Icma.az
close
up
RU
İrəvanda “payız savaşı” başladı

İrəvanda “payız savaşı” başladı

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Araqots yeparxiyasının beş ruhanisi, yepiskop Mkrtch (Hayk Proşyan) evlərində aparılan axtarışlardan sonra ifadə verilmək üçün Ermənistan İstintaq Komitəsinin yerli şöbəsinə aparılıb. 

İstintaq orqanında dindirildikdən sonra onların hamısına qarşı ittiham irəli sürülüb. Yepiskop Mkrtçın saxlanıldığı yer açıqlanmır. İstintaq qrupunun rəhbəri isə onun harada olduğunu bilmədiyini deyib. 

Araqots yeparxiyasının beş nəfər keşişi də artıq saxlanılıb. Erməni Kilsəsinin Müdafiəsi üzrə Ümumerməni Şurası keşişlərin həbsi ilə bağlı bəyanat yayıb. Şura baş verənləri erməni apostol kilsəsinə sistemli təzyiqin təzahürü adlandırıb. Yepikop və keşişlərin saxlanılması Ermənistan hakimiyyəti ilə kilsə arasında qarşıdurmanın yeni mərhələyə keçdiyini göstərir. 

Baş nazir Nikol Paşinyanla Erməni Apostol Kilsəsi arasında avqust ayında nisbətən səngiyən qarşıdurmanın payız aylarında yenidən güclənəcəyi gözlənilirdi. Çox güman ki, Hayk Proşyanın və keşişlərin saxlanılması da bunun əlamətidir. 

Sözügedən siyasi gərginliyə ümumilikdə, Ermənistanda 2026-cı ilin iyun ayında keçiriləcək parlament seçkiləri kontekstində baxmaq lazımdır. Seçkilər yaxınlaşdıqca radikal müxalifət və hakimiyyət arasında siyasi mübarizənin artacağı gözlənilir. Müxalifətin reytinqi zəif olduğuna görə seçkilərdə uğur qazanmaq şansı çox azdır. 

Lakin Erməni Apostol Kilsəsinin müxalifətə dəstək verməsi Paşinyan hakimiyyəti üçün ciddi problemlər yarada bilər. Ona görə də kilsə son vaxtlar hüquq-mühafizə orqanlarının hədəfinə gəlib. 

Görünür, Paşinyan seçkilərə qədər kilsəni tamamilə neytrallaşdırmaq və müxalifəti daxildəki əsas dəstəyindən məhrum etmək istəyir. Yepiskop Mkrtçın və keşişlərin saxlanılması kilsədə həbslərin davam edəcəyindən xəbər verir. Bu isə seçkiqabağı Ermənistanda siyasi vəziyyətin sabit keçməcəyini deməyə əsas verir. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Açar sözlər: İrəvan Paşinyan Hayk Proşyan

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 15 Oktyabr 2025 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1373

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see688

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see546

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see533

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see519

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see482

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see436

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see415

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see406

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see392

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see385

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see372

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see369

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see352

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see344

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see339

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see335

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see335

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see327

Naxçıvanda 400 dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib

05 Oktyabr 2026 21:37see320
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri