Icma.az
close
up
RU
İrəvanda yaradılan zəngin Azərbaycan mədəniyyəti

İrəvanda yaradılan zəngin Azərbaycan mədəniyyəti

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

Mirzə Qədim İrəvaninin 200 illik yubileyi qeyd olunacaq

2025-ci ildə Azərbaycanın görkəmli rəssamı, Azərbaycan dəzgah boyakarlığının banisi Mirzə Qədim Məhəmmədhüseyn oğlu İrəvaninin anadan olmasının 200 ili tamam olur. Prezident İlham Əliyev görkəmli rəssamın 200 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Mədəniyyət Nazirliyi rəssamın 200 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirəcək.

Qərbi Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi

Mirzə Qədim İrəvani zamanında Qərbi Azərbaycanda formalaşmış milli mədəniyyətimizin görkəmli simalarından biridir. İmperialist güc mərkəzlərinin məkrli ssenariləri əsasənda qurulan indiki Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında yaradılıb. 1918-ci ildə yeni yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti (AXC) özünün ilk qərarlarından birində bizim tarixi şəhərimizi - İrəvanı Ermənistana faktiki olaraq hədiyyə edib. Ermənilər İrəvana sahiblənməklə kifayətlənmədilər. 1920-ci ildə sovet hökumətinin qərarı və erməni millətçilərinin təkidi ilə bizim digər tarixi torpağımız Zəngəzur da Azərbaycandan ayrılaraq Ermənistana birləşdirilib. Azərbaycanlılar indiki Ermənistan ərazisindən həmçinin 1948-1953-cü illərdə və ötən əsrin səksəninci illərinin sonlarında olmaqla daha iki dəfə ağır deportasiyaya məruz qalıblar.

Azərbaycanlılar əsrlər boyunca yaşadıqları ərazilərdə zəngin mədəniyyət formalaşdırmağa nail olublar. Bu mədəni irsin araya-ərsəyə gəlməsində isə  Mirzə Qədim İrəvani kimi sənətkarların müstəsna xidmətləri olub.

İrəvan şəhərində anadan olan Mirzə Qədim - (4 dekabr 1825, İrəvan - 1875, İrəvan) -  15 yaşında Tiflisdəki progimnaziyanı bitirib. Fars, rus və fransız dillərini mükəmməl öyrənən Mirzə Qədim İrəvana qayıtdıqdan sonra ömrünün sonunadək poçtda teleqrafçı vəzifəsində çalışıb. Verilən məlumatlara görə, Mirzə Qədimin atası Məhəmməd Hüseyn məşhur şəbəkə ustası olub. Mirzə Qədimdə rəssamlığa meyl hələ Tiflisdə progimnaziyada oxuduğu vaxt yaranıb. Əvvəlcə şüşə və parça üzərində şəkillər çəkən Mirzə Qədim sonralar portret və ornamental kompozisiyalar ustası kimi məşhurlaşıb.

Rəssamın yaradıcılığının mühüm mərhələsi - İrəvan xan sarayının bərpası

Mirzə Qədim İrəvani Azərbaycan rəngkarlığının təşəkkülündə əhəmiyyətli rol oynamış böyük sənətkarlardandır. O, bir çox sahələri əhatə edən yaradıcılığında klassik Şərq miniatürü və xalq sənətinin zəngin ənənələrini Avropa realist boyakarlığının nailiyyətləri ilə ahəngdar şəkildə birləşdirərək orijinal üslub formalaşdırıb, Azərbaycan təsviri sənəti tarixində yeni mərhələnin başlanğıcını qoyub. Rəssamın zərif koloritli naxışlarla və ornamentli şəbəkələrlə işlənmiş, dərin bədii-estetik təsir gücünə malik tabloları, monumental portret və kompozisiyaları kamil sənət nümunələri kimi bu gün də yüksək dəyərini qoruyub saxlayır.

İrəvan xan sarayının bərpası görkəmli rəssamın yaradıcılığının mühüm bir mərhələsini təşkil edir desək, yanılmarıq. Qərbi Azərbaycan İcmasının (QAİ) məlumatına əsasən, sarayın Güzgülü zalındakı portretlərin və ornamental kompozisiyaların bərpası Mirzə Qədimə həvalə edilib. O, Güzgülü zaldakı divar rəsmlərinin əksəriyyətini xüsusi zövqlə və ustalıqla bərpa edib. Görünür, 1867-1874-cü illərdə Xan sarayında dəfələrlə aparılan bərpa işlərini Mirzə Qədim həyata keçirib. Rəssamın yağlı boya ilə çəkdiyi “Fətəli şah”, “İrəvan sərdarı”, “Həsən xan”, “Rüstəm Zal” portretləri hazırda Tiflisdə Gürcüstan Dövlət İncəsənət Muzeyində, “Abbas Mirzə” portreti isə Azərbaycan Dövlət İncəsənət Muzeyində saxlanılır. Mirzə Qədim İrəvani “Gənc qadının portreti”, “Gənc oğlanın portreti”, “Fətəli şahın portreti”, “Rəqqasələr”, “Molla”, (hamısı Azərbaycan Milli İncəsənət Muzeyində), “Mah Tələtin portreti” (Gürcüstan Dövlət İncəsənət Muzeyi), “Quş və çiçəklər” (Dövlət Ermitajı), həmçinin də, 1850-ci illərdə, İrəvandakı Sərdar sarayının divarlarında, yağlı boya ilə çəkilmiş dörd böyük (1 m x 2 m) portretin müəllifidir. O, panel rəssamlığının əsasını qoyub.

M.ABDULLAYEV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:139
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 18 Fevral 2025 11:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see446

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see444

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see332

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see296

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see285

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see279

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see275

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see273

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see229

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see223

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see223

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see218

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see218

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see213

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see213

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see210

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see199

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see197

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see185

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri