Icma.az
close
up
RU
İsrail İran barışı? Tel Əvivdə şok ssenari: “Tehranla sülh artıq fantaziya deyil”

İsrail İran barışı? Tel Əvivdə şok ssenari: “Tehranla sülh artıq fantaziya deyil”

Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İsrail mediası gözlənilməz və sensasion iddia ilə çıxış edib.

Turkustan.az xəbər verir ki, “Maariv” nəşrinin yazdığına görə, İsrailin gələcək xarici siyasətində əsas hədəf kimi uzun illər düşmən sayılan İranla barış variantı müzakirə olunur.
Məlumata görə, son illərdə baş nazir Benyamin Netanyahunun əsas xətti “Avraam razılaşmaları”nın genişləndirilməsi olub və bu prosesdə əsas məqsəd Səudiyyə Ərəbistanı sayılırdı.
Bu strategiyanı ABŞ prezidenti Donald Tramp da açıq şəkildə dəstəkləyirdi. Lakin müxtəlif səbəblərdən tərəflər arasında təmaslar zəifləyib və bu istiqamətdə irəliləyiş hazırda real görünmür.
Bunun fonunda İsrail siyasi dairələrində tamamilə yeni və sensasion bir ideya gündəmə gəlib.
Mənbələrin iddiasına görə, Səudiyyə Ərəbistanı ilə sülh ikinci plana keçir, İranla mümkün barış isə artıq xəyal kimi qiymətləndirilmir.
Nəşr yazır ki, bu ssenari birbaşa İranın daxili vəziyyətindən asılıdır. Burada həlledici rolun İran xalqına məxsus olduğu vurğulanır. Mənbələr etiraz aksiyalarının uğur qazanacağına dair inamın getdikcə artdığını bildirir və İslam Respublikasının mövcud hakimiyyətinin bu təzyiqə tab gətirə bilməyəcəyini istisna etmirlər.
İddialara görə, İran müxalifətinin bəzi nümayəndələri artıq özlərini gələcək dialoqun tərəfdaşları kimi aparırlar. Hətta İsraillə mümkün razılaşma variantları indidən müzakirə olunur və bu məsələ seçkilərdən əvvəl belə strateji məqsəd kimi nəzərdən keçirilir.
“Maariv” qeyd edir ki, bu həftə İsraildə İran etirazlarının mümkün nəticələri ilə bağlı qapalı müzakirələr aparılıb. Hakimiyyətin dəyişəcəyi təqdirdə kəskin siyasi dönüşün, o cümlədən İsrail–İran münasibətlərinin bərpasınıngündəmə gələ biləcəyi vurğulanır.
Xatırladılır ki, bu cür əlaqələr İranda islam inqilabına qədər mövcud olub.
Beləliklə, regionda illərdir dəyişməz görünən siyasi xəritənin kökündən dəyişə biləcəyi ehtimalı ilk dəfə bu qədər açıq şəkildə dilə gətirilir. İsrail–İran barışı gerçək olarsa, bu, Yaxın Şərq tarixində ən böyük geosiyasi dönüşlərdən biri kimi qiymətləndirilə bilər./Musavat.com

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 11 Yanvar 2026 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see266

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see234

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see215

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see206

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see200

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see184

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see176

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see172

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see163

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see162

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see143

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri