Icma.az
close
up
RU
“İrəvanda Azərbaycanlı orta məktəbi”

“İrəvanda Azərbaycanlı orta məktəbi”

Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan xalqı elə bir toplumdur ki, yaşadığı ərazilərdə mütləq qaydada özünün tarixi-mədəni irsini yaradır. Xalqımızın zəngin irs yaratdığı məkanlardan biri də indiki Ermənistanın ərazisidir. Tamerlan Əliyevin oxuculara təqdim etdiyi “İrəvanda Azərbaycanlı orta məktəbi” adlı kitabda zamanında bu qədim şəhərdə azərbaycanlı uşaqların elmi biliklərə yiyələndikləri təhsil ocağının yaranma tarixindən, burada çalışmış müəllimlərdən geniş bəhs olunub, pedaqoji kollektivin keçdiyi çətin, lakin şərəfli yol barədə geniş məlumat verilib. Nəfis tərtibatla işıq üzü görən kitab müəllifin uzun illəri əhatə edən araşdırmalarının nəticəsi olaraq araya-ərsəyə gəlib.

Təqdim olunan kitabı müəllifin tarixi yurd yerlərimizə dərin bağlılığının və Qərbi Azərbaycana qayıdış ideyasına dərin inamının ifadəsidir. İkinci Qarabağ müharibəsinədək bizim əsas ümummilli ideyamız ölkəmizin ərazi bütövlüyünü və suverenliyini təmin etməklə bağlı idi. Qalib Lider, Prezident İlham Əliyev milli gücü konsolidasiya etməklə xalqımızı addım-addım  bu hədəfə yaxınlaşdırdı və 44 günlük Vətən müharibəsində, 23 saatlıq lokal xarakterli antiterror əməliyyatında qazanılan möhtəşəm qələbələrlə onun həyata keçirilməsinə nail oldu.

Bu, qonşu dövlətə qarşı ərazi iddiaları yox, beynəlxalq konvensiyalarla təsbit olunan insan hüquqları məsələsidir. Biz bu həqiqəti beynəlxalq ictimaiyyətə çatdırmalıyıq. Təqdim olunan kitabda Prezident İlham Əliyevin 24 dekabr 2022-ci il tarixində Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündəki nitqindən bir parçaya yer verilib. Dövlətimizin başçısı vurğulayıb: “Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var. Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”.

Tarixi Azərbaycan torpaqlarında ermənilərin məskunlaşdırılması güc mərkəzlərinin məkrli niyyətlərinin nəticəsi olaraq baş tutub. XX yüzillikdə bu ərazilərdə soydaşlarımıza qarşı düz dörd dəfə dəhşətli deportasiyalar həyata keçirilib. Azərbaycanlıların indiki Ermənistan ərazisindən sonuncu deportasiyası ötən əsrin səksəninci illərinin sonlarına təsadüf edib. Bununla da Ermənistan monoetnik dövlətə çevrilib.

Lakin tarix unudulmur. Doğma yurd yerlərinin həsrəti hər zaman bizim qəlbimizdədir. Hələlik Qərbi Azərbaycana qayıdış fiziki olaraq reallaşmasa da, artıq cəmiyyətimiz bu ümummilli ideyanı qəbul edib və onun reallaşacağına böyük ümid bəsləyir. Tamerlan Əliyevin böyük zəhmət hesabına hazırladığı kitabı Qərbi Azərbaycana qayıdış ideyasının gerçəkləşdirilməsi yolunda atılan mühüm addım kimi dəyərləndirmək mümkündür. Kitabda bəhs olunan məktəbin əsası 1922-ci ildə qoyulub. İrəvanda 7 illik  azərbaycanlı məktəbi “tam olmayan məktəb” statusunda fəaliyyətə başlayıb və bu təhsil ocağının ilk direktoru İsmayıl Babayev təyin olunub. Məktəbdə bir sıra dərnəklər fəaliyyət göstərib, həmçinin “Zəngi” adlı qəzet buraxılıb. İrəvandakı 7 illik azərbaycanlı məktəbi 1919-cu ilin ortalarında 9 illik məktəbə çevrilib. Bütövlükdə, məktəbin pedaqoji kollektivi ayrı-seçkiliyə, repressiyalara məruz qalsa da, zamanında soydaşlarımızın biliklərə yiyələnmələrində, Qərbi Azərbaycanda savadsızlığın ləğv olunmasında mühüm rol oynayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 17 İyul 2026 11:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see284

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see268

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see254

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see224

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see204

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see203

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see202

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see190

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see188

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see186

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see180

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see173

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri