Tramp illik 50 milyard dollarlıq dövlət satınalmalarından Kanada məhsullarının çıxarılmasını tapşırıb
Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ Prezidenti Donald Tramp ölkənin aidiyyəti qurumlarına Kanadada istehsal olunan məhsulların illik həcmi 50 milyard dollardan çox olan dövlət satınalmaları planlarından çıxarılmasını tapşırıb.
APA xəbər verir ki, Tramp “Truth Social” hesabında Kanadanın uzun illərdir ABŞ-dan faydalandığını bildirib.
Onun sözlərinə görə, Kanada hökuməti və əyalətləri ABŞ-ın kiçik bizneslərinə və şirkətlərinə dövlət satınalma bazarlarında satış həyata keçirməyə imkan vermir.
Tramp ABŞ-ın müvafiq qurumlarının, o cümlədən dövlət satınalmalarına nəzarət edən Ümumi Xidmətlər Administrasiyasının cavab tədbirləri görəcəyini açıqlayıb. O, “qarşılıqlılıq yoxdursa, bundan sonra çıxış da olmayacaq” - deyib.
ABŞ lideri bildirib ki, Kanada Amerika fermerləri və şirkətləri ilə bağlı qarşılıqlılıq və ədalət prinsipinə tam əməl edənədək Kanada mənşəli məhsulların dövlət satınalmalarından çıxarılması üçün bütün zəruri tədbirlər görüləcək.
Bu qərar ABŞ və Kanada arasında ticarət gərginliyinin artdığı bir vaxtda verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:164
Bu xəbər 09 Sentyabr 2026 06:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















