Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Özge Borak keçmiş evliliklərindən danışdı: “Çox qəzəbli idim”

İrəvandan qayıdan azərbaycanlılar: Provokasiya olmadı

İrəvandan qayıdan azərbaycanlılar: Provokasiya olmadı

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

13-14 fevral tarixində "Sülh Körpüsü” təşəbbüsü çərçivəsində görüşü olub. Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin növbəti görüşü baş tutub. Bu dəfə təşəbbüsün hər iki tərəfdən beş əsas üzvü ilə yanaşı iştirakçıların sayı artırılıb və ümumilikdə 39 nəfər görüşə qatılıb. Azərbaycan nümayəndə heyəti delimitasiya və demarkasiya olunmuş quru sərhədini keçərək Ermənistana daxil olub. Sərhəd keçidi sərhəd və gömrük nəzarəti prosedurlarına uyğun həyata keçirilib, həmçinin mövcud COVID məhdudiyyətləri ilə bağlı xüsusi icazə alınıb.

Proqrama əsasən, Azərbaycan nümayəndə heyəti Ermənistanda təxminən 35 saat olub. Bu müddət ərzində 4 saat yol və mehmanxanaya yerləşmə, 4 diskussiya sessiyası, iki rəsmi görüş, mətbuat konfransı və davamlı qeyri-formal dialoq təşkil edilib.

Modern.az Ermənistana gedən heyətin nümayəndələrinin görüşlə bağlı təəssüratlarını öyrənib.

Saytımıza  açıqlamasında Topçubaşov Mərkəzinin direktoru Rusif Hüseynov bildirib ki, görüş ümumilikdə konstruktiv və qarşılıqlı hörmət əsasında baş tutub:

“Əvvəldən ortaq məxrəcə gəlmişdik ki, çox ziddiyyətli mövzulardansa, qarşılıqlı fayda verə biləcək, gələcəklə bağlı mövzulara köklənək. Amma bu o demək deyil ki, bütün məsələ və punktlar üzrə tərəflər bir-birilə razılaşdılar. Kiçik mübahisələr də olurdu. Qarşılıqlı hörmət əsasında hər iki tərəf öz cəmiyyətini narahat edən, qayğılandıran məsələləri digərinin diqqətinə çatdırırdı.

Ermənistana iki dövlətin sərhədinin delimitasiya olunmuş hissəsindən keçdik. Bu bir tərəfdən də normallaşma prosesi və onun daxilindəki delimitasiya məsələsi ilə əlaqədar simvolik akt idi. Digər tərəfdən bunun praktiki əhəmiyyəti də var. Bu onu göstərir ki, artıq iki ölkənin vətəndaşları bir-birinin ərazisinə, özü də böyük bir qrupla sərhəd vasitəsilə keçə bilir.  Bütün qrup üzvləri olaraq, bunun əhəmiyyətini çox yüksək dəyərləndiririk”.

Rusif Hüseynov əlavə edib ki, Ermənistandakı seçkilərə qədər bir neçə başqa görüşlər də planlaşdırılır:

“Sülh körpüsü ilə bağlı olaraq, indiki mərhələdə vaxt çərçivəmiz may-iyul aylarını əhatə edir. Çünki mayda seçki hazırlığı, iyunda isə seçki baş tutacaq.  Buna görə də, həmin dövr ərzində ciddi iş görməyimiz çətinləşir. Ona görə də may-iyun aylarına qədər daha bir neçə görüş keçirmək, sülh mesajını hər iki cəmiyyətin daha böyük qisminə, media qurumlarına, beyin mərkəzlərinə çatdırmaq mümkün olsa, ortaq bir neçə layihə etmək fikrimiz var”.

1news.az saytının baş redaktoru Kəmalə Məmmədova da görüşün  pozitiv atmosferdə keçdiyini qeyd edib:

“Eyni zamanda tam şəkildə təhlükəsizlik qorunmuşdu. Keçən dəfəki səfərimizdən fərqli olaraq, bu dəfə Ermənistana quru yolla keçmişdik. Bu da bir simvolik addım oldu. Həm də ki, nümayəndə heyəti daha geniş idi və 40 nəfərə yaxın iştirakçı var idi. Yəni normal qarşıladılar. Orada müzakirələrimiz oldu. Yəni daimi masadan başqa rəsmi şəxslərlə - Ermənistanın xarici işlər nazirinin müavini Vahan Kostanyan və Təhlükəsizlik Şurasının baş katibi Armen Qriqoryanla görüşlər baş tutdu. Bizi narahat edən suallar məsələlər müzakirə olundu və onlardan cavab aldıq. Ümumiyyətlə demək olar ki, hər iki tərəfi narahat edən məsələlər qaldırıldı. Sülhün üstünlükləri haqqında danışıldı. Sülhün ölkəmizə verə biləcəyi sosial-iqtisadi faydalar haqqında danışıldı, yəni ümumi təəssürat yaxşıdır”.

K.Məmmədova tərəflərin mövqelərində üst-üstə düşməyən məqamların da olduğunu diqqətə çatdırıb:

“Bu da normal haldır. Yəni ki, hər iki ölkə üçün həssas mövzuları,tərəflər qaldırdı. Bu məsələləri tam deyə bilmərəm. Amma hər hansı provokasiya, münaqişə olmadı. Sadəcə olaraq tam şəkildə qapalı görüşlərdə hər bir tərəf narahat edən məsələləri qaldıraraq müzakirə etdi”

K.Məmmədova keçdikləri yollarla bağlı isə bunları deyib:

“Delimitasiya olunan ərazidən - Aşağı Əskipara kəndindən keçid etdik. Narahatlıq varıydı ki, görüş necə keçəcək. Amma bizimlə orada görüşən erməni nümayəndələr tam olaraq, sülh gündəliyini dəstəkləyən şəxslərdir. Ona görə bir problem olmadı.

Keçdiyimiz yollar sovet dövründən qalma idi.  Biz tərəfdən əlbəttə, biraz təmizlənmişdi.  Lakin maşın  yolu normal keçdi. Köhnə yol qalır, tam dağınıq deyil. Yəqin ki, oranı yenidən qurarlar”.

Nəqliyyat üzrə ekspert, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın üzvü Rauf Ağamirzəyev isə görüşlə bağlı bunları deyib:

“Mən  görüşün nəqliyyat tərəfini təmsil eləyirdim. Bu kontekstdə, Azərbaycanın baxışını təqdim etdim. Yəni Azərbaycan bu bölgədəki nəqliyyat dəhlizləri konsepsiyasını necə görür, bunu izah etdim. Yeni formalaşan yolların verəcəyi töhfə barədə danışdım.  Ermənistan-Azərbaycan sərhədində olan yollardan bizim üçün ilkin olaraq, vacib olan Zəngəzur dəhlizi, Azərbaycanın Naxçıvana və oradan da Türkiyəyə çıxışının təmin olunmasıdır.

Amma biz digər yolların da açılmasına maraqlıyıq. Bu mərhələ ilə baş verəcək. Bu barədə həm təqdimat keçirdim, həmçinin də onların sülh yol ayırıcısı layihəsi üzərində bu misalları göstərdim. Əslində nəqliyyat şəbəkəsi demək olar ki, bir-birini tamamlayan və şaxələndirməsinin özündə ehtiva edən bir sistemdir. Hər bir dövlət maraqlıdır ki, bir yox, bir neçə yolu olsun və beləliklə, ümumi şəbəkədə müəyyən paya sahib olsun. Dialoq çox konstruktiv və qənaətimcə sülhə töhfə verən səviyyədə keçdi. Amma bu bir təşəbbüsdür. Yəni təşəbbüsü biz göstəririk. Hər iki tərəfdən aidiyyəti strukturlar da onsuz öz işini görür və mərhələ ilə biz sülhə doğru yaxınlaşırıq”.

R.Ağamirzəyev getdiklərin yolun vəziyyətindən də danışıb:

“Keçdiyimiz yolun vəziyyəti yaxşı idi. Qazaxın Əskipara kəndindən, yəni delimitasiya olunmuş sahədən hər iki dövlətin Sərhəd Xidmətinin nəzarəti altında keçmişik. Tsaxkadzor şəhərinə getdiyimiz yol normal vəziyyətdədir.  Bu arada həmin yolu Gürcüstana çıxan üçüncü yol saymaq olar. Çünki Ermənistanın da Gürcüstana bir neçə yolları var. Paralel olaraq onlardan biri də bu yoldur. Getdiyimiz yolboyu köhnədən qalmış dəmir yolunun da elementlərini müşahidə etmək olar. Başqa rayonlara getmədik. Çünki bizim ora getməyimiz, qalmağımız və başqa işlərimiz 35 saat çəkdi.  Çox sıx qrafikdə panel müzakirələri, dövlət nümayəndələri ilə müzakirələr elə həmən qaldığımız oteldə baş verib və hər dəqiqənin öz əhəmiyyəti var idi. Çünki burada hər gün azərbaycanlılar o istiqamətdə keçmir. Biz də keçmişdiksə, daha səmərəli və faydalı iş müddətində öz işimizi görüb və geri qayıtmalıydıq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://modern.az
archiveBu xəbər 16 Fevral 2026 13:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see300

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see268

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see267

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see249

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see242

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see229

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see225

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see224

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see216

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see213

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see212

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see203

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see196

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see188

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see184

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see184

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

10 Noyabr 2026 08:04see175

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

10 Noyabr 2026 08:03see174

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see174

Özge Borak keçmiş evliliklərindən danışdı: “Çox qəzəbli idim”

10 Noyabr 2026 05:25see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri