Icma.az
close
up
RU
Menu

Boşalan evlər MİDA ya verilsə, Bakıda mənzillər ucuzlaşacaq İqtisadçı Bu gün Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakıdakı Hövsan Yaşayış Kompleksinin I və II mərhələləri, Binəqədi Yaşayış Kompleksi, eləcə də Sumqayıt, Lənkəran, Şirvan və Yevl

Tibbi sığortadan kəsilən pullar korrupsiya və lüzumsuz xərclərə gedəcək Partiya sədri

WUF13 ün rəsmi sosial media səhifələri fəaliyyətə başlayıb

Dabaq xəstəliyinə qarşı ictimai narahatlıq ət bazarlarını vurdu , ət dükanlarında satış həcmi azalmağa başladı

Bakı “ravvinlər sammiti”nə niyə fasilə verdi? Səssiz diplomatiyanın görünməyən tərəfləri

Yadigar Muradovun son durumu açıqlandı KONKRET

Pendirin beyinə faydası

Trampın sərt xəbərdarlığı və Qəzzadakı kövrək atəşkəs: hadisələrin mümkün ssenariləri

“Honda” çip çatışmazlığı səbəbindən avtomobil istehsalını dayandırdı

İkitəkərli nəqliyyat vasitələri hansı təhlükələri yaradır? VİDEO

İngiltərə çempionu 90 il sonra bu aqibətlə üzləşdi Antirekord

Aİ Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesini dəstəkləyir

Türk dünyasında yeni siyasi mərhələ başlayır ŞƏRH EDİLDİ

Böyük Britaniya Səudiyyə Ərəbistanı ilə 6,4 milyard funtluq müqavilə imzalanıb

Yaponiyanın baş naziri Trampın Rusiya enerji daşıyıcılarının idxalını qadağan etmək xahişini RƏDD ETDİ

Kişilərin ürəyi daha zəif olur Həkim təsdiqlədi

Nvidia dünyanın ən dəyərli səhmdar şirkəti oldu

Moskvadan Parisin hərbi kontingent yerləşdirmək planına reaksiya

Şorba bişirməkdən imtina edən arvadını bıçaqlayıb dərisini soydu

21 yaşlı Adilin ölüm səbəbi TƏFƏRRÜAT KONKRET

İrəvandan qayıdan azərbaycanlı politoloq: “Ermənilərlə qucaqlaşmağa getməmişdik”

İrəvandan qayıdan azərbaycanlı politoloq: “Ermənilərlə qucaqlaşmağa getməmişdik”

Ayna saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Fərhad Məmmədov: “Biz İrəvanda olarkən bir neçə situasiya var idi ki, orada hansısa etirazlar olacağını gözləyirdim, amma heç bir etiraz olmadı”

Ötən həftə İrəvanda Ermənistan və Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə ikitərəfli “dəyirmi masa” keçirilib. Görüş Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın iştirakı ilə baş tutub. Qriqoryan Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesi çərçivəsində bu formatda görüşlərin keçirilməsini yüksək qiymətləndirib. O vurğulayıb ki, cəmiyyətin müxtəlif təbəqələrinin iştirakı yalnız sülhü möhkəmləndirəcək.

Vətəndaş cəmiyyətinin nümayəndələri də öz növbəsində tədbirin təşkilinə və müsbət atmosferin yaradılmasına görə Ermənistan tərəfinə təşəkkür ediblər.

İştirakçılar qarşılıqlı etimadın və əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş bu cür təşəbbüslərin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Görüşün ikinci hissəsində Qriqoryan sualları cavablandırıb.

Sözügedən görüşdə iştirak etmiş Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Fərhad Məmmədov İrəvandakı müzakirələrlə bağlı AYNA.AZ-ın suallarını cavablandırıb. Deyib ki, Azərbaycan və Ermənistan liderlərinin 8 avqustda Vaşinqtondakı görüşündən sonra keyfiyyətcə yeni sülh gündəliyi formalaşıb:

- Təbii ki, bu sülh gündəliyində əsas aktor dövlətlərdir, hökumətlərdir. Bu dövr ərzində artıq bir neçə səviyyədə təmaslar olub. Birincisi, liderlərin görüşüdür. Adminstrasiyalar bir-biri ilə ünsiyyətdədirlər. Eyni zamanda, xarici işlər nazirləri, xüsusi cidmət orqanları, Baş nazirlərin müavinləri səviyyələrində təmaslar mövcuddur. Eyni zamanda, Vaşinqtondakı sammitdən sonra de-fakto sülh şəraitində nə etmək mümkündür sualı gündəmdədir. Saziş paraflanıb, amma yekun sənəd imzalanmayıb. Bu şəraitdə nə etməyin mümkün olduğu araşdırılır. Dövlət bir çox sahələrdə birgə fəaliyyəti təmin etməkdədir. O mənada ki, dövlət qurumlarının nümayəndələri daim ünsiyyətdədirlər, artıq qərarlar var. Vətəndaş cəmiyyətinin nümayəndələrinin də sülhə hansı töhfəni verə biləcəyi necə deyərlər, araşdırılır.

Nəzərə almaq lazımdır ki, biz erməni həmkarlarla beynəlxalq tədbirlərdə bu və ya digər formada ünsiyyətdə oluruq. Yaxud da, sülhyaratma ilə bağlı ənənəvi layihələr çərçivəsində təmaslarımız olur. Yəni ki, biz bir-birimizi tanıyırıq. Əgər dövlətlər ikitərəfli formatı prioritet seçiblərsə, vətəndaş cəmiyyətinin nümayəndələri də ikitərəfli formatda prosesə qoşuldu.

- Səhv etmirəmsə, siz Bakıdan birbaşa İrəvana uçmusunuz...

- Bəli, bizə təyyarə təşkil edildi ki, birbaşa reys olsun. Bu, tarixi hadisə idi. Çünki bizə İrəvanda deyildiyi kimi, 30 il ərzində ilk dəfə idi ki, Azərbaycan Hava Yollarına məxsus olan təyyarə Ermənistanın paytaxtına eniş edirdi. Belə simvolik addımlar var. Önəmli olan isə odur ki, ikitərəfli formatda vətəndaş cəmiyyəti nümayəndələri görüşdülər, müzakirələr apardılar.

- Əvvəllər də erməni həmkarlarınızla görüşmüsünüz, əvvəlki yanaşmalarını bilirsiniz. İndi erməni nümayəndələrində fikir dəyişikliyi müşahidə etdinizmi?

- Əlbəttə, dəyişiklik var. Sülh gündəliyini paylaşan, onun əsas məramlarını qəbul edən vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşdük. Təbii ki, bu o demək deyil ki, onlar hər şeydən razıdırlar, yaxud da, hazırkı şəraitdə erməni cəmiyyəti tam olaraq sülhə hazırdır. Biz Ermənistan cəmiyyətinin sülhə nə qədər hazır olduğunu orada keçiriləcək parlament seçkilərində görə biləcəyik. Amma ermənilər də başa düşür ki, tarixi şans yaranıbsa, bir çox məsələlərdə dövlətlər ümumi razılıq əldə ediblərsə, vətəndaş cəmiyyəti niyə prosesə töhfə verməsin?! Azərbaycanla sülh prosesini qəbul edən bir neçə fəal erməni vətəndaş cəmiyyəti nümayəndələri var. Bizimlə “dəyirmi masa”da iştirak edən vətəndaş cəmiyyəti nümayəndələri Ermənistanda kifayət qədər nüfuza sahibdirlər. Amma deyim ki, Ermənistanda Azərbaycanla sülhə qarşı olan qüvvələr var. Məlumdur ki, orada hazırda siyasi vəziyyət mürəkkəbdir. Rusiyanın dəstəklədiyi qüvvələr, ənənəvi müxalifət fəallaşıb, kilsə fəallaşıb. Demək istəyirəm ki, Ermənistanda kifayət qədər qəliz siyasi vəziyyət var, amma prinsipial mövqe nümayiş etdirən vətəndaş cəmiyyəti nümayəndələri var ki, bizim görüşümüz də onlarla oldu. Vacib olan odur ki, erməni cəmiyyəti 44 günlük müharibənin nəticələri ilə, antiterror əməliyyatının nəticələri ilə barışsınlar. Sülh gündəliyi formalaşıb, tarixi şansdır ki, sülh əldə olunsun. Cəmiyyətlər də bu prosesə dəstək verməlidirlər. Bizim çağırışımız əsasən bundan ibarət idi.

- Görüşdə erməni həmkarlarınızın mənfi və ya müsbət mənada sizi təəccübləndirən yanaşması oldumu?

- Təbii ki, düşüncələrdə müəyyən dəyişikliklər sezilir. Məsələn, Qarabağ məsələsi indi müzakirə edilmir. Çünki bu artıq həll olunmuş məsələdir və bunu erməni cəmiyyətinin nümayəndələrinin qəbul etdiyi görünür. Zəngəzur dəhlizi ilə bağlı müəyyən narahatlıqları var. Bildirirlər ki, “Zəngəzur dəhlizi” termini hələ də istifadə edilir, bu termin Ermənistan cəmiyyətində qəbul edilmir. Amma bunun da günahkarı Azərbaycan deyil, Ermənistan hakimiyyətidir. Çünki rəsmi İrəvan bunu vaxtilə Zəngəzur dəhlizi mövzusunu daxili siyasi mövzuya çevirdi, indi isə vəziyyət tamamilə fərqlidir. Onlara başa salmağa çalışdıq ki, bu artıq qəbul edilmiş termindir. Ermənilər “Zəngəzur” sözündən çəkinməməlidirlər. Bir məsələni də deyim: yenə də söyləyirəm, Ermənistanda siyasi vəziyyət gərgindir. Ona görə də hər bir söz, hər bir termin siyasi spekulyasiyaya məruz qalır, bunlardan siyasi qüvvələr hakimiyyətə qarşı manipulyasiya edirlər. Bütün hallarda, vətəndaş cəmiyyəti nümayəndələri cəmiyyətə sülhün hər iki tərəfə mənfəət gətirəcəyi reallığını aşılamalıyıq. Azərbaycanlılar da, ermənilər də başa düşməlidirlər ki, sülh bölgənin suverenliyinə, iqtisadi inkişafa, çiçəklənməyə gətirib çıxara bilər.

- Amma belə görüşlərə, neqativ münasibət göstərənlər var, əsasən də Ermənistan cəmiyyətində...

- Təbii ki, var. Həm Azərbaycanda, həm Ermənistanda mediadakı şərhlərə baxırıq, bilirik ki, neqativ münasibət var. Əsasən də Ermənistan mediasında sülhə qarşı çıxışlar çoxdur. Lakin onu da deyim ki, erməni mediasında gedən neqativ münasibət, sülhə qarşı fəallıq cəmiyyətdə görünmür.

Biz İrəvanda olarkən bir neçə situasiya var idi ki, orada hansısa etirazlar olacağını gözləyirdim, amma heç bir etiraz olmadı. Bəli, çoxlu yazanlar var, amma əməli tədbirdə heç nə yoxdur. Azərbaycanda da müəyyən kəsim var ki, sülhə inanmır. Əlbəttə, onların da inanmamaqda əsasları var. Amma sülh toxumları da səpilməlidir.

- İki Qarabağ müharibəsinin cəmiyyət üçün fəsadları hələ unudulmayıb, yaralar var. Belə olan halda, cəmiyyətlərin aqressiyası da təbiidir. Bu yaralar qısa müddətdə sağalması da mümkün görünmür. Məsələn, ermənilərin törətdiyi Xocalı soyqırımını unutmaq mümkündürmü?

- Təbii ki, mümkün deyil və unudulmayacaq. Biz ermənilərlə qucaqlaşmağa getməmişdik, müzakirə etməyə getmişdik. Əlbəttə, biz hər iki müharibənin nəticələrini unutmayacağıq. Unutmayacağıq ki, müharibə təkrar olmasın. Əgər biz unutsaq, müharibə yenə təkrar olacaq. Keçmişdə üçüncü dövlət gəldi, bizi işğal etdi, sonra barışdırdı, bir dövlətdə yaşadıq. Amma yenə də 70 ildən sonra bu özünü göstərdi. Hətta SSRİ kimi totalitar sistemdə ola-ola münaqişə alovlandı. Çünki məsələ həll olunmamışdı. Prosesi süni şəkildə aparmaq düzgün deyil, nəticə verməyəcək. Sülh prosesi təbii şəkildə olmalıdır. Hazırkı nəslin acıları bir cürdür, yaşlı nəslin acıları tamam başqadır. Yaşlı nəsil ermənilərlə birgə yaşayıb, onları tanıyır. Son iki nəsil bu yaşamı görməyib. Yeni nəsil üçün – 5 yaşlı, 10 yaşlı uşaqlar üçün Qarabağın Azərbaycanın tərkib hissəsi olması normal olacaq. Onlar tamamilə fərqli yaddaşla böyüyəcəklər. Azərbaycan cəmiyyəti üçün əsas məqsəd odur ki, müharibəni unutmayaq, səbəbləri unutmayaq, nəticəni unutmayaq. Bu şəraitdə uzunmüddətli və dayanıqlı sülh vacibdir. Təbii ki, sülhün fəqli formaları var. Dar çərçivədə anlaşılan sülh var, geniş çərçivədə anlaşılan sülh var. Biz indi addımları atırıq. Faciələrə gəlincə, əlbəttə, bunlar da hansısa mərhələdə müzakirə oluna biləcək mövzudur. Cəmiyyətlərin buna hazır olması lazımıdır. Sülhyaratmada tələsmək də olmaz. Çünki tələsəndə xırda nailiyyətlərin belə üzərindən xətt çəkilə bilər. Hər şüyin vaxtı var. Nəsillərin baxış bucağı formalaşmalıdır. Bunun üçün də zaman və davamlı fəaliyyət lazımdır. Nəyəsə nail olundusa, iş bitmiş sayılmamalıdır. Daim dinamika, cəmiyyətlə intensiv iş aparılmalıdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:57
embedMənbə:https://ayna.az
archiveBu xəbər 30 Oktyabr 2025 16:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Boşalan evlər MİDA ya verilsə, Bakıda mənzillər ucuzlaşacaq İqtisadçı Bu gün Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakıdakı Hövsan Yaşayış Kompleksinin I və II mərhələləri, Binəqədi Yaşayış Kompleksi, eləcə də Sumqayıt, Lənkəran, Şirvan və Yevl

29 Oktyabr 2025 16:41see305

Tibbi sığortadan kəsilən pullar korrupsiya və lüzumsuz xərclərə gedəcək Partiya sədri

29 Oktyabr 2025 14:33see206

WUF13 ün rəsmi sosial media səhifələri fəaliyyətə başlayıb

29 Oktyabr 2025 18:21see180

Dabaq xəstəliyinə qarşı ictimai narahatlıq ət bazarlarını vurdu , ət dükanlarında satış həcmi azalmağa başladı

29 Oktyabr 2025 18:30see148

Bakı “ravvinlər sammiti”nə niyə fasilə verdi? Səssiz diplomatiyanın görünməyən tərəfləri

29 Oktyabr 2025 11:37see135

Yadigar Muradovun son durumu açıqlandı KONKRET

29 Oktyabr 2025 14:18see134

Pendirin beyinə faydası

29 Oktyabr 2025 22:03see124

Trampın sərt xəbərdarlığı və Qəzzadakı kövrək atəşkəs: hadisələrin mümkün ssenariləri

29 Oktyabr 2025 20:09see124

“Honda” çip çatışmazlığı səbəbindən avtomobil istehsalını dayandırdı

29 Oktyabr 2025 17:41see123

İkitəkərli nəqliyyat vasitələri hansı təhlükələri yaradır? VİDEO

29 Oktyabr 2025 08:36see123

İngiltərə çempionu 90 il sonra bu aqibətlə üzləşdi Antirekord

30 Oktyabr 2025 09:02see123

Aİ Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesini dəstəkləyir

29 Oktyabr 2025 17:58see121

Türk dünyasında yeni siyasi mərhələ başlayır ŞƏRH EDİLDİ

29 Oktyabr 2025 15:54see121

Böyük Britaniya Səudiyyə Ərəbistanı ilə 6,4 milyard funtluq müqavilə imzalanıb

29 Oktyabr 2025 14:35see120

Yaponiyanın baş naziri Trampın Rusiya enerji daşıyıcılarının idxalını qadağan etmək xahişini RƏDD ETDİ

29 Oktyabr 2025 20:24see120

Kişilərin ürəyi daha zəif olur Həkim təsdiqlədi

29 Oktyabr 2025 21:09see119

Nvidia dünyanın ən dəyərli səhmdar şirkəti oldu

30 Oktyabr 2025 03:45see119

Moskvadan Parisin hərbi kontingent yerləşdirmək planına reaksiya

30 Oktyabr 2025 01:07see118

Şorba bişirməkdən imtina edən arvadını bıçaqlayıb dərisini soydu

30 Oktyabr 2025 04:15see117

21 yaşlı Adilin ölüm səbəbi TƏFƏRRÜAT KONKRET

30 Oktyabr 2025 01:01see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri