Icma.az
close
up
RU
İrəvanın “Gəncəsər” hay küyü sülhə əngəl törədir

İrəvanın “Gəncəsər” hay küyü sülhə əngəl törədir

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan–Ermənistan münasibətlərində hərbi qarşıdurma mərhələsinin başa çatmasından sonra mübarizənin əsas istiqamətlərindən biri tarixi yaddaş və mədəni irsdir. Qafqaz Albaniyası, xüsusən də Gəncəsər monastırı ətrafında son günlər yaranan mübahisə də bunun növbəti nümunəsidir.

Sentyabrın 11–12-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağa səfəri zamanı Gəncəsər və Xudavəng monastırlarına baş çəkilməsi Ermənistanda qıcıq yaradıb. Azərbaycan tərəfi bu abidələrin tarixini Qafqaz Albaniyasının xristian irsi kontekstində təqdim edib. Ermənistan isə Gəncəsərin erməni irsinə aid olduğunu bildirərək Azərbaycanın yanaşmasını tarixi təhrif kimi qiymətləndirib. Burada təbii ki, rəsmi İrəvanın iddiaları haqsız və absurddur. Qafqaz Albaniyası indiki Azərbaycan ərazisinin böyük hissəsində mövcud olmuş qədim dövlət qurumlarından biridir. Atropatena və Qafqaz Albaniyası Azərbaycan ərazisində dövlət qurumlarının formalaşmasında mühüm rol oynayıb. Bu baxımdan, Qarabağda yerləşən xristian abidələrinin tarixini yalnız sonrakı əsrlərin etnik-siyasi reallıqları ilə izah etmək düzgün deyil. Bu ərazilərin daha qədim tarixi, Qafqaz Albaniyasının dövlət və dini institutları, Alban kilsə ənənəsi və regionun çoxqatlı dini-mədəni inkişafı nəzərə alınmalıdır. Rəsmi Bakı heç vaxt, nə işğal, nə də ondan sonrakı dövrlərdə ermənilərin bu mədəni və tarixi abidələri özünküləşdirməsinə icazə verməyib, bundan sonra da verməyəcək.

Azərbaycanın mədəni irslə bağlı nəşrlərində Gəncəsər və Xudavəng kimi monastırlar Qafqaz Albaniyasının xristian memarlığı kontekstində araşdırılır. Məsələn, Azərbaycan Multikulturalizm Mərkəzinin nəşrində Gəncəsərin və Xudavəng Qafqaz Albaniyasının xristian məbədləri kimi təqdim edilir. Bu yanaşma Azərbaycanda xristian irsinin mövcudluğunu inkar etmir. Əksinə, Azərbaycanın əsas tezisi budur ki, Azərbaycan ərazisinin xristian tarixi yalnız erməni tarixçiliyi çərçivəsinə sığdırıla bilməz. Digər tərəfdən, Azərbaycan yalnız İslam mədəniyyətinin ölkəsi deyil. Bu ərazidə zərdüştilik, xristianlıq və İslam müxtəlif tarixi mərhələlərdə mövcud olub. Hazırda Azərbaycanda məscid, kilsə və sinaqoqlar yanaşı fəaliyyət göstərir və ölkəmiz öz ərazisində xristian irsinin qorunmasına sadiqlik nümayiş etdirir.

Dövlət başçısı İlham Əliyev bu barədə danışarkən dəfələrlə bildirib ki, multikulturalizm Azərbaycanda həyat tərzidir, ölkəmiz dünyanın tanınmış multikulturalizm mərkəzlərindən biridir. Elə Azərbaycanda 2016-cı il “Multikulturalizm İli” kimi qeyd edilməsi də buna əyani sübutdur.

* * *

Ermənistanın bu gün əsas narahatlığı ondan ibarətdir ki, hayların illər ərzində abidələrin üzərində cızma-qaraları tarixin bir parçasına çevrilməyəcək. İşğal dövründə Azərbaycana məxsus bir çox tarixi-mədəni abidələri yerlə-yeksan edən Ermənistan qalanlarını isə öz saxta tarixlərinin bir parçası kimi qələmə verirdi. Lakin Böyük vətən müharibəsi və ondan sonrakı dövr bu kimi daş yuxuların əbədi sonunu gətirdi.

* * *

Ermənistan tərəfinin reaksiyasına baxdıqda, narahatlığın yalnız Gəncəsərlə məhdudlaşmadığı görünür. Erməni Apostol Kilsəsinin Eçmiədzin Ana Taxtı Hikmət Hacıyevin Gəncəsər və Xudavənglə bağlı açıqlamalarını onların erməni kimliyinin inkarı kimi qiymətləndirib. Kilsə bu yanaşmanı tarixi yaddaşa və erməni xalqının mənəvi irsinə müdaxilə kimi təqdim edib. Ölkənin baş naziri Nikol Paşinyan da sentyabrın 16-da parlamentdə məsələni şərh edərkən Gəncəsərin erməni mənşəli olduğunu bildirib. O, Ermənistanın bu məsələdə Mesrop Maştots adına Qədim Əlyazmalar İnstitutu olan Matenadaranın direktorunun açıqlaması vasitəsilə öz mövqeyini ortaya qoyduğunu deyib.

Məsələnin diqqətçəkən tərəflərindən biri Ermənistan hakimiyyətinin diplomatik səfər ətrafında formalaşan kampaniyaya münasibətidir. İrəvandan diplomatların Qarabağa səfərinə qarşı açıq və sərt rəsmi bəyanatların səslənməməsi ilk baxışda hakimiyyətin bu prosesdə məsafə saxladığı təəssüratını yarada bilər. Lakin Ermənistan mediasında, diaspor dairələrində və müxtəlif siyasi çevrələrdə səsləndirilən reaksiyalar bu məsələyə daha fərqli yanaşma tələb edir.

Paşinyan hakimiyyəti beynəlxalq platformalarda sülh gündəliyini və regionda yeni münasibətlər mərhələsini ön plana çıxarır. Eyni zamanda, Ermənistan daxilində və diaspor mühitində Azərbaycana qarşı sərt ritorikanın, Qarabağ mövzusunun yenidən siyasiləşdirilməsinin və diplomatik nümayəndələrə qarşı təzyiq xarakterli çağırışların səslənməsi ziddiyyətli mənzərə yaradır. Burada əsas sual ortaya çıxır: əgər Ermənistan hakimiyyəti bu kampaniyanı dəstəkləmir və sülh prosesinə sadiqdirsə, onda Azərbaycan tərəfindən təşkil olunmuş diplomatik səfər ətrafında yaranan aqressiv ritorikaya niyə daha aydın münasibət bildirilmir?

Çünki sülh yalnız beynəlxalq auditoriya qarşısında verilən bəyanatlardan ibarət deyil. Sülh siyasi iradənin cəmiyyətə, mediaya və siyasi dairələrə də ötürülməsini tələb edir. Bir tərəfdən ərazi bütövlüyü və sülh gündəliyindən danışmaq, digər tərəfdən Azərbaycanın öz suveren ərazisində təşkil etdiyi diplomatik səfərin Ermənistan daxilində kəskin kampaniyanın predmetinə çevrilməsinə göz yummaq ciddi suallar doğurur.

Bu baxımdan Paşinyan hakimiyyətinin qarşısında seçim aydındır: sülh ritorikasını real siyasi davranışla möhkəmləndirmək və revanşist ritorikadan məsafə saxlamaq, yaxud daxili və xarici auditoriyalar üçün bir-birindən fərqli siyasi mesajlar vermək. Çünki davamlı sülh yalnız masa arxasında imzalanan sənədlərlə deyil, həm də cəmiyyətlərdə formalaşdırılan münasibətlərlə təmin olunur.

Tacir SADIQOV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Sentyabr 2026 09:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see299

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see294

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see285

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see272

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see264

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see262

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see247

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see236

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see230

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see222

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see214

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see213

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see213

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see210

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see207

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see197

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see195

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see195

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see190

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri