Icma.az
close
up
RU
İrəvandan yük maşını ilə Azərbaycana gətirilən Məşhur Sara Qədimova

İrəvandan yük maşını ilə Azərbaycana gətirilən Məşhur Sara Qədimova

Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Küsüb getdin", "Nə vaxta qaldı", "Pıçıldaşın ləpələr..."

Məmməd Arazın "Azərbaycan musiqisinin ağ çiçəyi" adlandırdığı xanəndənin bu mahnıları kimini uşaqlığına, kimini isə cavanlıqdakı günlərinə aparır. Bununla belə, mədəniyyətimizin bu parlaq nümunələrinin müəllifini yeni nəslin bir qismi daha az yada salır. Söhbət xanəndə, Azərbaycan SSR xalq artisti Sara Qədimovadan gedir.

Lent.az -ın “Unudulan sənətkarlar” rubrikasında bu dəfə sizə müğənni Sara Qədimovadan danışacağıq.

Üzeyir Hacıbəyovun Azərbaycan musiqisindəki bənzərsiz kəşfi

Sara Qədimova 1922-ci il mayın 31-də Bakıda  anadan olub. Əslən Ağdamın Abdal-Gülablı kəndindən olan Sara Qədimova əvvəlcə həkim olmağı planlaşdırıb. O, Tibb İnstitutunda təhsil alıb, hətta üçüncü kursadək oxuyub. Lakin musiqiyə olan böyük sevgisi onun həyatını tamamilə dəyişib və gələcəyini səhnə ilə bağlayıb. Gənc yaşlarında "Qatar" muğamını və xalq mahnılarını ifa edən Sara Qədimovanın səsi Üzeyir Hacıbəyovun diqqətini çəkir. Dahi bəstəkar onun musiqi təhsili almasına dəstək göstərir və Hüseynqulu Sarabskinin sinfində oxumasına kömək edir. O, səhnə fəaliyyətinə 1941-ci ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi başlayıb. Müğənninin qısa müddətdə istedadı və bənzərsiz səsi dinləyicilərin rəğbətini qazanıb.

Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski və Xan Şuşinskidən qalan muğam sevgisi

O, muğamın ən gözəl ifaçılarından biri kimi tarixə düşüb, "Leyli və Məcnun", "Əsli və Kərəm", "Aşıq Qərib" kimi operalarda yaratdığı obrazlarla Azərbaycan musiqi mədəniyyətinə silinməz iz qoyub. Xüsusilə, müğənninin ifasında "Bayatı-Şiraz", "Şur", "Şahnaz", "Qatar", "Mahur-hindi", "Xaric segah" muğamları Azərbaycan mədəniyyətinin dəyərli nümunələri hesab edilir. Sara Qədimova Şərqdə muğam dəstgahlarını tam şəkildə ifa edən ilk qadın xanəndələrdən biri hesab olunur. Onun muğama sevgisi uşaqlıqdan yaranıb. Atası onu Qarabağda keçirilən muğam məclislərinə aparıb. Sara Qədimova burada Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski və Xan Şuşinski kimi sənətkarların ifalarını dinləyib.

Pəhləvinin Sara Qədimova sevgisi

Onun muğam və xalq mahnıları İran azərbaycanlıları arasında xüsusilə populyar idi. Konsertlərinə minlərlə insan toplaşırdı. Deyilənlərə görə, İranın son şahı Məhəmməd Rza Pəhləvi də onun səsinin vurğunu olub və yaradıcılığına xüsusi rəğbət bəsləyirmiş. İranda qazandığı böyük uğurdan sonra Sara Qədimovaya həmin ölkədə qalması təklif olunmuşdu. Lakin sənətkar bu təklifi qəbul etməmiş, doğma vətəninə qayıtmağa üstünlük vermişdi.

Erkən valideyn itkisi, 8 illi ailə həyatı

S.Qədimova uşaqlıq illərində valideynlərini itirib. Anası erkən vəfat edib, iki il sonra isə atasını da itirib. Buna baxmayaraq, çətin həyat şəraiti onun sənət yolundan dönməsinə mane olmayıb. Şəxsi həyatı da hər zaman maraq doğurub. O, özündən 24 yaş böyük Qədir İslamzadə ilə ailə qurub. Bu nikahdan tanınmış müğənni Akif İslamzadə dünyaya gəlib. Lakin bu evlilik uzu sürməyib və 8 il sonra ayrılıblar. Akif İslamzadə açıqlamalarının birində qeyd edir ki, anası və özü əvvəldən belə razılığa gəliblər ki, şəxsi həyatları haqqında heç bir mətbu orqana danışmasınlar. 

Moskvadan gələn dəstək

1964-cü ildə Sara Qədimova ciddi yol-nəqliyyat hadisəsi ilə üzləşmişdi. Həmin vaxt SSRİ-nin ilk qadın kosmonavtı Valentina Tereşkova onun müalicəsinə dəstək göstərərək tanınmış travmatoloqun Moskvadan Bakıya göndərilməsinə kömək etmişdi.

Yük maşını ilə İrəvandan Azərbaycana

1969-cu ildə İrəvanda qastrol səfərində olarkən yaranan gərgin vəziyyət səbəbindən Sara Qədimova və Canəli Əkbərov təhlükəsizlik məqsədilə ərazidən yük maşını ilə çıxarılmışdılar.

2 aylıq yataq xəstəliyindən ölümə

Sara Qədimova 12 may 2005-ci ildə, 82 yaşında Bakıda vəfat edib. O, uzun müddət səhhətində yaranan problemlərlə mübarizə aparırdı. Vəfatından təxminən iki ay əvvəl, 14 mart 2005-ci ildə işemik insult keçirmişdi və məhz həmin xəstəlikdən sonra vəziyyəti ağırlaşmışdı.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://lent.az
archiveBu xəbər 13 İyul 2026 16:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see313

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see313

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see312

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see306

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see289

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see287

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see273

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see269

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see264

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see262

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see259

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see257

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see256

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see252

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see250

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see240

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see236

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see229

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see209

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri