Icma.az
close
up
RU
İrəvanda azərbaycanlı jurnalist xanımların maarifçilik missiyası

İrəvanda azərbaycanlı jurnalist xanımların maarifçilik missiyası

Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.

XIX əsrin sonları, XX əsrin əvvəllərində Cənubi Qafqazda Azərbaycan dilində nəşr edilən mətbuatın sıralarının genişlənməsi İrəvanda da mətbuata olan marağın artmasına səbəb olmuşdu. Həmin dövrdə artıq İrəvanda ədəbi-ziyalı mühiti formalaşmağa başlamışdı. İrəvanlı ziyalılar, xüsusən də İrəvanda fəaliyyət göstərən təhsil müəssisələrinin azərbaycanlı müəllim və tələbələri “Əkinçi” (1875-1877), “Kəşkül” (1883-1891), “Kaspi” (1881-1919), “Şərqi-Rus” (1903-1905), “Həyat” (1905-1906), “İrşad” (1905-1907), “Füyuzat” (1906-1907), “Molla Nəsrəddin” (1906-1931) kimi qəzet və jurnallarla əməkdaşlıq edirdilər. 1914-cü il fevral ayının 22-də İrəvanda Qərbi Azərbaycan ziyalılarının illərlə həsrətlə gözlədiyi ilk milli mətbuat nümunəsi “Lək-lək” satirik məcmuəsi meydana çıxdı. Bununla da Qərbi Azərbaycanın mədəni həyatında əlamətdar hadisə baş verdi. 12 nömrəsi işıq üzü görən “Lək-lək” cəmi 5 ay dünya işığına çıxa bilmişdir. 1917-ci il yanvar ayının 1-dən etibarən Əli Məhzunun redaktorluğu və Həsən Mirzəzadə Əliyevin naşirliyi ilə “Bürhani-həqiqət” adlı yeni bir satirik məcmuənin ilk nömrəsi çapdan çıxdı. Bu mətbuat orqanları həm də Qərbi Azərbaycanda maarifçilik ideyalarını təbliğ etmək üçün mühüm bir platforma olmuşdur. Qərbi Azərbaycanda xalqımızın ictimai və mədəni səviyyəsinin inkişafı yolunda böyük əhəmiyyət kəsb edən bu mətbuat orqanlarında, xüsusilə də “Bürhani-həqiqət”in səhifələrində maarif və mədəniyyətin yayılması uğrunda fədakarcasına çalışmış yaradıcı qadınlar cəsarətlə çıxış edirdilər. İrəvanda belə maarifpərvər qadınlardan biri də Qızılbaşlardan ibarət Azərbaycan ordusuna başçılıq edən Əli xanın nəvəsi, Cəmil bəyin qızı, İrəvanda ilk qadın jurnalist Səriyyəxatun olub. İrəvanda az-çox təhsil görmüş xanımlar - Əbdülhəq Merənnisə, Rəmziyyə, Müfidə, Fatimə, Zeynəb Şöhrət və başqaları öz yazılarında, şeirlərində qadınların təhsil almasını, hüquqlarını anlamasını, teatra, incəsənətə meyl etməsini vacib sayırdılar. 

Lakin 1918-1920-ci illərdə İrəvan quberniyası ərazisində ilk erməni dövləti - Ermənistan (Ararat) Respublikasının mövcudluğu dövründə İrəvanda Azərbaycan dilində mətbuat nəşr olunmamışdır. Qərbi Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra, 1920-ci ilin yanvarından etibarən İrəvanda Azərbaycan dilində “Kommunist” (1920), “Rəncbər” (1921-1923) qəzetləri çap olunmusdur.

İrəvanda Azərbaycan dilində mərkəzi mətbuat orqanları olan bu qəzetlərin fəaliyyəti dayandırıldıqdan sonra 1924-cü il noyabr ayının 29-da Azərbaycan dilində “Zəngi” adlı qəzetin ilk nömrəsi işıq üzü görür.  Qərbi Azərbaycanın mətbuat tarixi, cəmiyyətin inkişafı ilə yanaşı, qadınların mətbuata daxil olması ilə də diqqət çəkir. “Zəngi” qəzeti XX əsrin əvvəllərində yalnız informasiya yayımında deyil, həm də İrəvanda daha çox gənc xanım jurnalistlərin ilk addımlarını atdığı bir platforma kimi mühüm yer tutur. Bu qəzet Qərbi Azərbaycanda həm təhsil, həm də mədəniyyət sahəsində maarifçilik hərəkatının carçısı olmaqla yanaşı, eyni zamanda qadınların cəmiyyətdəki rolunun artmasına da geniş şərait yaratmışdır.

“Zəngi” qəzetini müxtəlif vaxtlarda İrəvanda Azərbaycan dilində çıxan digər dövri mətbuat orqanlarından fərqləndirən əsas cəhət qadınların mətbuatda rolunun ilk dəfə olaraq daha geniş tərkibdə təsdiqlənməsidir. Bu mənada, “Zəngi” qəzeti sovetlər dönəmində yalnız bir informasiya vasitəsi deyil, həm də qadınların ictimai həyatda maarifçilik yolu ilə fəallaşmasının öncüsü olmuşdur. Qəzetin səhifələrində qadın müəlliflərin çıxış etməsi təkcə onların qələm fəaliyyətini deyil, cəmiyyətin qadına münasibətindəki dəyişiklikləri də əks etdirirdi. Qərbi Azərbaycanda yaşayan ziyalı qadınlar - müəllimələr, yazıçılar, jurnalistlər - mətbuat vasitəsilə öz sözlərini deməyə başladılar. Onların yazılarında təkcə qadın haqları deyil, ümumxalq məsələləri - ana dilinin qorunması, milli birliyin gücləndirilməsi, təhsilin inkişafı və maarifçilik ideyaları ön planda dururdu. Bu yazılar vasitəsilə qadınlar həm öz mövcudluqlarını cəmiyyətə bəyan edir, həm də xalqın maariflənməsi işində bilavasitə iştirak edirdilər. Onlar üçün mətbuat - həm qürur, həm məsuliyyət, həm də azadlıq meydanı idi.

1920-ci ildən sonra İrəvanda azərbaycanlı yaradıcı qadınların mətbuatda fəal iştirakı ilk dəfə “Zəngi” qəzetində özünü göstərdi. Qadın jurnalistlər bu qəzetdə həm dövrün sosial, siyasi məsələləri haqqında yazılar dərc etdirmiş, həm də qadın hüquqları, təhsil və ailə məsələlərində fikirlərini bildirmişlər. Bu, yalnız qadınların mətbuatda fəal iştirakı deyil, həm də cəmiyyətin ənənəvi baxış açılarının dəyişməsinə səbəb olmuşdur. “Zəngi” qəzeti, qadın jurnalistlərə həm maarifçilik sahəsində, həm də cəmiyyətin inkişafında söz haqqı verərək onlara yeni imkanlar yaratmışdır. Qadın jurnalistlər bu qəzet vasitəsilə yalnız öz hüquqlarını deyil, eyni zamanda cəmiyyətin təhsil və mədəniyyət məsələlərini də gündəmə gətirmişlər. Məsələn, onlar qadın təhsilinin vacibliyi, qadınların hüquqlarının qorunması və ailə məsələləri ilə bağlı çeşidli məqalələr yazmışlar. Bu yazılar, dövrün ənənəvi cəmiyyətində qadınların təhsil və hüquqlarını müzakirə etmək üçün mühüm bir vasitə olmuşdur.

Qadın müxbirlər həmçinin cəmiyyətdəki sosial ədalətsizlikləri, təhsil çatışmazlıqlarını və mədəni gerilikləri tənqid edərək daha azad və bərabər bir cəmiyyətin formalaşmasına çalışmışlar. Onların fəaliyyətləri yalnız qadınların mətbuat sahəsindəki iştirakını artırmamış, həm də Azərbaycan mətbuat tarixində qadınların öz fikirlərini sərbəst ifadə etməsi üçün yol açmışdır. “Zəngi” qəzeti qadın jurnalistlərin məqalələri ilə cəmiyyətdə maarifçilik ideyalarını yaymaqla yanaşı, eyni zamanda mədəniyyətin inkişafına da böyük təsir göstərmişdir. Bu qəzetin fəaliyyət göstərdiyi dövrdə, Qərbi Azərbaycanda təhsil və mədəniyyət sahəsindəki dəyişikliklər çox sürətli olmuşdur. Qadınlar, öz yazıları ilə, bir tərəfdən təhsilin vacibliyini vurğulamış, digər tərəfdən isə qadınların sosial həyatda aktiv iştirakını təmin etmək üçün ardıcıl olaraq cəmiyyətin maarifləndirilməsi üçün fəaliyyət göstərmişlər.

Onların mətbuatda fəal iştirak etməsi, yalnız qadın hüquqlarının müdafiəsi deyil, eyni zamanda millətin inkişafına xidmət edən vacib bir addım olmuşdur. Qadın jurnalistlər cəmiyyətin ənənəvi baxışlarını dəyişdirmək və qadınların mətbuatda iştirakını artırmaqla, həm də sosial və mədəni sahələrdə islahatların həyata keçirilməsinə yol açmışlar. “Zəngi” qəzeti İrəvanda mədəni inqilabın inkişafında böyük və danılmaz xidmətləri olan İrəvan Türk Qadınlar Klubunun fəaliyyətini daim öz səhifələrində işıqlandırırdı. Bu klub bütün Qərbi Azərbaycanda Azərbaycan qadınları arasında geniş təbliğat və səmərəli maarifləndirmə işi aparırdı. Klubun ətrafına toplaşan mütərəqqi və fəal ziyalı qadınlar bu mədəniyyət maarif ocağının imkanlarından istifadə etməyə çalışırdılar. Onlar aydın dərk edirdilər ki, azərbaycanlı qadınlar arasında geniş miqyasda təbliğat, təşviqat, səmərəli iş aparmaq üçün mətbuat müstəsna əhəmiyyətə malikdir və bu tribunadan bacarıqla istifadə etmək lazımdır. Bu məqsədlə Qadınlar klubunda müxbirlər dərnəyi təşkil olunub. O dövrün ziyalı qadınları həmin müxbirlər dərnəyinin fəal üzvləri idi. Qadınlar klubu İrəvanda Azərbaycan mətbuatının inkişafına da töhfə vermiş, onlarla azərbaycanlı qadın jurnalistin yetişməsində böyük rol oynamışdır. Klubun nəzdində yaradılmış və qadınlardan ibarət gənc müxbirlər cəmiyyətinin fəalları “Zəngi” qəzetində müxtəlif mövzularda məqalələr dərc etdirərək, onların mətbuata olan maraq və həvəslərini daha da artırırdılar. Bu da öz növbəsində gənc müxbirlərin jurnalistika sahəsində müəyyən təcrübə qazanmasına kömək etmişdi. Gənc müxbirlər cəmiyyətinin fəal üzvləri mətbuat sahəsində təcrübə qazandıqdan sonra onların bir qismi “Zəngi” qəzetinin aparıcı müxbiri olublar.  “Zəngi” qəzetinin 1925-1928-ci il nömrələrini nəzərdən keçirdikdə Bülbül Kazımova, Fatma Əfəndiyeva, Kübra İbrahimova, Bəyim Kazımova, Ənvər Rizayeva, Şaman Süleymanova, Mənzərə Axundova, Qeyis Münşiyeva, Nabat İbrahimova, Siddiqə Babayeva, İrbaba Bağırova və başqalarının qəzetin ən aktiv qadın müxbirləri kimi adlarına rast gəlirik. 1920-ci ildən sonra Qərbi Azərbaycanda milli mətbuatın ətrafında cəm olan bu tərəqqipərvər qadınlar mətbuat, mədəniyyət və maarif tariximizdə özünəməxsus yer tutur. Onların “Zəngi” qəzeti səhifələrində mübariz ruhda məqalələri ictimai-mədəni fəaliyyətləri bir sıra maarifçi qadınların yetişməsində böyük rol oynayıb. “Zəngi” qəzetisəhifələrində dərc olunan məqalələrin əsas məzmununu qadın azadlığı mövzusu, iş, savadsızlıq, hüquqsuzluq, azyaşlı qızların ərə verilməsi, çadra əleyhinə mübarizə, qadınların geri qalmasının səbəbləri, onların inkişaf yolu və qarşılarında duran vəzifələr təşkil edirdi. Yuxarıda adlarını qeyd etdiyimiz xanım jurnalistlər Azərbaycan qadınlarının bu gerilikdən qurtulub öz azadlıqlarına qovusmasını, yalnız onların təhsilə, elmə yiyələnməsində görürdülər və məqalələrində bu barədə xüsusi bəhs edirdilər. Bu istedadlı və fədakar qadınların İrəvanda Azərbaycan mətbuatının təbliğində və inkişafında da böyük xidmətləri bu gün də böyük minnətdarlıqla xatırlanır.

Cəlal Allahverdiyev,

filologiya üzrə fəlsəfə doktoru, dosent

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:19
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 08 İyul 2025 10:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Slutskidən Azərbaycanla bağlı SENSASİON AÇIQLAMA: “Bu, Rusiya üçün ziyanlıdır” KONKRET

07 İyul 2025 14:34see132

Real ın oyunçusu: PSJ ilə yarımfinal əslində ÇL in finalıdır

06 İyul 2025 23:01see128

Dəniz sahilində ACINACAQLI VƏZİYYƏT: Vətəndaşların sağlamlığı təhlükədə

06 İyul 2025 19:51see126

Həkimin təhlükəli xəstə barədə polisə məlumat vermək hüququ olacaq

06 İyul 2025 23:55see125

Enerjinizi tükədən səhər yeməkləri

07 İyul 2025 13:06see121

İnsan beyni qocalıqda da böyüməyə davam edir...

06 İyul 2025 19:54see120

Lavrov Braziliyada Araqçi ilə görüşüb İrana endirilən zərbələri pisləyib

06 İyul 2025 22:49see119

Paşinyan “Hraparak”ı məhkəməyə verdi

06 İyul 2025 19:03see119

Yanvarın əvvəlində Sabah ın direktoru əlaqə saxladı və onunla bütün detalları müzakirə etdik

06 İyul 2025 22:12see118

Dəyəri 110 min avro olan qiymətli daş: Bu nadir daş yalnız Çexiyada tapılır

07 İyul 2025 04:46see118

Gəncədə qadın sürücü piyadanı vurdu

06 İyul 2025 23:03see118

Ucarda ağır qəza: üç nəfər...

06 İyul 2025 19:55see117

Ermənistanda rəhbər şəxslər saxlanıldı

07 İyul 2025 12:52see117

Azərbaycan millisindən ardıcıl ikinci məğlubiyyət

06 İyul 2025 22:12see116

Peskov Makronu təriflədi: Onun Putinlə danışığı...

06 İyul 2025 17:56see115

Keyptaunda minlərlə sakin daşqın səbəbilə evsiz qalıb

06 İyul 2025 23:50see115

İsrailin nümayəndə heyəti Qəzza ilə bağlı danışıqlar üçün Qətərə gəlib KONKRET

06 İyul 2025 22:10see114

Kişi yeməyini suyunu alırsa, daha nə istəyirsən?! Nardaran sakini müasir gəlinləri topa tutdu

06 İyul 2025 23:48see113

Dünyadan köçən yaxşı insanları gözüm dolaraq xatırlayıram Elçin

08 İyul 2025 00:28see113

Gəncədə gənclər arasında bıçaqlanma hadisələri artıb

08 İyul 2025 01:55see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri