Icma.az
close
up
RU
İrəvandakı “Rus evi”nin fəaliyyəti çiçəklənir “Paşinyanın iki seçimi var...”

İrəvandakı “Rus evi”nin fəaliyyəti çiçəklənir “Paşinyanın iki seçimi var...”

Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsində Qərb təşkilatlarının fəaliyyətinə geniş imkanlar yaratsa da, Rusiya təşkilatlarının və media resurslarının İrəvandakı fəaliyyətlərini hələ ki, əngəlləmir”.

“AzPolitika” bildirir ki, bu barədə politoloq Elxan Şahinoğlu “Facebook” səhifəsində yazıb.

“Əksinə, İrəvandakı “Rus evi” son vaxtlar fəaliyyətini genişləndirib, Ermənistandakı məktəb və universitetlərinə rus dilində dərsliklər paylayır, şagirdlərin Rusiyanın Gümrüdəki hərbi bazasına tanışlıq səfərləri təşkil edir. İrəvandakı “Rus evi” Ermənistan Elmlər Akademiyasının elmi mərkəzi ilə əməkdaşlıq əlaqələri də qurub. Müqavilə birgə tədqiqat layihələrini, konfrans və seminarların təşkilini nəzərdə tutur”, - o, əlavə edib.

Politoloq hesab edir ki, bunlar İrəvandakı “Rus evi”nin fəaliyyətinin görünən tərəfidir. Onun sözlərinə görə, Bakıda fəaliyyəti dayandırılan “Rus evi” kimi İrəvandakı “Rus evi” də Ukrayna əleyhinə sərgilər keçirib, Donbass separatçılarının “qəhrəmanlıqları” barədə mətnlər yayıb: “Ümumiyyətlə “Rus evləri” Moskvadan idarə olunduğuna görə, bu mərkəzlərin hər birinə eyni təlimatlar göndərilir. İrəvandakı “Rus evi”nin daha bir fəaliyyət istiqaməti var. Bu mərkəz İrəvandakı Qərb mərkəzləri ilə açıq və gizli mübarizə aparır. İrəvandakı “Rus evi”nin rəhbəri Vadim Fefilov bunu heç gizlətmir də. O, müsahibələrinin birində “kollektiv Qərbin” İrəvanda xeyli mərkəzinin fəaliyyətindən bu şəkildə şikayət edib: “Qərb ölkələrinin səfirlikləri İrəvandakı mərkəzləri idarə edirlər (guya İrəvandakı “Rus evi” Rusiya səfirliyindən təlimat almır). Qərb mərkəzlərinin fəaliyyəti erməni identikliyinə qarşıdır”. Bu sözlər açıq-aşkar Ermənistan hökumətinə qarşıdır. Çünki, Qərb mərkəzlərinin fəaliyyətinə Ermənistan hökuməti şərait yaradıb. “Sputnik Ermənistan” agentliyinin də fəaliyyəti bu istiqamətdədir. “Sputnik Ermənistan” agentliyi həm Azərbaycan, həm də Ermənistan hakimiyyəti əleyhinə fəaliyyət göstərir, Paşinyana müxalif olan radikal qüvvələrə və Qarabağı tərk etmiş separatçılara informasiya dəstəyi verir”.

E.Şahinoğluna görə, Nikol Paşinyan Bakıda “Rus evi”nin bağlanması və “Sputnik Azərbaycan” agentliyinin fəaliyyətinin məhdudlaşdırılması qarşılığında iki yoldan birini seçə bilər: “Birinci yol Azərbaycan kimi Ermənistanda da “Rus evi” və “Sputnik Ermənistan”ın fəaliyyətlərinin məhdudlaşdırılmasıdır. Bunun üçün Paşinyanın tam əsası var, hər iki qurum Ermənistan hakimiyyətinin əleyhinə çalışır. Paşinyan bu yolu seçməklə Rusiyanın Cənubi Qafqazda nüfuz imkanlarını daha bir az məhdudlaşdırmış olacaq.

İkinci yol, əksinə Rusiyanın adı çəkilən iki mərkəzinin fəaliyyətini davam etdirmələrinə şəraitin yaradılmasıdır. Bu halda İrəvan Bakı ilə müqayisədə Rusiyaya yaxın görünmək istəyəcək”.

Ekspert hesab edir ki, bu yolun Paşinyan və onun komandası üçün faydası yoxdur.

“Çünki, Kreml “Rus evləri” və “Sputnikləri” vasitəsilə Rusiyanın imperiya maraqlarını gücləndirməyə çalışır. Paşinyan isə Rusiyanın zəncirlərindən qopmayınca ölkəsinin müstəqilliyini təmin edə bilməyəcək”, - təhlilçi vurğulayıb.

Rasim Əliyev

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 14 Fevral 2025 14:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see252

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see201

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see179

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see177

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see171

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see166

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see164

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see156

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see153

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see152

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see146

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see145

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see145

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see145

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see144

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see142

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri