Icma.az
close
up
RU
İrəvanı qarışdıran etiraf: Bütün ölkənin gözlədiyi tapşırıq niyə verilmədi? Yeni xəritə

İrəvanı qarışdıran etiraf: Bütün ölkənin gözlədiyi tapşırıq niyə verilmədi? Yeni xəritə

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində bir çox aktual mövzuya toxunub. Dövlət başçısı həmçinin Zəngəzur dəhlizinin açılması məsələsindən danışıb.

Prezident bildirib ki, Azərbaycan Qarabağ müharibəsində qələbə qazandıqdan sonra yolu güc hesabına ələ keçirə bilərdi, lakin bunu etmədi. Bakı İrəvana ölkənin əsas hissəsinin Naxçıvanla əlaqəsini kəsə bilməyəcəyinə dair xəbərdarlıq etdi.

Sitat: “Təxminən beş il ərzində bu əlaqə xətləri ilə bağlı onlarla danışıqlar apardıq. Bu müddət ərzində Naxçıvanla birləşmək üçün Ermənistan sərhədinə qədər dəmir yolu tikməyə və magistral yollar salmağa başladıq. Magistral yol layihələrinin, eləcə də dəmir yolunun gələn il hazır olacağını gözləyirik”.

Globalinfo.az-a danışan politoloq Elman Telmanoğlu deyib ki, dövlət başçısının açıqlamaları həm Azərbaycanın strateji planlarını, həm də bölgədə yeni geosiyasi düzənin formalaşma perspektivlərini əks etdirir:

“Prezident İlham Əliyev müsahibədə xatırladıb ki, 2020-ci il noyabrın 10-dan sonra Azərbaycan ordusu Zəngəzur istiqamətində hərbi əməliyyatlarla nəticə əldə edə bilərdi. Lakin rəsmi Bakı məsələnin danışıqlar yolu ilə həllini üstün tutdu. Bu yanaşma Azərbaycanın regionda güc tətbiqindən çox siyasi iradə və əməkdaşlıq mühitinə önəm verdiyini göstərir. Buradakı ən böyük mesaj isə Bakının mövqeyinin müharibə yox, sülh yönümlü olduğunu bir daha təsdiqləyir.

Bu geosiyasi məsələdə Ermənistanın öhdəlikdən yayınması da mümkün variantlardan biridir. Azərbaycan lideri bir daha qeyd edib ki, Ermənistan Naxçıvanla əlaqənin açılması barədə götürdüyü öhdəlikləri beş ildir yerinə yetirmir. Bu isə İrəvanın beynəlxalq razılaşmalara sadiqliyi ilə bağlı ciddi suallar doğurur. Azərbaycan paralel olaraq dəmir yolu və magistral yollar inşa etməyə başlayıb, bununla Ermənistan amilini aradan qaldırmağa çalışır”.

Politoloq bildirib ki, kommunikasiyaların açılması kimi tarixi siyasi hadisəyə regional güclərin maraqları da müxtəlifdir.

Həmçinin oxuyun:

Bu sual Prezidentə ilk dəfə verildi: cavabı isə diqqət çəkdi – Sensasion

“Məsələn, Ankara üçün Zəngəzur dəhlizi strateji önəm daşıyır. Bu yol Türkiyənin Türk dünyasına birbaşa çıxışını təmin edir. Ona görə də Ankara Bakının mövqeyini qətiyyətlə dəstəkləyir. Amma Rusiya dəhlizin açılmasını dəstəkləsə də, Ermənistan üzərində təsirini itirməmək üçün prosesi uzatmağa maraqlı görünür. Lakin Azərbaycanın alternativ infrastruktur layihələri Rusiyanı da daha konstruktiv mövqeyə gətirə bilər.


Elman Telmanoğlu

Avropa İttifaqına (Aİ) gəldikdə, Brüssel üçün Zəngəzur dəhlizi “Orta Dəhliz” layihəsinin tərkib hissəsidir. Bu yol Avropaya Mərkəzi Asiya və Çindən gələn yüklərin tranzitini sürətləndirəcək. Ona görə də Aİ sabitlik və yolların açılmasında maraqlıdır.

İran isə ənənəvi olaraq bu layihəyə ehtiyatla yanaşır, çünki dəhlizin açılması onun tranzit imkanlarını zəiflədə bilər. Amma Azərbaycan–Türkiyə tandeminin güclənməsi fonunda Tehranın təsir imkanları məhdudlaşır.

Politoloqun sözlərinə görə, Ermənistanın davranış təcrübəsi süni maneələrin yaradılmasının mümkünlüyün göstərir, lakin artıq vəziyyət dəyişib:

Azərbaycan öz ərazisində infrastrukturun tikintisini yekunlaşdırır, Türkiyə və Avropa dəhlizin açılmasında maraqlıdır, ölkəmizin hərbi-siyasi çəkisi artıb. Bu səbəbdən Ermənistanın müqavimət imkanları olduqca zəifləyib.

Ümumilikdə, yaranan vəziyyətdən belə görünür ki, Prezident İlham Əliyevin açıqlamalarından sonra, gələn ildən etibarən Naxçıvana maneəsiz quru əlaqəsi real hala çevrilə bilər. Bu yalnız Azərbaycanın deyil, bütün Cənubi Qafqazın iqtisadi və geosiyasi xəritəsini dəyişəcək. Əgər Ermənistan öhdəliklərini yerinə yetirməsə, regional inteqrasiya layihələrindən kənarda qalacaq və nəticədə ən çox uduzan tərəf məhz özü olacaq – necə ki, bu günə qədər böyük iqtisadi layihələrdən təcrid olundu”.

Safura Bənnayeva
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:59
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 27 Avqust 2025 20:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see192

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see187

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see187

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see183

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see176

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see165

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see151

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see148

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see146

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see142

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see137

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see136

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see135

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see130

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see125

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see125

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri