Icma.az
close
up
RU
İrəvanın Avropa dönüşü: Rusiya ilə yollar ayrılır?

İrəvanın Avropa dönüşü: Rusiya ilə yollar ayrılır?

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ermənistanın Avropa İttifaqı ilə münasibətlərində son dövrdə müşahidə olunan fəallaşma ölkənin xarici siyasət kursu ilə bağlı yeni müzakirələr yaradıb.

Viza liberallaşması istiqamətində irəliləyiş, Avropa standartlarına uyğun islahatların aparılması və Brüssellə siyasi dialoqun dərinləşməsi İrəvanın Qərbə yaxınlaşmasının uzunmüddətli nəticələrini gündəmə gətirir. Digər tərəfdən, Ermənistan hələ də Avrasiya İqtisadi İttifaqının üzvüdür və Rusiya ilə mühüm iqtisadi əlaqələrini qoruyur.

Bəs İrəvan bu iki istiqaməti nə qədər paralel davam etdirə bilər və proses Cənubi Qafqazın geosiyasi mənzərəsinə necə təsir göstərəcək?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Züriyə Qarayeva bildirib ki, viza liberallaşması ilk baxışda insanların sərbəst hərəkəti ilə bağlı texniki proses kimi görünsə də, əslində daha geniş institusional dəyişikliklər tələb edir. Ermənistan bunun üçün sərhəd idarəçiliyi, miqrasiya siyasəti, sənəd təhlükəsizliyi, hüququn aliliyi və korrupsiyaya qarşı mübarizə kimi sahələrdə Aİ standartlarına yaxınlaşmalıdır. Bu isə tədricən ölkənin Avropa hüquqi və siyasi məkanına inteqrasiyasını dərinləşdirir.

Onun dediyinə görə, bununla belə, viza liberallaşmasını avtomatik şəkildə Aİ üzvlüyünə aparan proses kimi qiymətləndirmək doğru olmaz:

“Burada əsas məsələ Ermənistanın Avropa standartlarına uyğunlaşmasının nə qədər davamlı olacağıdır. Əgər bu kurs ardıcıl şəkildə davam etdirilərsə, gələcəkdə daha geniş siyasi inteqrasiya üçün institusional baza formalaşa bilər”.

“Ermənistanın həm Aİ ilə yaxınlaşması, həm də Avrasiya İqtisadi İttifaqında qalması uzunmüddətli perspektivdə nə qədər mümkündür? İrəvan gec-tez seçim qarşısında qala bilərmi” sualını cavablandıran politoloq bildirib ki, Ermənistan müəyyən müddət ərzində bu iki istiqamət arasında balans yaratmağa çalışa bilər və hazırda da faktiki olaraq belə siyasət yürüdür. Ancaq Aİ ilə münasibətlər sadəcə siyasi dialoqdan çıxaraq dərin iqtisadi inteqrasiya mərhələsinə keçərsə, ciddi institusional ziddiyyətlər meydana çıxa bilər:

“Çünki Avrasiya İqtisadi İttifaqı vahid gömrük və ticarət qaydalarına malikdir, Aİ ilə daha dərin inteqrasiya isə fərqli standartların və iqtisadi öhdəliklərin qəbul edilməsini tələb edir. Buna görə Ermənistanın hər iki inteqrasiya modelində eyni dərəcədə dərin iştirak etməsi uzunmüddətli perspektivdə çətin görünür. İrəvan mümkün qədər seçim anını təxirə salmağa və hər iki istiqamətdən faydalanmağa çalışacaq. Lakin Aİ ilə inteqrasiya müəyyən həddi keçərsə, Ermənistanın strateji seçimi qaçılmaz şəkildə gündəmə gələ bilər”.

Maraqlıdır, Aİ Ermənistanla münasibətləri dərinləşdirməklə Rusiyanın regiondakı təsirini azaltmaq məqsədi güdür, yoxsa əsas hədəf Ermənistanın islahatlarını və Avropa standartlarına uyğunlaşmasını dəstəkləməkdir?

Həmsöhbətimizə görə, burada bu iki amili bir-birindən tam ayırmaq mümkün deyil. Aİ rəsmi siyasətində demokratik institutların gücləndirilməsi, hüququn aliliyi, iqtisadi modernləşmə və Avropa standartlarının tətbiqini əsas istiqamətlər kimi təqdim edir. Onun sözlərinə görə, eyni zamanda Cənubi Qafqaz geosiyasi baxımdan mühüm regiondur və Rusiyanın burada təsir imkanlarının dəyişməsi Brüssel tərəfindən diqqətlə izlənilir. Ermənistan-Rusiya münasibətlərində son illərdə yaranmış problemlər Aİ üçün İrəvanla əməkdaşlığı genişləndirmək baxımından yeni imkanlar yaradıb. Buna görə Avropanın Ermənistan siyasətində həm normativ, həm də geosiyasi maraqların olduğunu demək mümkündür. Ermənistanın Moskvanın orbitindən müəyyən qədər uzaqlaşması Aİ-nin regiondakı siyasi çəkisinin artmasına da şərait yaradır.

Politoloq deyir ki, Ermənistan uzun illər Rusiyanın Cənubi Qafqazdakı əsas siyasi və təhlükəsizlik tərəfdaşlarından biri olub. Buna görə İrəvanın Qərb institutları ilə münasibətlərini sürətlə genişləndirməsi Moskva tərəfindən sadəcə Ermənistanın daxili siyasi seçimi kimi qəbul edilməyə bilər. Rusiya burada özünün ənənəvi təsir imkanlarının azalmasını görərsə, iqtisadi, siyasi və digər vasitələrlə mövqelərini qorumağa çalışacaq.

Züriyə Qarayeva bildirib ki, eyni zamanda Aİ-nin və bütövlükdə Qərbin regionda iştirakının artması Cənubi Qafqazda qüvvələr balansını dəyişə bilər:

“Ancaq bunun açıq geosiyasi qarşıdurmaya çevrilib-çevrilməməsi tərəflərin davranışından asılı olacaq. Region dövlətlərinin maraqları baxımından ən əlverişli variant Cənubi Qafqazın böyük güclərin qarşıdurma meydanına deyil, müxtəlif tərəflərlə əməkdaşlıq məkanına çevrilməsidir”.

Ermənistanın Qərbə inteqrasiyasının sürətlənməsinin Azərbaycan-Ermənistan münasibətlərinə və sülh prosesinə müsbət, yoxsa mənfi təsirinə gəlincə, müsahibimiz deyib ki, burada əsas məsələ Ermənistanın Qərblə yaxınlaşmasının hansı siyasi məzmun daşımasıdır. Onun fikrincə, əgər bu proses Ermənistan daxilində institusional islahatları gücləndirir, regional əməkdaşlığı təşviq edir və Azərbaycanla əldə olunan razılaşmaların icrasını dəstəkləyirsə, sülh prosesinə müsbət təsir göstərə bilər:

“Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması üçün qarşılıqlı ərazi bütövlüyünün tanınması, sərhədlərin müəyyənləşdirilməsi və kommunikasiyaların açılması kimi məsələlər əsas olaraq qalır. Aİ bu proseslərə konstruktiv dəstək göstərdiyi halda onun regiondakı iştirakının müsbət nəticələri ola bilər”.

Züriyə Qarayevanın dediyinə görə, ancaq Ermənistanın Qərblə yaxınlaşması yeni hərbi-siyasi bloklaşma məntiqinə çevrilərsə və regionda əlavə qarşıdurma xətləri yaradarsa, vəziyyət fərqli istiqamətdə inkişaf edə bilər:

“Ona görə də Ermənistanın xarici siyasət istiqamətindən daha çox, həmin siyasətin Azərbaycanla sülhə və bütövlükdə regional sabitliyə hansı şəkildə təsir göstərməsi əhəmiyyətlidir”.

Zülfü Məmmədov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 14 Avqust 2026 16:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see315

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see308

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see297

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see282

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see275

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see272

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see257

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see246

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see240

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see235

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see225

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see221

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see220

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see220

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see216

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see208

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see205

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see202

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see200

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri