Icma.az
close
up
RU
İrəvanda güc savaşı: “Rus izi”, yoxsa… ŞƏRH

İrəvanda güc savaşı: “Rus izi”, yoxsa… ŞƏRH

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ermənistanda 7 iyun parlament seçkilərindən sonra siyasi mənzərənin daha da sərtləşəcəyi ilə bağlı gözləntilər özünü doğruldur. Seçkidən öncə erməni cəmiyyəti üçün yeni siyasi sima olan iş adamı, milyarder Samvel Karapetyan, daha sonra digər oliqarx Qaqik Tsarukyan ətrafında hüquqi proseslərin dərinləşməsi, onlaırn məsuliyyətə cəlb olunması istiqamətində addımların atılması, indi isə sabiq prezident Robert Köçəryanın tutulması Ermənistan daxilində siyasi qarşıdurmanı yeni mərhələyə çıxarıb.
Köçəryanla bağlı proses xüsusilə diqqət çəkir. Ermənistanın keçmiş prezidenti korrupsiya, vəzifədən sui-istifadə, xüsusilə böyük məbləğdə rüşvət alma və çirkli pulların yuyulması ilə bağlı ittihamlarla üzləşib. Avqustun 27-də Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib. İstintaq həmçinin Köçəryan və ailəsi ilə əlaqəli əmlaklara məhdudiyyətlər tətbiq edib. Bununla belə, ittihamların məhkəmənin yekun hökmü ilə təsdiqlənmədiyini xüsusi vurğulamaq lazımdır.
Lakin məsələni yalnız hüquqi müstəvidə qiymətləndirmək kifayət deyil. Çünki söhbət Ermənistanın son illərdəki ən mühüm siyasi fiqurlarından birindən, hazırda parlamentdəki əsas müxalifət bloklarından birinə rəhbərlik edən Köçəryandan gedir. Üstəlik, onun siyasi xətti Rusiyaya daha yaxın mövqe ilə xarakterizə olunur. Buna görə də Köçəryan ətrafında baş verənlər həm daxili siyasi mübarizə, həm də Ermənistanın xarici siyasət vektorunun dəyişməsi kontekstində ciddi əhəmiyyət daşıyır.
Köçəryan hadisəsi tək deyil
Son prosesləri ayrı-ayrı epizodlar kimi deyil, daha geniş siyasi mənzərənin elementləri kimi nəzərdən keçirmək lazımdır.
Samvel Karapetyan seçki ərəfəsində Ermənistan siyasətində yeni və ciddi alternativ kimi meydana çıxmışdı. Onun rəhbərlik etdiyi “Güclü Ermənistan” siyasi qüvvəsinin formalaşması Paşinyan hakimiyyəti üçün əlavə siyasi rəqabət mənbəyi yaradırdı. Karapetyanla bağlı cinayət işi davam edir və onun barəsində ev dustaqlığı tədbiri sonuncu dəfə iyul ayında daha iki ay uzadılıb.
Qaqik Tsarukyanla bağlı proseslər də seçkidən sonra daha da sərtləşib. “Çiçəklənən Ermənistan” partiyasının lideri iyul ayında saxlanılıb və məhkəmə onun barəsində iki aylıq həbs qətimkan tədbiri seçib. Ona qarşı dələduzluq və çirkli pulların yuyulması ittihamları irəli sürülüb. Bundan əvvəl isə onun barəsində vergi ittihamı üzrə ayrıca cinayət təqibi başlanmışdı. İyulun sonunda Tsarukyana məxsus “İrəvan Brendi” zavodunun səhmlərinin idarə və mühafizəsinin dövlətə verilməsi barədə də məhkəmə qərarı qəbul edilib. Bura Paşinyan hakimiyyətinin kilsə ilə apardığı mübarizəni də əlavə etsək, o zaman mənzərə tam aydın olar.  Çünki bu gün kilsə də Paşinyan hakimiyyəti çün ciddi təhlükə mənbəyi hesab olunur. Bu səbəbdən də son bir neçə ildə kilsə ilə hakimiyyət arasında ciddi qarşıdurma hökm sürməkdədir.  Kilsənin bir çox üzvü həbs olunaraq barələrində cinayət işi açılıb. Məhz bu qarşıdrumanın nəticəsi olaraq avqustun 28-də bütün ermənilərin katolikosu və Ali Ruhani Şuranın üzvləri olan altı yepiskopa qarşı cinayət işi üzrə ilkin məhkəmə iclası keçiriləcək.
Beləliklə, Ermənistan siyasi səhnəsində bir-birinin ardınca güclü siyasi və iqtisadi resurslara malik fiqurların hüquqi təzyiqlərlə üzləşməsi diqqətdən yayınmır.
Paşinyanın əsas hədəfi nədir?
Bu siyasətin birinci istiqaməti daxili hakimiyyətin konsolidasiyasıdır. Nikol Paşinyan üçün seçkidə qələbə siyasi mübarizənin sonu deyil, əksinə, daha rahat idarəçilik üçün yeni mərhələnin başlanğıcıdır. 
Paşinyan seçkidə qələbə qazansa da, amma parlamentdə ciddi qərarların, xüussən də konstirusion qanunlaırn qəbulunda mütləq üstünlüyə malik deyil və bu da ona ciddi problemlər yaradır. Bu səbəbdən də hakimiyyətin qarşısında dayanan əsas məqsədlərdən biri siyasi rəqiblərin təşkilatlanma imkanlarını məhdudlaşdırmaq, alternativ güc mərkəzlərinin təsirini azaltmaq və hakimiyyətin uzunmüddətli təhlükəsizliyini təmin etməkdir. 
İkinci istiqamət isə Ermənistanın xarici siyasət vektorunun dəyişdirilməsidir.
Paşinyan hakimiyyəti son illərdə Moskva ilə münasibətlərdən məsafə saxlamaq və Qərblə siyasi, iqtisadi və təhlükəsizlik əlaqələrini genişləndirmək xətti götürüb. Bu baxımdan Ermənistanda Rusiyaya yaxın siyasi dairələrin zəiflədilməsi təkcə daxili hakimiyyət mübarizəsi deyil, həm də ölkənin geosiyasi istiqamətinin dəyişdirilməsi prosesinin bir hissəsi kimi görünür.
Məsələnin Moskva tərəfi
Burada ən mühüm məqam Ermənistan-Rusiya münasibətlərinin yalnız siyasi əlaqələrdən ibarət olmamasıdır. Moskvanın Ermənistanda uzun illər ərzində formalaşdırdığı təsir mexanizmləri siyasi, iqtisadi və təhlükəsizlik sahələrini əhatə edir. Rusiya ilə bağlı iqtisadi və strateji aktivlər, enerji və nəqliyyat infrastrukturu, biznes əlaqələri, eləcə də Gümrüdəki Rusiya hərbi bazası bu münasibətlərin çoxqatlı xarakterini göstərir.
Deməli, Paşinyanın Moskva ilə məsafəni artırması sadəcə diplomatik bəyanatların dəyişdirilməsi demək deyil. Bu, Ermənistanın siyasi və iqtisadi sistemində illər ərzində formalaşmış əlaqələrin yenidən qurulmasını tələb edir. Məhz buna görə İrəvan-Moskva qarşıdurmasının qısa müddətdə və ağrısız şəkildə başa çatacağını söyləmək çətindir.
Paşinyanın üç əsas məqsədi
Mövcud proseslərdən çıxış edərək Paşinyan hakimiyyətinin qarşısında üç əsas siyasi hədəfin dayandığını söyləmək mümkündür:
Birincisi, hakimiyyəti möhkəmləndirmək.
Əsas siyasi rəqiblərin zəiflədilməsi və alternativ güc mərkəzlərinin təsir imkanlarının məhdudlaşdırılması.
İkincisi, Moskvanın təsir imkanlarını azaltmaq.
Ermənistanın Rusiya ilə siyasi, iqtisadi və təhlükəsizlik bağlarını mərhələli şəkildə zəiflətmək və Qərbə inteqrasiyanı sürətləndirmək.
Üçüncüsü, Azərbaycanla sülh prosesini davam etdirmək.
Ermənistan üçün Azərbaycanla sülhün əldə olunması regional blokadanın yumşaldılması, iqtisadi imkanların genişlənməsi və yeni kommunikasiya əlaqələrinin formalaşması baxımından strateji əhəmiyyət daşıyır.
Amma burada mühüm bir “lakin” var
Paşinyanın sülh gündəliyinin mövcudluğu avtomatik olaraq onun siyasətinin bölgədə dayanıqlı sülh, təhlükəsizlik və genişmiqyaslı regional əməkdaşlıq yaratdığı anlamına gəlmir. Onun yürütdüyü siyasət  heç də tam mənada buna xidmət etmir. 
İrəvanın sülhə yönəlməsi, böyük ölçüdə, artıq Cənubi Qafqazda yaranmış, xüsusən də Bakının yaratdığı yeni geosiyasi reallıqların nəticəsidir. Başqa sözlə, Ermənistanın sülhə meyllənməsini yalnız Paşinyan hakimiyyətinin siyasi iradəsi ilə izah etmək birtərəfli yanaşma olardı. Azərbaycanın yaratdığı yeni geosiyasi və iqtisadi reallıqlar İrəvanı əvvəlki siyasətdən fərqli seçimlər qarşısında qoyub. Azərbaycanın irəli sürdüyü sülh gündəliyi, kommunikasiya xətlərinin açılması perspektivi, iqtisadi əlaqələrin genişlənməsi və Ermənistanın regional proseslərə inteqrasiyası üçün yaranan imkanlar İrəvanın manevr imkanlarını dəyişib.
İrəvan-Moskva qarşıdurması bölgəyə nə vəd edir?
Əsas sual da məhz budur. Ermənistanın Rusiyadan uzaqlaşması Moskvanın təsir imkanlarının avtomatik şəkildə yox olması demək deyil. Əksinə, Rusiya uzun illər ərzində Ermənistanda formalaşdırdığı siyasi, iqtisadi və təhlükəsizlik mexanizmlərindən istifadə etməyə çalışa bilər. Bu isə Cənubi Qafqazı əlavə geosiyasi rəqabət meydanına çevirə bilər.
Əgər İrəvan-Moskva qarşıdurması daha da dərinləşərsə, proses yalnız Ermənistanın daxili siyasi gündəmi ilə məhdudlaşmaya bilər. Rusiya öz maraqlarını qorumaq üçün siyasi və iqtisadi alətlərdən istifadə edə, Ermənistan isə Qərbə inteqrasiyanı sürətləndirməyə çalışa bilər. Belə vəziyyətdə Cənubi Qafqazda yeni qarşıdurma xətləri yarana bilər. Bu isə region üçün arzuolunan ssenari deyil.
Bakı üçün əsas faktor sabitlikdir
Azərbaycan baxımından əsas prioritet Ermənistan daxilində kimin qalib gəlməsi deyil, regionda davamlı sülh və təhlükəsizliyin təmin edilməsidir.
Bakı üçün Ermənistanın hansı geosiyasi blokda dayanmasından daha vacib məsələ onun Azərbaycanla münasibətlərini hansı istiqamətdə quracağı, sülh prosesinə nə dərəcədə sadiq qalacağı və regional əməkdaşlıq mexanizmlərində hansı mövqedən çıxış edəcəyidir. Çünki Cənubi Qafqazda yeni qarşıdurma xəttinin yaranması heç bir ölkənin maraqlarına tam cavab vermir.
Azərbaycanın yaratdığı yeni geosiyasi reallıq isə region üçün başqa bir perspektiv təqdim edir. Bu da qarşıdurmadan əməkdaşlığa, qapalı sərhədlərdən açıq kommunikasiyalara, geosiyasi bloklaşmadan regional inteqrasiyaya keçid modelidir. Bu baxımdan Ermənistanın daxili siyasi mübarizəsi və İrəvan-Moskva qarşıdurması Bakı üçün həm risk, həm də imkan yaradır. Risk ondan ibarətdir ki, Ermənistan-Rusiya qarşıdurması regionu yeni geosiyasi qarşıdurma meydanına çevirə bilər.
İmkan isə ondan ibarətdir ki, Azərbaycan özünün formalaşdırdığı sülh və əməkdaşlıq gündəliyini daha da möhkəmləndirərək Cənubi Qafqazda əsas sabitləşdirici aktor rolunu gücləndirə bilər.
Nəticə etibarilə, Köçəryanın həbsi yalnız bir sabiq prezidentin siyasi taleyi məsələsi deyil. Bu hadisə Ermənistanda daxili siyasi mübarizənin, hakimiyyətin rəqiblərinə münasibətinin, Moskva ilə münasibətlərin və ölkənin geosiyasi istiqamətinin eyni nöqtədə kəsişdiyi yeni mərhələnin göstəricisidir. İndi əsas sual bundan ibarətdir ki, Paşinyan Rusiyanın Ermənistandakı dayaqlarını zəiflədərək ölkəni Qərbə doğru apara biləcəkmi, yoxsa bu proses Ermənistanı yeni daxili və geosiyasi qarşıdurmaların mərkəzinə çevirəcək? Bu sualın cavabı təkcə Ermənistanın gələcəyini deyil, həm də Cənubi Qafqazın yeni təhlükəsizlik arxitekturasının necə formalaşacağını da müəyyən edə bilər.
Mürtəza Bünyadlı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://olke.az
archiveBu xəbər 27 Avqust 2026 16:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see357

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see350

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see285

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see281

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see279

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see275

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see271

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see256

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see231

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see221

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see221

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see220

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see219

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see215

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see214

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see212

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see211

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see210

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see195

Təhlükəli öskürəyin əlamətləri AÇIQLANDI

22 Oktyabr 2026 22:33see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri