rusiya nümayəndə heyətinin rəhbəri Aleksey Şeqlov erməni tərəfinə mövcud vəziyyətə operativ reaksiya verdiyinə və birgə nəzarət tədbirlərini təşkil etməyə hazır olduğuna görə təşəkkür edib. Petrosyan isə iki ölkənin aidiyyəti qurumları arasında əməkdaşlığın həmişə konstruktiv xarakter daşıyacağını vurğulayıb.

Ölkənin iqtisadiyyat naziri Gevorq Papoyan dünən səhər jurnalistlərə açıqlamasında bildirib ki, onun rəhbərlik etdiyi qurum “Rosselxoznadzor”dan Ermənistandan Rusiyaya gül məhsullarının idxalına məhdudiyyət qoyulması ilə bağlı rəsmi bildiriş almayıb. “Biz rəsmi məlumat almamışıq. Bildiyim qədər, hazırda Ermənistanda “Rosselxoznadzor”un ekspertləri fəaliyyət göstərir və konkret şirkətlərdə araşdırmalar aparırlar.

Bunlar fəaliyyəti məhdudlaşdırılmış istehsalçılardır və əgər müsbət rəy alsalar, ixrac imkanları yenidən açılacaq”, – deyə o, hökumətin iclasından sonra keçirilən brifinqdə bildirib. Nazir yoxlamaların nə vaxt başa çatacağı ilə bağlı məlumat verə bilməyəcəyini qeyd edib. Onun sözlərinə görə, nazirlik rəsmi bildiriş almadığı üçün proseslərin gedişi barədə dəqiq məlumata malik deyil. Papoyan, həmçinin istisna etməyib ki, Ermənistanda bəzi siyasi qüvvələr bilərəkdən erməni məhsullarının Rusiyaya ixracı üçün çətinlik yaratmağa çalışırlar.

***

Qeyd edək ki, 2026-cı il aprelin 28-də Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti Ermənistanda istehsal olunan “Cermuk” mineral suyunun Rusiyaya idxalının və satışının müvəqqəti dayandırılması ilə bağlı sanitariya tədbiri tətbiq etdiyini açıqlamışdı. Qurum bildirmişdi ki, məhsul markalanmada göstərilən məlumatlara uyğun gəlmir və bu, qayda pozuntusu hesab olunur.

Məlumatda deyilirdi: “2026-cı aprelin 28-dən “Rospotrebnadzor” “Cermuk” təbii müalicəvi-süfrə qazlı içməli mineral suyunun Rusiya ərazisinə idxalını və dövriyyəsini müvəqqəti dayandırıb. Məhsul markalanmada göstərilən məlumatlara uyğun deyil və bu, Aİİ-nin “Təbii mineral su daxil olmaqla qablaşdırılmış içməli suyun təhlükəsizliyi haqqında” texniki reqlamentinin tələblərinin pozulmasıdır. Suda hidrokarbonat-ionların, xloridlərin və sulfatların normadan artıq olduğu aşkarlanıb”.

Ancaq İrəvanda Rusiyanın müvafiq qurumlarının verdikləri qərarla razılaşmırlar. Hakimiyyət məsələni yoluna qoymağa çalışsa da, hökumətyönlü mediada və teleqram kanallarında baş verənlər Baş nazir Nikol Paşinyana seçkiqabağı təzyiq kimi qiymətləndirilir. Məsələn, hökumətin siyasətini müdafiə edən “Baqramyan 26” teleqram kanalında mayın 21-də yerləşdirilmiş “Kreml şantajını davam etdirir!” sərlövhəli məqalədə Ermənistanda seçkilər ərəfəsində Kremlin ölkədə daxili siyasi proseslərə təsir göstərməyə çalışdığı iddia olunur. Mətn müəllifləri hesab edirlər ki, Rusiya müxtəlif vasitələr – iqtisadi təzyiq, dezinformasiya, kibertəhdid və şantaj yolu ilə Ermənistanda seçkilərin nəticələrinə təsir etməyə çalışır.

Bəyanatda xüsusilə Robert Koçaryan, Samvel Karapetyan və Qaqik Sarukyanın adı çəkilərək onların Kremlin dəstəklədiyi siyasi qüvvələr olduğu vurğulanır. Müəlliflər iddia edirlər ki, Moskvanın əsas məqsədi bu qüvvələri hakimiyyətə gətirmək olmasa da, ən azı parlamentdə təmsil olunmalarını təmin etmək, seçkilərin legitimliyini şübhə altına almaq və ölkədə qeyri-sabitlik yaratmaqdır. Mətn müəllifləri hesab edir ki, Ermənistanla Azərbaycan arasında sülhün əldə olunması Kremlin Ermənistana hərbi təzyiq imkanlarını zəiflədib. Buna görə də Moskvanın iqtisadi və informasiya vasitələrinə üstünlük verdiyi qeyd olunur. Məqalədə “Rosselxoznadzor”un Ermənistandan gülçülük məhsullarının idxalına tətbiq etdiyi müvəqqəti məhdudiyyət də siyasi təzyiq nümunəsi kimi təqdim edilir. Qərarın rəsmi səbəbi fitosanitar təhlükəsizlik və Rusiyanın ixrac potensialının qorunması olsa da, müəlliflər bunu Ermənistana qarşı iqtisadi təzyiq vasitəsi hesab edirlər.

Eyni zamanda, qeyd olunur ki, Rusiyanın mümkün iqtisadi sanksiyaları uzunmüddətli olmayacaq və seçkilərdən sonra dayandırılacaq. Mətn müəllifləri həmçinin qeyd edirlər ki, bu cür addımlar Avrasiya İqtisadi İttifaqının prinsiplərinə ziddir və təşkilatın nüfuzuna zərbə vurur.

Politoloq Ramiyə Məmmədova XQ-yə açıqlamasında bildirdi ki, Ermənistan–Rusiya münasibətlərində son aylarda müşahidə olunan gərginlik artıq yalnız siyasi bəyanatlarla məhdudlaşmır, iqtisadi müstəviyə də keçir. Onun sözlərinə görə, Rusiyanın Ermənistan mənşəli məhsullara – əvvəlcə balıq və mineral suya, indi isə gül ixracına məhdudiyyət tətbiq etməsi İrəvanda siyasi təzyiq aləti kimi qiymətləndirilir: “Rəsmi Moskva qərarları fitosanitar və texniki tələblərlə əsaslandırsa da, proseslərin Ermənistan daxilində seçkiqabağı siyasi atmosferlə paralel inkişaf etməsi diqqət çəkir. Xüsusilə Ermənistan hakimiyyətinə yaxın dairələr bunu Kremlin regional təsir imkanlarını qorumaq cəhdi kimi təqdim edir. Sülh gündəliyinin irəliləməsi fonunda Rusiyanın təhlükəsizlik arqumentləri zəiflədiyi üçün iqtisadi və informasiya rıçaqlarının ön plana çıxdığı iddia olunur”.

Ekspert hesab edir ki, digər tərəfdən, Rusiya bazarından ciddi asılı olan Ermənistan üçün belə məhdudiyyətlər iqtisadi baxımdan həssas məsələdir. Mövcud vəziyyət göstərir ki, Cənubi Qafqazda geosiyasi rəqabət artıq təkcə diplomatik deyil, ticarət və iqtisadi münasibətlər üzərindən də aparılır.

Səxavət HƏMİD
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:133
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 May 2026 10:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1220

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see495

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see389

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see387

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see378

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see337

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see320

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see282

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see217

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see208

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see202

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see198

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see193

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see188

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see184

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see183

Naxçıvanda 400 dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib

05 Oktyabr 2026 21:37see171

“Bu, ciddi bir xəstəlikdir...”

05 Oktyabr 2026 18:07see167

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see166

Rusiyada ölümcül epidemiya: Vəziyyət nə yerdədir?

06 Oktyabr 2026 01:50see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri