Icma.az
close
up
RU
Ermənilərlə necə barışacağıq..?

Ermənilərlə necə barışacağıq..?

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ermənistanla sülh bağlamaq istiqamətində qarşılıqlı səfərlərə start verilib.

Dünyada sülhdən gözəl nəsə var?

Yox!

Sülh insan xoşbəxtliyidir.

Sülh günəşli sabahlardı, ümiddi, həyatdı, gözəl yaşayışdı.

Sülh bir ailənin bir masa ətrafında xoşbəxt-xoşbəxt şirin səhər yeməyidi.

Sülhə əl uzatmaq insan xoşbəxtliyini almaqdı,

sabahları günəşsiz etməkdi,

həyatı söndürməkdi,

yaşayışı qaranlıqlaşdırmaqdı,

bir ailənin bir masada xoşbəxt-xoşbəxt yediyi səhər yeməyinə zəhər qatmaqdı.

Bəli, uzun illər Ermənistan Azərbaycanı sülhdən məhrum, Qarabağı, Şərqi Zəngəzuru yerlə yeksan, insanları qaçqın, köçkün elədi.

Xocalıda, Ağdabanda körpəsindən qocasına qədər bir eli qanına bölədi, soyqırımı törətdi.

Qəbir daşlarını sökdü, məscidləri, abidələri dağıtdı. Bir xalqın izini dədə-baba yurdundan silmək üçün nə bacardısa elədi.

Və ən acısı da odur ki, əsrlər boyunca ermənilər bu pislikləri davamlı həayta keçiriblər.

Sonuncu dayanacaqları Qarabağ, Şərqi Zəngəzur oldu.

Bütün bunlara qarşılıq olaraq Azərbaycan hər görüşdə, hər tribunada Sülh istədi.

Qarşı tərəf nə etdi?

Bu istəyə güldü, onu zəiflik bildi.

İştahı bir az da artdı.

Qarabağ, Şərqi Zəngəzur azmıymış kimi Gəncəyə, Naxçıvana göz dikdi.

Ermənistanın zaman-zaman davam etdirdiyi bu iddialar azərbaycanlı körpələrin qətli, yaşlıların əzab içində öldürülməsi, evlərin yandırılması ilə nəticələndi.

Dünya isə baxdı…

Elə bil maraqlı bir oyunu seyr edirdilər.

Bu biganəlik də yaddaqalan oldu…

Və nəhayət, 2020-ci ildə Azərbaycan haqqı olanı elədi.

İşğalçı ordunu öz torpağından qovdu.

Ərazilərini azad etdi.

Şuşanı, Xankəndini, Kəlbəcəri öz sahiblərinə qaytardı.

İşğalçının sülhə razı olmaqdan başqa yolu qalmadı.

Amma Azərbaycan bu dəfə də insanlığı yüksək tutdu.

Bir sivil insana toxunmadı…

Amma hiss edirsən ki, içlərində yenə də revanşist bir köz qalır,

sönmür, külün içində gizlənir.

Bu dəfə Paşinyan xalqını inandırmağa çalışdı ki, Azərbaycanla başqa dildə danışmaq mümkün deyil. Çünki masa arxasında oturmağın alternativi yoxdur.

Əksi olacaqsa, azərbaycanlılar öz tarixi İrəvanlarını geri alacaqlar.

Azərbaycan dünən də sülh istəyirdi, bu gün də sülh istəyir, sabah da sülh istəyəcək.

Azərbaycanın lideri İlham Əliyev sülhü hamıdan çox istəyir.

Çünki müharibənin xalqa, dövlətə vurduğu yaranı hamıdan yaxşı görüb.

Çünki xalqın bütün məsuliyyətinin ağırlığı onun çiynindədi.

Amma İlham Əliyevin istədiyi sülh ötəri, mövsümlük deyil, “bu günü yola verək” sülhü deyil.

Ömürlük sülhdü!

Sabahın tam zəmanətidi,

xalqına rahatlıq gətirən,

bir daha heç bir ananın gözündə övlad yaşı görünməyəcək bir sülhdü.

Məğlub Ermənistandan bununla razılaşmasını istəyir.

İlham Əliyevin istədiyi sülh xalqın istədiyi sülhdür.

Bu sülh heç nə olmamış kimi qucaqlaşmaq demək deyil.

Bu sülh dağıdılmış Qarabağı, viran edilmiş Şərqi Zəngəzuru, qətlə yetirilmiş azərbaycanlıları heç vaxt unutmamaqdır.

Vətən uğrunda canını verən şəhidləri heç vaxt yaddan çıxmamaqdır.

Tarixin yaddaşımıza daş kimi, qaya kimi həkk olunmasıdır.

Bu sülh elə-belə, “keçmişi boş verək, gəlin çay içək” söhbəti deyil.

Bizə yad qüvvələrin təlqin etdiyi unutqanlıq psixologiyası ilə “gəlin bütün bunları unudaq, qucaqlaşaq” deyil.

Bizə lazım olan sülh qürurlu sülhdü.

Bizim haqq etdiyimiz sülh ədalətli sülhdü.

Və İlham Əliyevin istədiyi də məhz budur.

Azərbaycanın istədiyi sülh dünəni unutmadan, sabaha arxayın gedən bir millətin yoludur.

Azərbaycanın istədiyi sülhü gücdən gəlir, biz öz haqqımızın, öz tariximizin, öz qürurumuzun keşiyində dayanaraq sülhə gedirik.

Bu güc ədalətdən qaynaqlanır.

Sülh alternativsizdir.

Qəhrəman oğullar ona görə ŞƏHİD oldular ki, sülh olsun.

Gələcək nəsil xoşbəxt yaşasın.

Bir daha müharibə olmasın.

Bu sülh sabahın təminatı,

GÜCLÜ AZƏRBAYCANIDIR.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://modern.az
archiveBu xəbər 21 Noyabr 2025 15:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see319

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see296

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see280

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see274

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see244

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see239

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see229

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see223

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see213

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see198

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see197

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see193

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see191

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see189

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see186

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see185

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see185

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see174

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see172

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri