İrəvanda nəqliyyatda qiymət artımına qarşı etiraz aksiyaları 4 gündür davam edir
Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İrəvanda nəqliyyat tariflərinin artırılmasına qarşı etiraz aksiyaları dörd gündür davam edir.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.
Bildirilib ki, onlar 150 dram (təxminən 40 sentdən bir qədər az) ödəməkdən imtina edirlər. Şəhər sakinləri tariflərin artırılmasını əsassız hesab edir və bunda manipulyasiya görürlər.
Aksiya iştirakçılarının çoxu xatırladıb ki, əvvəlcə meriya tarifin 300 dramdan aşağı ola bilməyəcəyini bildirirdi, lakin kütləvi narazılıqdan sonra onu 150 drama endirib. Digər sərnişinlər gediş haqqının ödənilməsi üçün istifadə olunan “Telcell” sistemindən narazılıqlarını bildiriblər.
Onların sözlərinə görə, sistemdə həll olunmamış problemlər var. Bəzən onun təqdim etdiyi QR-kodlar işləmir, bank kartı ilə ödəniş zamanı isə nəzərdə tutulandan daha çox məbləğ silinir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 04 Fevral 2025 23:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















