Icma.az
close
up
RU
Menu

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Qol vurdu, “ən yaxşı” oldu

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

Yaponiyada ayı xarici turistə hücum ETDİ

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

E vitamini ilə zəngin 5 məhsul

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

Erməni soyqırımı abidəsi SÖKÜLƏCƏK?

Erməni soyqırımı abidəsi SÖKÜLƏCƏK?

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Ermənistanın Baş naziri Nikol Paşinyan Davos iqtisadi forumunda iştirak məqsədilə İsveçrədə olub. Paşinyan Zürixdə erməni diasporu ilə biraraya gəlib. O burada  "erməni soyqırımı" məsələsindən danışıb və bunun yenidən araşdırılmasının zəruri olduğunu deyib.

"Biz erməni "soyqırımı"nın tarixinə qayıtmalıyıq. Nəyin baş verdiyini və niyə baş verdiyini anlamalıyıq. Biz bunu necə, kimin köməyi ilə dərk etdik? 1939-cu ildə "soyqırımı" gündəliyi yox idi, amma artıq 1950-ci ildə o, gündəliyə daxil oldu", - Paşinyan Sürixdə İsveçrədəki erməni diasporu ilə görüşündə deyib.

Erməni mətbuatının iddiasına görə, Paşinyanın 1915-ci il hadisələri ilə bağlı yeni göstəriş verib və həmin illərdə ölən ermənilərin siyahısının tərtib olunmasını istəyir. Paşinyanın bu təşəbbüsünü “çox təhlükəli” adlandıranlar da var. Müxalifətçilər iddia ki, bu inkar tezisidir və bunu türklər ötən əsrin 60-cı illərindən dövriyyəyə buraxıb. Hətta bu addıma görə Nikol Paşinyan hökumətini Türkiyədən tapşırıq almaqda ittiham edənlər də az deyil.      

Mövzu ilə bağlı Modern.az-a danışan Milli Məclisin komitə sədri Musa Quliyev bildirib ki, Ermənistan Baş naziri Nikol Paşinyan Zürixdə erməni diasporu ilə görüşdə cəsarətli və və aktual fikirlər söyləyib:

"Erməni cəmiyyəti üçün bu fikirlər hər halda yenidir və fərqli görüşün ortaya qoyulmasıdır. Məsələyə belə münasibət bəslənilməsini Türkiyə və Azərbaycan 30 ildən çox müddətdir ki, irəli sürüblər. 1915-ci il hadisələrinə yalnız erməni soyqırımı kimi yox, o dövrün reallığı kimi baxmaq və qiymətləndirmək lazımdır. Cənab Rəcəb Tayyib Ərdoğan dəfələrlə Türkiyənin arxivlərin açılmasına hazır olduğunu, ermənilərin də əlindəki arxiv materiallarını açmasını və birgə komissiyada məsələnin siyasətçilər yox, tarixçilər tərəfindən öyrənilib, qiymətləndirilsini təklif edib. Bu, daha doğru fikir idi. Paşinyanın indiki çıxışı da həmin fikrə əsaslanan yeni tezisdir. Ölən ermənilərin adbaad siyahısı tərtib olunsa, məlum olacaq ki, həmin hadisələrdə 1,5 milyon erməni yox,  ondan qat-qat az insan tələf olub. Ölənlərin böyük hissəsi də birbaşa öldürülənlər deyil. Ölüm halları Osmanlı dövlətinin qərarı ilə Anadoluda yaşayan və çar Rusiyası tərəfinə keçərək Osmanlıya qarşı üsyana qalxıb, savaşan ermənilərin ölkənin cənub və mərkəz əyalətlərinə, indiki Suriya və Livana köçü zamanı baş verib. Arxivlər açıldıqda ölən ermənilərin  sayının az olduğu məlum olacaq. Anadoluda qətlə yetirilən türk və kürdlərin sayı ermənilərdən bəlkə də çox olacaq".

Komitə sədri Qərbi Azərbaycandan deportasiya edilənlərin də adbaad və kəndbəkənd siyahısının tərtib edilməsinin müsbət hal olacağını deyib:

"Yaxşı olardı ki, cənab Paşinyan həmin hadisələrdə ölən şəxslərin adbaad siyahısını çıxartmaq təşəbbüsündədirsə,  deportasiyaya uğrayan və etnik təmizləməyə məruz qalan azərbaycanlıların da adbaad və kəndbəkənd siyahısını hazırlasınlar. Onda məlum olacaq indiki Ermənistan adlanan ərazilərin bütün əhalisi,demək olar ki, azərbaycanlılardan ibarət olub. Rəsmi məlumatlara görə iki il ərzində 1 milyondan çox azərbaycanlı dədə-baba torpaqlarından deportasiya edilib və yüz minə yaxın insan qətlə yetirilib. Qarşılıqlı ittihamlar irəli sürüldüyü təqdirdə bizim söyləyəcəyimiz sözlər daha çoxdur.  Digər məsələ ondan ibarətdir ki,  başda Paşinyan olmaqla Ermənistan hökuməti başa düşür ki, müstəqil və suveren dövlət kimi qalmaq istəyirlərsə, qonşu dövlətlərlə, xüsusilə Türkiyə və Azərbaycanla normal qonşuluq münasibəltəri qurmalıdır. Saxta soyqırımı iddialarını davam etdirməklə, səmimi dostluq, qonşuluq münasibətləri bərpa etmək mümkün deyil. Bu mənada Paşinyanı qaldırdığı bu məsələ eyni zamanda Ermənistanın daxili auditoriyasına yönəldilən mesajdır. Paşinyan doğru olaraq vurğulayır ki, 1939-cu ilə qədərə bu məsələdən danışılmırdı. Çünki İkinci Dünya Müharibəsindən sonra erməni diasporu formalaşır.Onların əsas məqsədləri xarici ölkələrdə yaşayan erməniləri SSRİ-yə qarşı qaldırmaq olub. SSRİ isə Türkiyəyə qarşı özünün iddialarını, siyasi qərəzini nümayiş etdirmək üçün erməni kartından istifadə edirdi.  1950-ci illərdə ilk dəfə "erməni soyqırımı" məsələsi gündəmə çıxıb. Bu zaman söhbət 300-350 min erməninin qətlindən gedirdi. Sonradan rəqəmləri artırdılar. Ermənistandakı saxta milliyyətçilər, Paşinyana qarşı müxalif olan qüvvələr bu fikirləri yaxına qoymurlar ki, saxta soyqırımından istifadə etsinlər".

M.Quliyev "erməni soyqırımı" abidəsinin aradan götürülməyəcəyini vurğulayıb:

"Onun artıq önəmi yoxdur. Ermənistan Türkiyə və Ermənistanla münasibətləri normallaşdırmalıdır. Bundan sonra orada abidənin olub-olmamasının o qədər də ictimai,siyasi əhəmiyyəti qalmayacaq".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://modern.az
archiveBu xəbər 26 Yanvar 2025 15:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see304

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see285

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see281

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see243

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see235

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see223

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see222

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see212

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see210

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see208

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see202

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see202

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see195

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see192

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see187

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see187

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see185

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see184

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see173

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri